Modern.az

“Koronavirusa bir yoluxma 30, bəzən isə 60 insanı yoluxdurur”  - Ramin Bayramlı 

“Koronavirusa bir yoluxma 30, bəzən isə 60 insanı yoluxdurur”  - Ramin Bayramlı 

Aktual

6 Aprel 2020, 00:36

“Koronavirusa bir yoluxma halı 30, 50, bəzən isə 60-a yaxın insanı yoluxdurur. İnkubasiya dövrünün 14 gün olmasının üzərində dayandıq və müşahidə elədik ki, bəli, 14-cü günə qədər yoluxmamış hallar -  inkubasiya dövrünü bitiririk, neqativ çıxır və evə göndəririk. Amma  yoluxmuş halların 14, 21, 28-ci günə qədər davam etdiyini görürük”.

Modern.az  xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı “Diqqət mərkəzi-Yekun” verilişində bildirib.

 

R.Bayramlı qeyd edib ki, tətbiq edilən  müalicənin effektivliyi orqanizmin immun sisteminin cavabından asılıdır.

Koronavirusa yoluxanların adlarının açıqlanmasına münasibət bildirən Ramin Bayramlı qeyd edib ki,həmin insanların adını çəkmək tibbi etikaya sığmır:

“Adlar açıqlanarsa, biz onların şəxsi hüquqlarını pozmuş oluruq. Hətta koronavirusdan sağalan insanlarla bağlı onların razılığını alıb məlumatları vermişik”.


Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü