Modern.az

Qənirə Paşayevadan Baş Nazirə müraciət: “Kəndlərdə suvarma problemi həll edilsin”

Qənirə Paşayevadan Baş Nazirə müraciət: “Kəndlərdə suvarma problemi həll edilsin”

9 Aprel 2020, 12:57

“Dövlətimizin çağırışlarına əməl etməliyik ki, koronavirus pandemiyası daha geniş yayılmasın”.

 

Modern.az-ın xəbərinə görə, bunu Nazirlər Kabinetinin 2019-cu ildə fəaliyyəti ilə bağlı hesabatın müzakirəsi zamanı çıxış edən Mədəniyyət komitəsini sədri Qənirə Paşayeva deyib. O bildirib ki, ölkə başçısının rəhbərliyi altında sosial və iqtisadi sahədə böyük islahatlar gedib:

 

“Biz özəl və dövlət sektorunda bütün işçilərin əmək müqaviləsi ilə çalışmasının nə qədər vacib olduğunu bu gün bir daha gördük. Eyni zamanda, kənd təsərrüfatının inkişafı bizim üçün ən vacib məsələlərdən biridir. Burada ən vacib sahələrdən biri suvarmadır. Təkliflərimizi yazılı olaraq da Baş Nazirə göndərəcəyik”.

 

Deputat Tovuz rayonu ərazisində erkən neolit dövrünə aid olan Göytəpə arxeoloji parkının yaradılması məsələsinin də diqqətdə saxlanılmasını xahiş edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok