Modern.az

Ölkədə 81,3 min qeydiyyata alınmış işsiz var

Ölkədə 81,3 min qeydiyyata alınmış işsiz var

9 Aprel 2020, 16:33

2020-ci il yanvarın 1-i vəziyyətinə iqtisadi fəal əhalinin sayı 5190,1 min nəfər olub, onlardan 4938,5 min nəfərini ya 95,2%-ni məşğul əhali təşkil edib.

 

Modern.az-ın məlumatına görə, bu barədə Nazirlər Kabinetinin 2019-cu ildə fəaliyyəti haqqında icmal hesabatında bildirilib.

 

Qeyd edilib ki, hesabat ilində ölkədə işsizliyin səviyyəsi 4,8% təşkil edib:

 

“2020-ci ilin yanvarın 1-i vəziyyətinə muzdla işləyənlərin sayı 1645,4 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 914,5 min nəfər, qeyri-dövlət sektorunda isə 730,9 min nəfər təşkil edib.

2019-cu ilin məlumatlarına əsasən bir işçiyə düşən orta aylıq işlənmiş iş saatlarının miqdarı 151,8 saat təşkil edib. 2020-ci il yanvar ayının 1-i vəziyyətinə məşğulluq xidməti orqanlarında qeydiyyata alınmış işsiz şəxslərin sayı 81,3 min nəfərdir. İşsizlikdən sığorta ödənişinin orta məbləği 276,4 manat olub”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər