Modern.az

Karantin müddəti uzadılsın, uzadılmasın? - İqtisadçıdan maraqlı TƏKLİFLƏR

Karantin müddəti uzadılsın, uzadılmasın? - İqtisadçıdan maraqlı TƏKLİFLƏR

Ölkə

14 Aprel 2020, 14:37

Karantin vaxtının bitməsinə 6 gün vaxt qalıb. İndi hamımızı bir sual düşündürür: vaxt uzadılacaq, yoxsa yox?

Modern.az-ın məlumatına görə, bu barədə fikirlərini bölüşən iqtisadçı Samir Əliyev deyib ki, ürəyimiz karantinin ləğvini tələb edir, ancaq ağlımız tələsməməyi məsləhət görür:

“Mən bilmirəm qərar nə olacaq. Qərarı hökumət verir. Bizim nə deməyimizdən, onun addımlarını bəyənib-bəyənməməyimizdən asılı olmayaraq məsuliyyəti o daşıyır. Mən sadəcə öz fikrimi yazıram və bunu mütləq həqiqət kimi təqdim etmirəm. Əlbəttə yaxın 1-2 gündə yoluxmaların sayı da qərar qəbuluna təsir edən amil olacaq”.

Bu səbəbdən də ekspert 3 ssenari üzrə addım atıla biləcəyi qənaətindədir:

“1. Karantin müddətinin uzadılması. Yoluxmanın yayılma səviyyəsi azaldığından qərara yenidən baxılma şərti ilə daha 10 gün uzadılması məsləhət olardı.

2. Yumşadılmış karantinin tətbiqi. Bu halda karantin şərtləri bir qədər yumlaşdıla, kütləvi olmayan bəzi fəaliyyət sahələrinin işinə icazə verə bilər.

3. Karantinin tam ləğvi (məktəb və bağçalar istisna olmaqla). Bu halda əhalinin hərəkətinə dair sərt şərtlər tətbiq etmək olar. Məsələn, maskaların taxılmasının məcburiliyi (ən azı ictimai nəqliyyatda, kütləvi tədbirlərdə), sosial məsafənin təmin edilməsi və s.

Bəzi Avropa ölkələri (Fransa, Rusiya) katantin müddətini artırsa da, onu nisbətən yumşaldan ölkələr də (İspaniya, Çin) var. Əldə olunan nəticələrin qorunması çox vacibdir, ikinci dalğanın baş qaldırmasına yol vermək olmaz”.


İqtisadçı eyni zamanda qeyd edib ki, Azərbaycanda yoluxmanın yayılmasının qarşısının alınmasında karantinin rolu danılmazdır:

“Amma razılaşaq ki, mərkəzi küçələr istisna olmaqla digər yerlərdə demək olar ki, karantin qaydalarına əməl edilmir. Hətta bu vəziyyətdə bizdə yayılma səviyyəsi minimumdir. Deməli, burda ölkənin təbiəti (isti, küləkli və nəmişliyin az olması) və insanların güclü immun sisteminə malik olmaları (Avropalılardan fərqli olaraq biz xəstəlikləri ilk növbədə dözərək bədən immuniteti sayəsində sağaldırıq, həkimə ancaq ölüm ayağında gedirik) vacib rol oynayır. Ona görə də 1-ci ssenarinin, sonra isə 3-cü ssenarinin tətbiqini təklif edərdim”.

S.Əliyev hesab edir ki, insanların parklara burxılmaması səhv addımdır:

“Sosial məsafə qorunmaq şərti ilə bu qadağa götürülsə, yaxşı olardı”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır