Kororonavirusa yoluxduqdan sonra vəziyyəti ağırlaşdığı üçüm reanimasiyaya yerləşdirilən Britaniyanın Baş Naziri Boris Consonun vəziyyəti yaxşılaşıb.
Modern.az xəbər verir ki, Boris Conson artıq reanimasiyadan çıxıb.
Məlumata görə, Baş nazir reanimasiyadan palataya köçürülüb: "Sağalma prosesinin ilkin mərhələsində o, yaxın müşahidə altında tutulacaq”.