Metro stansiyalarına maskasız daxil olan sərnişinlərin cərimələnməsi metropolitenin səlahiyyətində deyil.
Modern.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Zaur Hüseynov deyib. Onun sözlərinə görə, bunun üçün aidiyyəti qurumlar tədbir görə bilər:
"Biz yalnız səlahiyyətimiz daxilində qaydalara uyğun fəaliyyət göstərəcəyik və qaydalara uyğun da nəzarət həyata keçirəcəyik".