Modern.az

Milli Məclisdə Şuşa mübahisəsi - “Bəzi cavan deputatlar...”

Milli Məclisdə Şuşa mübahisəsi - “Bəzi cavan deputatlar...”

8 May 2020, 12:10

Milli Məclisin iclasında Şuşanın işğalı ilə bağlı məsələdə mübahisə düşüb.

 

Modern.az-ın məlumatına görə, deputat Sabir Rüstəmxanlı deyib ki, Şuşanın Azərbaycanın bəzi qüvvələrinin xəyanəti nəticəsində işğal edilməsi barədə fikirlər yanlışdır:

 

“Bəzi cavan deputatlar o dövrdəki hadisələrin içində olmayıblar, səthi məlumatlarla çıxışlar edirlər. Biz Şuşada bu qədər şəhid vermişik. AXC-Müsavat iqtidarını tənqid etmək olar, amma xəyanətdə ittiham etmək o anlama gəlir ki, guya Şuşanı Ermənistan işğal etməyib. Bu yanaşmaya son qoyulmalıdır”.

 

Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli isə cavab olaraq deyib ki, Azərbaycanda Şuşanın işğalına hüquqi qiymət verilib:

 

“Sabir müəllim, burda heç kim demədi ki, Şuşa Ermənistan tərəfindən işğal edilməyib. Azərbaycan Şuşanın işğalına hüquqi qiymət verib”.

 

Ə.Hüseynlinin bu cavabı YAP-çı deputatların alqışına səbəb olub.

 

Qeyd edək ki, parlamentin iclasında deputatlar Siyavuş Novruzov və Cavid Osmanov AXC-Müsavat cütlüyünü xəyanətdə ittiham edən fikirlər səsləndiriblər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı