Modern.az

Lənkəranda karantinlə bağlı tənha və ahıl vətəndaşlara baş çəkilib - FOTO

Lənkəranda karantinlə bağlı tənha və ahıl vətəndaşlara baş çəkilib - FOTO

6 Aprel 2020, 11:07

Lənkəranda koronavirus xəstəliyinə qarşı mübarizə tədbirləri çərçivəsində elan olunmuş karantinlə əlaqədar evdə özünütəcrid vəziyyətində qalan, sosial yardıma ehtiyacı olan 65 yaşdan yuxarı tənha və ahıl şəxslərin ehtiyaclarının ödənilməsinə, maarifləndici təbliğat-izahat işləri aparmaqla yanaşı onlara lazımi sosial-tibbi və mənəvi köməkliklərin göstərilməsinə də diqqət artırılıb.

 

Bu barədə Modern.az-a Lənkəran Şəhər İcra Hakimiyyətindən məlumat verilib.

 

Qeyd olunub ki, Şəhər İcra hakimiyyətində yaradılmış gərargahın üzvləri,  inzibati ərazi dairələrinin nümayəndələri, evlər komitələri və yerli bələdiyyələr tərəfindən müəyyən edilən belə vətəndaşlara lazımi köməkliklər olunur. Yerlərdən daxil olmuş  müraciətlərə  əsasən aprelin 4-də Lənkəran Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə karantinlə bağlı özünütəcrid vəziyyətində olan 50 ahıl vətəndaşa evlərində ərzaq yardımı payları təqdim olunub, çətinlikləri öyrənilib, müvafiq köməkliklər göstərilibdir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır