Arxiv
2 May 2020, 14:57 | TƏHSİL
Akademiyanın vitse-prezidenti: “UNEC-in başlatdığı bu təşəbbüs təqdirəlayiqdir”

Ötən gün Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Distant ali təhsil: Yeni imkanlar və müasir çağırışlar” mövzusunda UNEC Distant Ali Təhsil Beynəlxalq Forumu 2020 keçirilib.

 

Onlayn Beynəlxalq Forum xaricdə yaşayan azərbaycanlı alimlərlə birlikdə ölkə Prezidenti İlham Əliyevin “Biz birlikdə güclüyük!” çağırışına qoşulmaq, eyni zamanda distant ali təhsil sahəsində qlobal müzakirələr keçirmək və yeni ali təhsil modelinə müvafiq töhfələr vermək məqsədilə təşkil olunub.

Moderatoru UNEC-in rektoru, professor Ədalət Muradov olan onlayn beynəlxalq forumda, Almaniyanın Münhen Texniki Universitetinin professoru Məsud Əfəndiyev, Türkiyənin İzmir Universitetinin professoru İsmixan Bayramoğlu, Kanadanın Vaterlo Universitetinin professoru İlham Axundov, Birləşmiş Krallığın Durham Universitetinin professoru Nigar Həşimzadə və ABŞ-ın Şimali Dakota Dövlət Universitetinin professoru Fariz Hüseynov iştirak ediblər.

 

Forumda rektor Ədalət Muradov bildirib ki, koronavirus pandemiyasından sonra dünya təhsil sistemində köklü dəyişikliklər baş verdi və baş verən proseslərin fonunda distant təhsil özünü yeganə və alternativsiz təhsil kimi göstərdi.

O, koronavirus pandemiyası dövründə distant təhsilin təkcə Azərbaycanda deyil, bütün dünyada təhsil sistemini iflasdan xilas etdiyini xüsusi vurğulayıb. Distant ali təhsilin təşkili haqqında müzakirələrin aparılmasının və vahid yanaşmanın formalaşmasının vacibliyini diqqətə çatdıran professor Ədalət Muradov, beynəlxalq forumda bu istiqamətində azərbaycanlı ziyalılarla ciddi müzakirələrin aparılacağını deyib.

Ölkə Prezidenti İlham Əliyevin çağırışlarına cavab verən bu addım eyni zamanda ölkəmiz üçün təhsil sferasında yeni mərhələyə keçid hesab edilir. Məsələ ölkənin elmə və təhsil ictimaiyyəti tərəfindən yüksək dəyərləndirilir.

 

"Azərbaycan Dövlət İqtisad Universitetinin dünyanın müxtəlif ölkələrinin universitetlərində çalışan azərbaycanlı alimlərini bir araya gətirməsini çox yüksək qiymətləndirirəm".

Bu sözləri Modern.az-a Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun direktoru Rasim Əliquliyev deyib.

O, qeyd edib ki, ümumiyyətlə, texnologiyaların, elmin, tibbin, hüquqi xidmətin, jurnalistikanın və s. distantlaşması əhəmiyyətli məsələlərdir: "Biz bunlara önəm verməliyik. Çünki istənilən məkanda, zamanda əlaqə yarada bilirsən, müzakirə apara bilirsən, böyük xərc çəkmirsən və ən əsası vaxt itkisinə yol vermirsən.

Azərbaycan təhsil sistemində də distant xidmətin artırılmasını, şagirdlərə, tələbələrə belə imkanların yaradılmasını dəstəkləyirəm. Güman edirəm ki,postkoronavirus dövründə təhsil, elm sistemi həmin məsələlərə böyük diqqət ayıracaq. Artıq distant formada beynəlxalq elmi konfranslar, zəruri onlayn toplaşmalar artacaq. UNEC-in başlatdığı bu təşəbbüs təqdirəlayiqdir.

UNEC qabaqcıl texnologiyalara doğrudan da böyük diqqət ayırır. Bizim ayrı-ayrı universitetlərdə, dünya təhsil müəssisələrində çalışan alimlərimizi tanıyıram. Hər birinin fəaliyyətini yüksək qiymətləndirirəm. Həmin universitetlərdə distant təhsil yüksək səviyyədədir. Onlayn universitetlər açılır. İnsanlar bu texnologiyalardan istifadə edib, təhsil, diplom alırlar. Hesab edirəm ki, bu məsələnin inkişaf etdirilməsi önəmlidir. Azərbaycanın ali təhsil müəssisəsinin bu kimi məsələlərdə öndə dayanması uğurumuzdur ".

 

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Sabahın hava PROQNOZU 7 Avqust 2020, 14:01 Biləsuvar sakini qohumu tərəfindən qətlə yetirilib 7 Avqust 2020, 13:47 Nazir Sahil Babayev: “5 milyona yaxın insanı geniş sosial paketlə əhatə etdik” 7 Avqust 2020, 13:47 Neftçalada 1 nəfər çayda batıb 7 Avqust 2020, 13:35 SOCAR yanğınla bağlı MƏLUMAT YAYDI 7 Avqust 2020, 13:28 DİM qəbul imtahanlarının vaxtını ELAN ETDİ - QRAFİK 7 Avqust 2020, 13:22 SOCAR-ın Sumqayıtdakı zavodunda yanğın: 7 nəfər yaralanıb - YENİLƏNİB 7 Avqust 2020, 13:20 Nazir: “13 min nəfərin 190 manatlıq ödənişi dayandırılıb” 7 Avqust 2020, 12:50 Türkiyədə 53 min insanın yaşadığı ərazi karantinə alınıb 7 Avqust 2020, 12:31 Koronavirusa yoluxan məhbusların hamısı sağalıb - RƏSMİ 7 Avqust 2020, 12:26 Prezident dövlət şirkətlərini niyə tənqid etdi? - Ekspertlər: “Problem ciddidir” 7 Avqust 2020, 12:18 Azərbaycanda qızıl rekord həddə bahalaşıb 7 Avqust 2020, 12:16 Milli Məclisin növbədənkənar sessiyası başa çatdı 7 Avqust 2020, 12:05 Nazirlik rəsmisindən Xəzərlə bağlı ÇAĞIRIŞ 7 Avqust 2020, 12:05 DYP: 334 nəfər cərimələndi, 870 avtomobil postlardan geri qaytarıldı 7 Avqust 2020, 12:02 Bu il pensiya təyin olunan vətəndaşların sayı AÇIQLANDI 7 Avqust 2020, 11:57 Siyavuş Novruzov: “Keçmişi yaddan çıxartamalıyıq - vaxt vardı, Azərbaycanda yol, qaz, işıq yox idi” 7 Avqust 2020, 11:55 “Məhbuslar koronavirusla bağlı kurslara cəlb olunub” – Nazirlik 7 Avqust 2020, 11:53 “İşsizlikdən sığorta haqqında” qanuna dəyişiklik qəbul edildi 7 Avqust 2020, 11:51 Milli Məclisdə Rövnəq Abdullayevlə Cahangir Əsgərov TƏNQİD EDİLDİ: “Heç telefonu qaldırmır... nəticəsi ağır olacaq” 7 Avqust 2020, 11:48 Azərbaycanda “COVİD-19” testləri niyə bahadır? - Deputat DANIŞDI 7 Avqust 2020, 11:31 4 aylıq 190 manat ödəmələr üçün 333 milyon manat xərclənəcək 7 Avqust 2020, 11:28 “Qara qitə”də koronavirusa yoluxanların sayı 1 milyonu keçdi 7 Avqust 2020, 11:27 Milli Məclis işsizliklə bağlı qanuna dəyişikliyə “hə” dedi 7 Avqust 2020, 11:26 “Məşğulluq haqqında” qanuna dəyişiklik qəbul edildi 7 Avqust 2020, 11:23 Nazir: 190 manat birdəfəlik ödəmələr yaxın günlərdə veriləcək 7 Avqust 2020, 11:21 Milli Məclis büdcə dəyişikliyini III oxunuşda qəbul etdi 7 Avqust 2020, 11:15 Milli Məclisin iclası başlayıb - 6 sənəd III oxunuşa çıxarılıb 7 Avqust 2020, 11:08 Ermənistanda virusa yoluxanların və ölənlərin sayı artdı 7 Avqust 2020, 11:06 Şəmkirçay su anbarında köməksiz qalan 2 nəfər xilas edildi 7 Avqust 2020, 10:56 Şəmkirdə 21 yaşlı gənc iş yoldaşını bıçaqladı 7 Avqust 2020, 10:44 Diaspor hərəkatının dönüş nöqtəsi: “Diaspor himni” - VİDEO 7 Avqust 2020, 10:10 Bakıda 502 güzəştli mənzil satışa çıxarıldı 7 Avqust 2020, 10:05 Ermənistan ordusu Tovuz rayonunu yenidən atəşə tutdu 7 Avqust 2020, 09:59 Beyrutdakı partlayış nəticəsində ölü sayı 150-yə çatıb 7 Avqust 2020, 09:57