Modern.az

Azərbaycan Qran-prisi üçün ən ideal variant açıqlandı

Azərbaycan Qran-prisi üçün ən ideal variant açıqlandı

3 May 2020, 13:22

"Biz Azərbaycan hökuməti, "Formula 1" şirkəti və səhmdarlarla sıx təmasdayıq. Yarışımızın ilin sonlarında baş tutmasını istəyirik. Amma aydın məsələdir ki, istəyimiz koronavirus pandemiyası ilə bağlı vəziyyət aydınlaşmayanadək gerçəkləşməyəcək".

 

Modern.az-ın məlumatına görə, bunu Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) icraçı direktoru Arif Rəhimov "MotorsportWeek.com"a müsahibəsində deyib. Azərbaycan Qran-prisinin promouteri bildirib ki, Bakı mərhələsinin oktyabrın ortalarından sonraya təxirə salınmaması ilə bağlı "Formula 1" rəhbərliyi ilə razılıq əldə olunub. 

 

O, azarkeşlərin qayğısına qalaraq, onların təcrübələrini dəyərləndirdiklərini vurğulayıb: "Bu səbəbdən, istəyirik ki, tamaşaçılar Bakıdakı yarış həftəsonunun gözəl ab-havasından zövq ala bilsinlər".

 

Rəhimov fikirlərini infrastrukturun böyük hissəsinin yayda qurulması ilə əlaqələndirib. Küçələrdəki hərəkətin çətinlikləri artırdığını xatırladan icraçı direktor məktəblərin açılacağı 15 sentyabradək Qran-prinin təşkilini ideal variant adlandırıb. 

 

Hazırda Avstriya və Böyük Britaniyada hərəyə iki mərhələnin keçirilmə variantı da planlaşdırılır. Lakin Azərbaycan Qran-prisinin promouteri Bakıda belə üsulun tətbiqinə müsbət yanaşmayıb: "Bu, sakinlərimizə böyük narahatlıq gətirəcək. Çünki tras düz şəhərin mərkəzindədir".

 

Qeyd edək ki, Azərbaycan Qran-prisi 5 - 7 iyunda keçirilməli idi. 

Whatsapp
Bizə yazın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub