Arxiv
6 Aprel 2020, 15:03 | AKTUAL
Koronavirusla mübarizə mövzusunda hekayə müsabiqəsi elan olundu

Mədəniyyət Nazirliyi Azərbaycan Yazıçılar Birliyi ilə birgə koronavirus pandemiyası ilə mübarizə mövzusunda hekayə müsabiqəsi elan edir.

 

Mədəniyyət Nazirliyindən Modern.az-a verilən məlumata görə, müsabiqənin təşkilində əsas məqsəd koronavirus pandemiyasının yaratdığı bəşəri problemlərin və ölkədə bu epidemiyaya qarşı aparılan mübarizənin ədəbiyyat mövzusuna çevirməklə gələcək nəsillərə bədii formada çatdırılması, özündə sosial məsuliyyəti, epidemiyanın təhlükəsi və infeksiyadan qorunmaq barədə informasiyanı ehtiva edən əsərləri ərsəyə gətirməklə əhalinin maarifləndirilməsi və yardıcı potensialı olan hər bir kəsi müsabiqəyə cəlb etməklə mövzu baxımından yeni hekayələrin yazılmasına stimul verməkdir.

 

Müsabiqənin şərtləri aşağıdakı kimidir:

 

• Hekayələrin mövzusu tibb işçilərinin koronavirus infeksiyası ilə apardığı mübarizəni, pandemiya ilə əlaqədar həyatları risk altında olan digər peşə sahiblərinin fəaliyyətini, karantin və izolyasiya tədbirləri ilə bağlı əhalinin göstərməli olduğu sosial məsuliyyəti, dövlətimizin mövcud situasiya ilə əlaqədar həyata keçirdiyi tədbirləri, epidemiyanın yaratdığı bəşəri problemləri və digər aktual məsələləri əhatə etməlidir.

 

• Hekayələr daha əvvəl heç bir yerdə çap olunmamalı və yayımlanmamalıdır.

• Müsabiqəyə 25.000 (iyirmi beş min) işarədən artıq olmayan hekayələr qəbul olunur.

• Hekayənin mətni üçün tələblər - şriftin qarnituru “Arial” 12, sətirlər arası interval 1, faylın formatı “doc.” A4.

• Hər bir müəllif müsabiqəyə yalnız bir əsər təqdim edə bilər.

• Müəllif özü haqqında məlumatı və əlaqə vasitəsini fayla əlavə etməlidir.

Ən yaxşı hekayələr "Radio Antenn" 101 FM-də yayımlanan “Canlı kitab” verilişində səsləndiriləcəkdir.

Mükafatlar:

Birinci yer – I dərəcəli diplom və 2000 manat 

İkinci yer – II dərəcəli diplom və 1500 manat

Üçüncü yer – III dərəcəli diplom və 1000 manat

2 həvəsləndirici mükafat – xüsusi diplom və 500 manat

Müsabiqənin müddəti:

Müsabiqəyə hekayələrin qəbulu 29 may 2020-ci il tarixində sona çatacaq.

12 iyun 2020-ci il tarixinədək qaliblərin mükafatlandırması təşkil olunacaq.

Əlavə məlumat üçün müraciət edə bilərsiniz:

Tel.: (051) 359 19 19

(050) 563 05 65

İştirakçılar tərəfindən hekayələr aşağıdakı elektron poçt ünvanına göndərilməlidir.

E-mail: [email protected]

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Əlilliyi olan şəxslərin hüquqlarını pozanlar cərimələnəcək 2 İyun 2020, 12:35 Qarabağda daha 3 erməni koronavirusa yoluxub 2 İyun 2020, 12:30 Deputat uşaq evlərini tənqid etdi 2 İyun 2020, 12:26 Parlamentin növbəti iclasının vaxtı məlum oldu 2 İyun 2020, 12:25 Baş nazir sərəncam İMZALADI 2 İyun 2020, 12:24 Parlament sosial yardımın 1 illik təyin olunmasını TƏSDİQLƏDİ 2 İyun 2020, 12:23 Milli Məclis maskalarla bağlı cəriməni TƏSDİQLƏDİ 2 İyun 2020, 12:20 Ali məktəblərə ərizə verən abituriyentlərin sayı AÇIQLANDI   2 İyun 2020, 12:16 “Şəhid ailələri və qazilərimiz təhqir olunur” - Vitse-spiker 2 İyun 2020, 12:11 “3 il öncə qanun qəbul etmişik, lakin işləmir” - Cavanşir Paşazadə 2 İyun 2020, 12:08 Rusiyada ilk dəfə virusdan sağalanlar yoluxanları ÜSTƏLƏYİB 2 İyun 2020, 12:05 Səməd Seyidov parlamentdə Qazaxın su problemini qaldırdı 2 İyun 2020, 12:04 Deputat: “Sosial şəbəkələr haqqında” yeni qanunun hazırlanması çox vacibdir” 2 İyun 2020, 12:00 Fermerlər süni mayalanma ilə doğulmuş buzova görə pul alacaqlar 2 İyun 2020, 11:55 Milli Məclisin iclası canlı yayımlansın - Qüdrət Həsənquliyev 2 İyun 2020, 11:50 Prezident Sumqayıtla bağlı sərəncam İMZALADI 2 İyun 2020, 11:45 “Qondarma rejimi təbrik edən deputatın köməkçisi ermənidir” 2 İyun 2020, 11:40 İyun ayında 190 manat veriləcək? - Nazirlikdən rəsmi CAVAB 2 İyun 2020, 11:38 Deputatdan Yaşıllaşdırma Təsərrüfatı Birliyinə İTTİHAM 2 İyun 2020, 11:34 Azərbaycanda ağır vəziyyətdə olan koronavirus xəstələri - VİDEO 2 İyun 2020, 11:33 Qənirə Paşayevadan Baş Nazirə ÇAĞIRIŞ 2 İyun 2020, 11:30 Bakıda karantini pozan kafe sahibi cəzalandırıldı 2 İyun 2020, 11:26 “Torpaqların böyük əksəriyyəti Bakıda olan məmurlara məxsusdur” - Deputat 2 İyun 2020, 11:21 Məktəblərdə hərbi hazırlıq dərsləri bərpa edilsin - Deputat məsələ qaldırdı 2 İyun 2020, 11:18 Ermənistanda koronavirus ŞOKU1 gündə 517 yoluxma, 19 ölüm 2 İyun 2020, 11:17 Bakı Şəhər üzrə Təhsil İdarəsi vətəndaş qəbulunu dayandırdı 2 İyun 2020, 11:07 Milli Məclis toplaşdı 2 İyun 2020, 11:01 Azərbaycan XİN İtaliyanı təbrik etdi 2 İyun 2020, 10:58 İcra başçısı bacanağına yüksək vəzifə verdi - FOTO 2 İyun 2020, 10:52 Brazliyada koronavirusdan ölənlərin sayı 30 mini keçdi 2 İyun 2020, 10:49 Azərbaycan nefti bahalaşdı 2 İyun 2020, 10:42 Supermarketlərdən spirtli içkilər oğurlayan keçmiş məhkum YAXALANDI 2 İyun 2020, 10:38 Astarada çətənə əkən şəxs saxlanıldı 2 İyun 2020, 10:34 İnternet klubda karantin qaydalarını pozan 25 nəfər cərimələndi 2 İyun 2020, 10:30 Bu rayonlarda çəyirtkə qışlaqları qeydə alındı 2 İyun 2020, 10:24