Arxiv
15 Aprel 2020, 16:50 | PARLAMENT
Deputatlar karantin müddətini uzatmağı İSTƏYİRLƏR

Azərbaycanda koronavirus pandemiyası ilə əlaqədar elan edilmiş karantin rejiminin uzadılması barədə müzakirələr güclənib. Əksəriyyət karantinin aprel ayının sonuna qədər uzadılacağını güman edir.

Bu barədə Modern.az-a danışan Milli Məclisin üzvləri isə qərarın mövcud vəziyyətdən asılı olacağını düşünürlər.


Musa Quliyev hesab edir ki, karantin rejiminin uzadılmasına ehtiyac var:


“Mən bir neçə gün öncə mətbuata açıqlamamda da qeyd etmişdim ki, 20 günlük karantin müddəti epidemiyanın lokallaşması üçün kifayət deyil. Digər dövlətlərin təcrübəsi də göstərir ki, ən azı 1 ay intizamlı şəkildə karantin rejiminə əməl etsək, pandemiyanın sürətinin azalmasına şərait yaranar. Hesab edirəm ki, karantin rejimini uzatmaq, eyni zamanda ciddiləşdirmək lazımdır. Belə məsələlərə məsuliyyətsiz yanaşmaq, dırnaqarası baxmaq olmaz. Hər gün mətbuatda minlərlə insanın karantin qadağalarını pozduğu haqqında xəbərləri izləyirik, oxuyuruq. Amma hər bir şəxsin xalqın qarşısında, öz yaxınlarının qarşısında mənəvi hesabatlılığı olmalıdır. Koronavirus doğrudan da ciddi xəstəlikdir. Amerika, Böyük Britaniya kimi böyük dövlətlər, Avropa kimi inkişaf etmiş region pandemiya qarşısında acizdir. Dünyadakı vəziyyətdən nəticə çıxarmaq lazımdır. Prezident İlham Əliyev hələ karantin elan olunandan öncə də qeyd etmişdi ki, pandemiyadan qorunmaq üçün ictimaiyyətin məsuliyyətliliyi önəmli şərtdir”.


Məlahət İbrahimqızı
isə söyləyib ki, karantin rejiminin uzadılması ayrı-ayrı şəxslərin qəti əminliklə məsləhət görməsi nəticəsində reallaşacaq məsələ deyil:


“Nazirlər Kabineti yanında Operativ Qərargah hər bir vəziyyəti dəyərləndirir, müvafiq qərarları qəbul edir. Koronavirusla bağlı dünyadakı vəziyyət, Azərbaycandakı artım tempi, xəstəliyin fəsadları, dünyasını dəyişənlərin sayı, ağır vəziyyətdə olanların statistikası və s. kimi məqamlar dəyərləndirilir. Nəticədə müvafiq qərar verilir.

Mən də hesab edirəm ki, karantin rejiminin uzadılmaq ehtimalı çoxdur. Çünki koronavirusun yayılma sürəti aşağı olan ölkələrdə belə karantin rejimini uzadıblar. Yenə də hər ölkədə xəstəliyin yayılması öz xarakterik xüsusiyyətləri ilə seçilir. Ölkə rəhbəri, prezident İlham Əliyev də pandemiya ilə bağlı məsələlərlə mütəmadi maraqlanır, əhəmiyyətli qərarları qəbul edir. Düşünürəm ki, karantin rejiminin uzadılıb-uzadılmaması ilə bağlı da ən doğru qərar veriləcək”.


Deputat Tahir Kərimlinin sözlərinə görə, prezident İlham Əliyev ötən gün keçirilən birinci rübün yekunlarına dair müşavirədə qeyd etdi ki, son iki günün dinamikası müəyyən müsbət ruh yaradır:


“Ancaq hələ də qəti fikir söyləmək çətindir. Koronavirus pandemiyasının nə qədər davam edəcəyini, hansı nəticələr ifadə edəcəyini əvvəlcədən demək çətindir. Hər bir halda ölkə başçısı pandemiay ilə əlaqədar nikbinlik ifadə edib. Hesab edirəm ki, koronavirusun yayılma sürətinin azalması davam etsə, vəziyyət yaxşılığa doğru davam etsə karantin rejiminin uzadılmasına ehtiyac qalmayacaq. Amma indiki vəziyyət sabit qalsa, rəqəmlər ciddi fərqlə dəyişməsə, bu ayın sonuna qədər karantinin uzadılması ilə əlaqədar qərar verilə bilər.

Karantin rejimi barədə müəyyən olunan müddət 5 gün sonra bitməlidir. Bu günlər ərzində vəziyyətin yaxşılığa doğru dəyişməsi davam edərsə, ayın 20-dən sonra qadağaların yumşaldılası mümkündür. Dünyanın bir çox ölkələrində pandemiya pik həddini keçib. Yalnız Amerika Birləşmiş Ştatlarında əhval-ruhiyyə nikbin deyil. Ümumilikdə, həm ölkəmizdə, həm də dünyada gedən proses göstərir ki, ümidsizliyə qapılmağa əsas yoxdur”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Türkiyə Cənubi Qafqazda NATO-nun rəyini nəzərə almayacaq - POLİTOLOQ 15 Avqust 2020, 18:40 Paşinyanın BBC-də biabır olduğu müsahibəsi Azərbaycan dilində - VİDEO 15 Avqust 2020, 18:00 Xaricdə daha bir azərbaycanlı koronavirusdan öldü 15 Avqust 2020, 17:52 Qazaxda təhlükəli top mərmisi tapıldı - FOTO 15 Avqust 2020, 17:43 Lerikdə 15 yaşlı qızla əlaqəyə görə daha bir şəxs həbs edildi 15 Avqust 2020, 17:34 Azərbaycanda aparılan testlərin sayı 826 mini keçdi 15 Avqust 2020, 17:25 Karantin qaydalarını pozan 86 sahibkara protokollar tərtib olundu 15 Avqust 2020, 17:17 Bakıda 550 küçə dezinfeksiya edildi - FOTO 15 Avqust 2020, 17:08 Azərbaycanda koronavirusa yoluxanların sayı azaldı - daha 2 nəfər öldü 15 Avqust 2020, 17:00 Ziyafət Əsgərov: “Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü prinsipinə hörmətlə yanaşılmalıdır” 15 Avqust 2020, 16:51 İlham Əliyev indoneziyalı həmkarını təbrik etdi 15 Avqust 2020, 16:43 Koronavirusdan sağalan Cavid Paşayev evə buraxıldı 15 Avqust 2020, 16:37 ÜST Misiri səhv testlərə görə tənqid etdi 15 Avqust 2020, 16:30 Polis velosipedçiləri cərimələdi 15 Avqust 2020, 16:23 Bərdədə dəhşətli qəza - sürücü ağır xəsarət aldı    15 Avqust 2020, 16:14 Azərbaycanda paralel xəstəliklərin ağırlaşmasından dünyasını dəyişən koronaviruslu XƏSTƏLƏR 15 Avqust 2020, 16:06 Barələrində cinayət işi başlanılan COVID-19 xəstələrinin sayı açıqlandı 15 Avqust 2020, 15:58 Paşinyan öz dili ilə ifşa olundu! - “Dünyanın gözü qarşısında biabırçı vəziyyətə düşdü” 15 Avqust 2020, 15:50 Qadın fermerlərə dəstək - FOTO 15 Avqust 2020, 15:42 Dini ayinlərin məscidlərdə keçirilməsi ral təhlükədir - QMİ-nin sədr müavini 15 Avqust 2020, 15:33 Abşeronda gizli fəaliyyət göstərən restoran aşkarlandı - Foto 15 Avqust 2020, 15:25 Körpünün üstündəki qəza tıxaca səbəb oldu - FOTO 15 Avqust 2020, 15:17 Bakıda özünü dənizə atan şəxs xilas edildi 15 Avqust 2020, 15:08 Baş Nazirdən icra başçılarına TAPŞIRIQ 15 Avqust 2020, 15:00 Putin və Lukaşenko Belarusdakı vəziyyəti müzakirə etdilər 15 Avqust 2020, 14:54 Gəncədə dezinfeksiya işləri davam etdirilir - FOTO 15 Avqust 2020, 14:48 İranda daha 161 nəfər koronavirusdan öldü 15 Avqust 2020, 14:40 “Paşinyan Livan ermənilərindən canlı şit kimi istifadə edir” - Azay Quliyev 15 Avqust 2020, 14:33 Anasını öldürmək istəyən gəncin məhkəməsi başlayır 15 Avqust 2020, 14:26 Mingəçevirdə yaşadığı ünvanı tərk edən koronavirus xəstəsi saxlanıldı 15 Avqust 2020, 14:19 Paşinyanın, onun simasında Ermənistanın növbəti mənəvi İFLASI   15 Avqust 2020, 14:11 Fransa Azərbaycanlıları Koordinasiya Şurasının yeni əlaqələndiricisi seçilib 15 Avqust 2020, 14:04 Ermənilərin Kəlbəcərdə saldığı yeni yaşayış evlərinin peyk görüntüləri yayıldı - FOTO 15 Avqust 2020, 13:56 Rusiyada koronavirusa qarşı dərman istehsalına başlandı 15 Avqust 2020, 13:51 Prezidentin köməkçisindən Paşinyanın BBC-yə müsahibəsində biabır olması ilə bağlı AÇIQLAMA 15 Avqust 2020, 13:48