Modern.az

“İşimin başındayam” -Tanrıverdi Mustafayev  

“İşimin başındayam” -Tanrıverdi Mustafayev  

26 Aprel 2020, 15:35

ATV telekanalındakı vəzifəsindən ayrılan jurnalist Vaqif Aydınoğlunun “Azərişıq” ASC-nin mətbuat xidmətinə rəhbər təyin olunması ilə bağlı məlumatlar yayılıb.

 

Məsələ ilə bağlı “Azərişıq” ASC-nin mətbuat katibi Tanrıverdi Mustafayevlə əlaqə saxladıq. T.Mustafayev Modern.az-a açıqlamasında məlumatın doğru olmadığını və hazırda işinin başında olduğunu bildirib.

 

Modern.az-ın əldə etdiyi məlumata görə, jurnalist Vaqif Aydınoğlu “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayevə müavin təyin edilib. Amma hələlik onun təyinatı ilə bağlı əmr verilməyib. Həmçinin yaxın günlərdə “Azərişıq” ASC-dəsturktur  islahatları aparılacağı, qurumda İctimaiyyətlə əlaqələr şöbəsi yaradılacağı  bildirilir.

 

T.Mustafayevin İctimaiyyətlə əlaqələr şöbəsinənin rəhbəri, V.Aydınoğlunun isə mətbuat katibi təyin olunacağı qeyd edilir.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi