Modern.az

Uşaqlar üçün koronavirus təhlükəsi barədə nağıl - FOTOLAR

Uşaqlar üçün koronavirus təhlükəsi barədə nağıl - FOTOLAR

Aktual

7 Aprel 2020, 17:56

Uşaqlara koronavirusla bağlı məlumat verilməsi və onlara virusun təhlükəli olduğunun başa salınması üsulları ilə bağlı nağıl hazırlanıb.

 

Modern.az “marneulifm.ge” saytına istinadən xəbər verir ki,  "Kid Pass Culture"-nin (İtaliya) xətti ilə uşaqlar üçün “Uçan alim” adlı nağıl yayımlanıb. Nağılın müəllifi Federiko Dela Rosadır. Yayımlanmış nağılda koronavirusun təhlükəli olduğu, karantin rejiminin vacibliyi və virusdan qorunma qaydalarından bəhs olunur. “Uçan alim” adlı nağılda son günlərdə hər kəsi təşvişə salan koronavirusla bağlı uşaqlardan gizlin valideynlər arası edilən söhbətlərdən yazılıb.

 

Həmçinin karantin qaydalarına əməl edərək ev şəraitində, həyətə düşmədən, vaxtı səmərəli keçirmək qaydaları da qeyd olunub. Nağılda əsas rol pəncərədən azyaşlının otağına daxil olan Alimə düşüb. Alim uşağa virusun təhlükələri ilə bağlı məlumatlar verir və tövsiyələr edərək ona evdən çıxmadan otağında oynamağın daha uyğun olduğunu, riyaziyyat, biologiya kitabları oxuyaraq Alim ola biləcəyini deyir.

Beləliklə uşaq alimin verdiyi məlumatlardan faydalanaraq otağında oturub vaxtını daha əyləncəli keçirməyə başlayır. Kitablar oxuyur və yardıma ehtiyacı olan insanlara kömək etməyə çalışır.

 

Qeyd edək ki, “Uçan alim” adlı nağıl “Salam” platformasının əməkdaşları tərəfindən könüllü olaraq tərcümə olunub.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir