Modern.az

Məşədi İbadın Gülnazı VƏFAT EDİB

Məşədi İbadın Gülnazı VƏFAT EDİB

8 May 2020, 15:46

Azərbaycanın tanınmış aktrisası və diktoru Tamara Gözəlova-Ağamirova mayın 8-də dünyasını dəyişib.

Bu barədə Modern.az-a mərhumun ailəsinə yaxın şəxslər məlumat veriblər. Tamara xanımın oğlu Vasif Ağamirov isə bildirib ki, anası uzun müddət imiş onkoloji xəstəlikdən əziyyət çəkirmiş...

Tamara Gözəlova-Ağamirova Azərbaycan kinosunun şah əsəri sayılan, Üzeyir Hacıbəyovun eyni adlı operettası əsasında çəkilən ilk rəngli və tammetrajlı, el arasında “Məşədi Ibad” adıyla məşhurlaşan “O olmasın, bu olsun” filmində məşhur Gülnaz rolunu canlandırıb.

Tamara Gözəlova-Ağamirova 1940-cı il fevralın 14-də Bakıda, İçərişəhərdə ziyalı ailəsində anadan olub. 1957-ci ildə Bakıdakı 190 saylı orta məktəbi, 1965-ci ildə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin kitabxanaçılıq şöbəsini bitirib. 1965-ci ildən 2011-ci il yanvarın 18-nə qədər M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasında şöbə müdiri vəzifəsində çalışıb.
1956-59-cu illərdə Bakı Televiziya Studiyasında işə başlayan T.Gözəlova Azərbaycan Dövlət Televiziyasının ilk xanım diktoru olub.
Bir oğlu var.

Allah rəhmət eləsin...


P.S. Tamara xanımın Modern.az-da dərc olunmuş MÜSAHİBƏSİ

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...