Modern.az

Milli Məclisin Aparatı BURAXILDI

Milli Məclisin Aparatı BURAXILDI

18 Aprel 2020, 12:53

“Azərbaycan parlamentinin Aparatı buraxılıb”.

 

Modern.az xəbər verir ki, bunu Report-a Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev deyib.

 

O bildirib ki, Aparatın yeni strukturu formalaşana qədər əvvəlki əməkdaşlar işlərini davam etdirəcəklər.

 

Qeyd edək ki, bu ilin fevral ayının 9-da Azərbaycanda növbədənkənar parlament seçkiləri keçirilib.

 

Martın 10-da altıncı çağırış Milli Məclisin ilk iclası olub.

 

Toplantıda parlamentin yeni rəhbərliyi formalaşdırılıb.

 

Sahibə Qafarova 116 səslə Milli Məclisin sədri seçilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi