“Dünyada koronavirusun yayılması və neftin qiymətinin düşməsi fonunda ABŞ və Avropa liderləri Rusiyadan sanksiyaların bir hissəsinin götürülməsi üçün təşəbbüs irəli sürə və Ukraynadakı münaqişəyə nöqtə qoya bilərlər”.
Modern.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın ölkədəki eks-səfirləri Stiven Payfer, Con Herbst və Uilyam Teylor deyib.
Onların fikrincə, virusun doğurduğu iqtisadi çətinliklər Moskva ilə razılaşma əldə etməyə və Krımın Ukraynaya qaytarılması şərtilə sanksiyaların tam aradan qaldırılmasını təmin etmək olar. Bu məqsədlə diplomatlar ABŞ prezidenti Donald Trampa, Almaniya, Fransa və Ukrayna rəhbərlərinə müraciət ünvanlayıblar.