Arxiv
5 May 2020, 15:36 | ANALİTİKA
Putin “yeni SSRİ” yarada biləcəkmi? - TƏHLİL

Rusiya prezidenti Vladimir Putin periodik olaraq keçmiş Sovet İttifaqının süqutu barədə təəssüf və niskil dolu açıqlamalar verir. Modern.az xəbər verir ki, onun bu barədə sonuncu açıqlaması aprelin 19-da “Rossiya 1” federal telekanalında olmuşdu.

 
“SSRİ-nin yenidən bərpası qorxusu postsovet məkanında tədricən aradan qaldırılır. Təəssüf ki, inteqrasiya istənilən qədər irəli getməyib, halbuki, bu, mümkündür. SSRİ-nin bərpası kimi fikirlərdən qorxmaq lazım deyil, birlik hamının xeyrinədir və bu qaçılmazdır”-deyə o söyləmişdi.

 

Putin postsovet respublikalarını rus dilinin birləşdirdiyini, vahid nəqliyyat və energetika infrastrukturuna malik olduğunu əlavə etmişdi. Rusiya lideri MDB ölkələrinin birliyini rəqabətdən qorxan Qərbin istəmədiyini əlavə etmişdi.

Korionavirus pandemiyasının geniş yayıldığı, iqtisadiyyatın ağır duruma düşdüyü şəraitdə Vladimir Putinin SSRİ-nin bərpası barədə belə açıq danışması təccüblü olsa da, ilk deyildi.

 

Hələ 2010-2011-ci illərdə Putin baş nazir statusunda olarkən SSRİ ilə bağlı açıqlamalar vermişdi.

“SSRİ-nin dağılmasına sevinənlərin ürəyi yoxdur, onun bərpasını istəyənlərin isə başı”, yaxud “SSRİ-nin süqutu XX əstin ən böyük geosiyasi faciəsi idi” kimi açıqlamalar “qırmızı imperiya”nın bərpası ideyasının xeyli əvvəldən Putinin fikrində olduğunu göstərir.

 

Böyük Britaniya ordusunun keçmiş generalı, Mayk Cekson Rusiya liderinin planlarının məhz SSRİ-nin bərpası olduğunu söyləyib.

“Həmişə deyirəm ki, Putin XX əsrin ən böyük faciəsi kimi nə Birinci və ya İkinci Dünya Müharibəsini, nə də Xolokstu və böyük iqtisadi böhranı deyil, məhz SSRİ-nin süqutunu hesab edir. Putin müasir Rusiyanı SSRİ-nin varisi görür və onu keçmiş sərhədlərinə qaytarmağa çalışır”.

 

Gürcüstanın sabiq prezidenti və Putinin şəxsi düşməni sayılan Mixail Saakaşvili isə SSRİ-nin konkret bərpa olacağı tarixi də göstərmişdi.

“Putin qərara alıb ki, 2024-cü ilə, yəni növbəti seçkilərə qədər Sovet İttifaqını bərpa etsin və bu məqsədlə Gürcüstanı, Ermənistanı, Moldovanı, Belarusu, Ukraynanın qərbi istisna olmaqla əsas hissəsini özünə birləşdirsin. Onun planı belədir”.

 

Amma Putin SSRİ-nin bərpası ideysını açıq şəkildə deyil, Gömrük İttifaqı və Avrasiya İqtisadi Birliyi çərçivəsində sıx inteqrasiya prosesləri ilə həyata keçirmək istəyir. İstənilən halda, Rusiyadan başqa, Qazaxıstan, Ermənistan, Belarus və Qırğızıstanın daxil olduğu bu birliklər SSRİ-nin qat-qat zəif surroqatını yaradır. Hətta bu birlik daxilində də ciddi fakir ayrılıqları mövcuddur.


Belarus prezidenti Aleksnadnr Lukaşenko Rusiya ilə müttəfiq dövlət planını məhz 2020-ci ildə qəbul etmədi.

“Mən müstəqil Belarus Respublikasının sonuncu prezidenti olmaq istəmirəm”-deməklə o, Putinin SSRİ-nin bərpası yolunda ilk addımını geri çevirdi.

 

Rusiya ilə çox sıx iqtisadi, siyasi, mədəni və tarixi əlaqələrə malik Belarusun Kremlin təsir orbitindən çıxması fonunda digər ölkələrin ümumiyyətlə, müstəqilliklərindən vaz keçməsi mümkün görünmür. Əhalinin 2%-ni rusların təşkil etdiyi, Moskva ilə müttəfiq olmağa məhkum Qazaxıstanın latın qrafikalı əlifbaya keçməsi əslində onun Rusiyanın təsirini azaltmaq üçün atdığı addım sayılmalıdır. Digər tərəfdən, Avrasiya Birliyinin üzvləri vahid valyuta, məhkəmə sistemi və s. yaradılmasına müqavimət göstərirlər.

 

Buna rəğmən, Ermənistan istisna olmaqla, digər 3 üzv ölkədə rus dili dövlət statusuna malikdir. Amma Putin yaxşı anlayır ki, təkcə mədəni-hunanitar yolla inteqrasiya prosesini aparmaq mümkün deyil. Digər tərəfdən, 2008-ci ilin avqustunda Gürcüstana və 2014-cü ildə Ukraynaya hərbi müdaxilə bu ölklərlə münasibətlərin pozulmasına səbəb olub və onların Rusiyanın başçılıq etdiyi hər hansı birliyə üzv olmasını mümkünsüz edib.
 

Moskvanın menyusunda keçmiş sovet respublikalarına iqtisadi və siyasi dividendlər vəd edən heç nə yoxdur. Qərbin iqtisadi sanksiyalarından əziyyət çəkən Kreml müstəqil dövlət rəhbərlərinin regional elitaya çevrilməsi üçün heç bir maraqlı yəklif verə bilməz. Əksinə, sosial durumun pisləşdiyi, ərzağın bahalaşdığı, əmək haqlarının aşağı olduğu Rusiyada zəngin elitaya və oliqarx sisteminə qarşı narazılıq var.

Bu fonda Gürcüstan, Ukrayna, Azərbaycan, Ermənistan, Moldova kimi ərazi münaqişlərindən əziyyət çəkən ölkələrin vahid dövlət tərkibində birləşməsi real görünmür. Moskvanın bu ölkələrin münaqişəsini həll etmək, onlara maddi yardım göstərmək imkanı da yox səviyyəsindədir. Rusiyanın öz daxilində Tatarıstanla səlahiyyət münaqişəsi, Çeçenistanla isə zaman-zaman üzə çıxan gərginlik özünü biruzə verir.

 

Bütün bu faktorlar Vladimir Putinin “yeni SSRİ” yaratma istəklərinin geosiyasi reallıqla və iqtisadi imkanları ilə uzlaşmadığını və mümkünsüzlüyünü göstərir. 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“Bakı Qarabağdakı xristian ziyarətgahlarının təhlükəsizliyini təmin edəcək” - Rusiya səfiri 1 Dekabr 2020, 13:34 Şəhidin son sözü: “Məndən narahat olmayın”… 1 Dekabr 2020, 13:32 “Ağdamdan Xankəndiyə yarım saat, Yerevandan isə 10 saatlıq yol var” 1 Dekabr 2020, 13:27 Vətən, torpaq, bayraq SEVGİSİ... 1 Dekabr 2020, 13:23 Azərbaycan XİN-dən Laçın TƏBRİKİ 1 Dekabr 2020, 13:20 Ermənistan təcili yardım sürücüsünün nəşini Azərbaycana təhvil verdi 1 Dekabr 2020, 13:18 “Üç ilə Laçın şəhəri də bizə qaytarılacaq” 1 Dekabr 2020, 13:14 “44 gün ərzində bir gün də olmadı ki, biz haradasa geriyə çəkilək” - İlham Əliyev 1 Dekabr 2020, 13:10 Rusiyalı sülhməramlılar: “Erməni əhalisi Laçını tərk edib” 1 Dekabr 2020, 13:08 Nazirlik bu vəzifələrə işçi axtarır 1 Dekabr 2020, 13:06 Ombudsman beynəlxalq təşkilatlara müraciət etdi 1 Dekabr 2020, 13:03 “Hanı o 7 şərt? Getdi işinə” – İlham Əliyev Ermənistana mesaj verdi 1 Dekabr 2020, 13:00 Qələbəni bizə yaşadanlara və qələbəmizə sevinənlərə eşq olsun! - VİDEO 1 Dekabr 2020, 12:56 Sabah hava necə olacaq? - PROQNOZ 1 Dekabr 2020, 12:52 Paşinyan məhkəmədə uduzdu 1 Dekabr 2020, 12:50 İlham Əliyev üçtərəfli bəyanatın detallarını ŞƏRH ETDİ 1 Dekabr 2020, 12:45 İlham Əliyev yeni çəkiləcək “Azərbaycan-Naxçıvan dəhlizi”ndən DANIŞDI 1 Dekabr 2020, 12:40 Prezident məhv edilən erməni texnikasının yekun siyahısını AÇIQLADI 1 Dekabr 2020, 12:35 “Biz Laçınımıza mədəniyyəti qaytarırıq” - Anar Kərimov 1 Dekabr 2020, 12:30 “Fransa parlamentinin bizim məsələ ilə nə işi var?” – İlham Əliyev 1 Dekabr 2020, 12:28 “Kimsə Qarabağ münaqişəsinin davam etdiyini düşünürsə, səhv edir” 1 Dekabr 2020, 12:25 Bəyanata əgər kimsə müdaxilə etmək istəsə...” - Prezidentdən sərt MESAJ 1 Dekabr 2020, 12:20 Təhsil Nazirliyi vaxtı uzatdı 1 Dekabr 2020, 12:17 “Ermənistan rəhbərliyində Laçını qaytarmaq fikri olmayıb” 1 Dekabr 2020, 12:14 Prezident bəzi sirləri açdı: “Laçın dəhlizi erməni işğalçılarından təmizlənib” - Müraciətin tam MƏTNİ 1 Dekabr 2020, 12:09 Prezident Laçının işğaldan azad olunması münasibətilə xalqı təbrik etdi 1 Dekabr 2020, 12:05 Prezident xalqa müraciət edib - VİDEO 1 Dekabr 2020, 12:00 İsveçrədəki azərbaycanlılar “Le Temps” qəzetinə etiraz məktubu göndərib 1 Dekabr 2020, 11:54 Xanım sürücünün yolunu kəsən şəxs həbs edildi - VİDEO 1 Dekabr 2020, 11:52 Türkiyədən Birgə Monitorinq Mərkəzi ilə bağlı AÇIQLAMA 1 Dekabr 2020, 11:52 Bakının bu yollarında avtobuslar üçün xüsusi zolaqlar ayrıldı - SİYAHI 1 Dekabr 2020, 11:50 “Artıq dekabrın 1-dən sonra postmüharibə dövrü başlayır” - Malik Həsənov 1 Dekabr 2020, 11:48 “Sumqayıt - dənizə addımlayan şəhər...” - Rəhman Orxanın kitabı çıxdı 1 Dekabr 2020, 11:45 Təhsil haqqı dövlət tərəfindən ödənilən tələbələrin siyahısı AÇIQLANDI 1 Dekabr 2020, 11:43 Zahid Oruc: Müzəffər Ordumuz BMT qətnamələrini tam yerinə yetirdi..   1 Dekabr 2020, 11:38
SORĞU Cəbhə xəbərlərini hansı mənbədən alırsınız?