Arxiv
9 May 2020, 18:09 | ƏDƏBİYYAT
“Gedirəm saa Hitlerin başın gətirməyə” - Sovet İttifaqı Qəhrəmanı Gəray Əsədovun anasına SÖYLƏDİKLƏRİ

Azərbaycanın az saylı (niyə azdır - bu başqa söhbətin mövzusudur) Sovet İttifaqı Qəhrəmanlarından biri də mənim doğulduğum kəndin - Beyləqan rayonundakı Birinci Şahsevən kəndinin payına düşür. Söhbət Rumıniyaya qədər döyüş yolu keçən qvardiya serjantı, həlledici anda sinəsini faşist ambrazurasına sipər etmiş Gəray Əsədovdan gedir (1923-1944).

Oxuduğum məktəb onun adını daşıyırdı. Məktəbin bağçasında kiçik bir büstü vardı. Bu büstün önündə şagirdlərin boynuna qırmızı pioner qalstuku bağlayırdılar, komsomol bileti təqdim edirdilər, təntənəli toplantılar keçirirdilər.

Qəhrəmana bir az qohumluğumuz da çatırdı. Atası Lətif kişi qaraqabaq, adamayovuşmaz idi. Sanki bütün dünyadan küsmüşdü. Anası Gülara xala isə ərinin əksinə, çox mehriban, dilli-dilavər qadın idi. İki qardaşı vardı. Barat müəllim kənd sovetinin sədri, Arif zootexnik idi. Aramızdakı yaş fərqinə baxmayaraq, o dövrün kənd dissidenti sayıla biləcək Ariflə söhbətimiz yaxşı tuturdu. Bacısı uşaqlarından arabir şeir yazan komsomol işçisi Bəhramla dostluq edirdik. Fəxrəddinlə də sinif yoldaşı idik.

1970-ci ildə onuncu sinifdə oxuyurdum. Keçmiş SSRİ-də qələbənin 25 illiyi geniş qeyd edilirdi. O zaman çox populyar olan "Azərbaycan gəncləri" qəzeti və Azərbaycan komsomolunun Mərkəzi Komitəsi "Qəhrəmanlar ölmürlər" mövzusunda ümumrespublika inşa müsabiqəsi keçirilməsi ilə bağlı elan vermişdi.. Mən də iştirak etməyi qərara aldım. Qəhrəmanım da təbii ki, həmkəndlim Gəray Əsədov idi.

Döyüş yolu haqda əlimdə sənədlər və materiallar olmadığı üçün kənddə keçən uşaqlıq illəri, müharibəyə qədərki həyatı haqda yazmağı qərara almışdım. Gəray kənddəki yeddi illik məktəbi bitirmişdi. Onu tanıyan adamları, çoxu qadınlar olan bir neçə sinif yoldaşını tapdım. Gülara xalanı xeyli sorğu-suala tutdum. Nəticədə 12 vərəqli şagird dəftəri həcmində xırda və narın xətlə yazılmış bir inşa hazırlayıb müsabiqə komissiyasına göndərdim. Yadımdadır ki, komissiyada baxılması ilə əlaqədar Azərbaycan LKGİ MK zərfində göndərilmiş cavab da aldım. Sonrası bir yana çıxmadı. Təbii ki, kiçik bir povest sayıla biləcək ilk "əsərimin" özümdə heç bir nüsxəsi qalmayıb.

Amma Gülara xalanın danışdığı bir epizod yaddaşıma əbədilik həkk olunub. Təngnəfəslikdən əziyyət çəkən qadın arabir gözünün yaşını silərək Gərayı cəbhəyə necə yola salmasını danışırdı.

"-Bala, Daşburun vağzalında İmam Hüseyn müsibəti idi. Əri, oğlu, qardaşı, nişanlısı fronta gedən arvadlar, qız-gəlinlər ağlaşma qurmuşdular. Kişilərdən də çoxu ağlayırdı. Ağlamayıb neynəsin? Ölümə gedirdilər də! Mən də ağlaya-ağlaya ilkimin - Gərayın boynuna sarıldım. Əli ilə qolumu boynundan götürdü, gülə-gülə:
- Ay arvad, niyə ağlayırsan? Toy-bayram elə. Gedirəm saa Hitlerin başın gətirməyə - dedi. Sonra yan-yörədəki tay-tuşlarını sakitləşdirməyə başladı.
Poyuz tərpənəndə də başın pəncərədən çölə çıxartdı, yumruğun qaldırıb "Adım Gəray, özüm geroy!"- qışqırdı".

Bu uzun xatirəni bölüşməkdən məqsədim sadəcə faşistləri lənətləmək, insanları o uzaq qələbənin sevincinə səsləmək deyil. Bizim haqq-hesab çəkməli olduğumuz öz faşistlərimiz var, əsl qələbə sevincini də onları diz çökdürəndə yaşayacağıq. Və bu mütləq olacaq. O həlledici anda hər kəndimizdən, obamızdan "geroyluq" qanında, genində olan onlarla Gəraylar çıxacaq!


Vilayət Quliyev,
Azərbaycanın Macarıstandakı səfiri

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Məşhur aviaşirkət mindən çox pilotu ixtisar edəcək 25 Sentyabr 2020, 20:03 Koronavirusla bağlı sürətli test yaradıldı 25 Sentyabr 2020, 19:57 Ədliyyə işçiləri və məhkumlar arasında 13 nəfərdə koronavirus aşkarlandı 25 Sentyabr 2020, 19:48 2 min nəfər vaxtından əvvəl cəzadan azad olunub 25 Sentyabr 2020, 19:39 Elektron qolbaq daşıyan məhkumların sayı açıqlandı 25 Sentyabr 2020, 19:30 Naqif Həmzəyev növbəti dəfə seçiciləri ilə görüşdü - VİDEO FOTO 25 Sentyabr 2020, 19:28 Nazirlik “Araz market” və “Al market”i CƏRİMƏLƏDİ 25 Sentyabr 2020, 19:19 Deputat Məzahir Əfəndiyev Bosniya Parlamentinə məktub göndərdi 25 Sentyabr 2020, 19:10 Əmlak Məsələləri Dövlət Xidmətinin səlahiyyətləri artırıldı 25 Sentyabr 2020, 19:01 Gömrüklə bağlı ən çox verilən suallar cavablandırıldı 25 Sentyabr 2020, 18:55 Tələbə köçürülməsi qaydaları dəyişdi - Baş nazirdən qərar 25 Sentyabr 2020, 18:49 Tibb Universitetinə yeni prorektor təyin olundu 25 Sentyabr 2020, 18:43 Dollar yeni həftəyə belə başlayacaq 25 Sentyabr 2020, 18:35 Deputat: “Beynəlxalq təşkilatlar Ermənistanın təxribatlarına adekvat cavab verməlidirlər” 25 Sentyabr 2020, 18:27 İlin sonunadək daha 5 yeni qəsəbə istifadəyə veriləcək - Dövlət Komitəsi 25 Sentyabr 2020, 18:20 Mikayıl Cabbarov Gəncədə sənaye müəssisələrinin fəaliyyəti ilə tanış oldu - FOTO 25 Sentyabr 2020, 18:14 Direktor olmaq istəyənlərin NƏZƏRİNƏ 25 Sentyabr 2020, 18:06 Mehmanxanalarda reydlər APARILIR 25 Sentyabr 2020, 18:00 TƏBİB-də daha bir KADR TƏYİNATI 25 Sentyabr 2020, 17:54 İki icra hakimiyyəti ləğv olunsun - MM-in Komitə sədrindən ilginc təklif 25 Sentyabr 2020, 17:48 Bu şəxslərə hərbi xidmətlə bağlı SMS göndərildi 25 Sentyabr 2020, 17:42 Almaniya azərbaycanlıları ilə videogörüş keçirilib 25 Sentyabr 2020, 17:36 Ordumuzun döyüş hazırlığı prosesi davam edir - VİDEO 25 Sentyabr 2020, 17:30 Azay Quliyev seçicilərlə videogörüş keçirib     25 Sentyabr 2020, 17:25 “Jurnalist olmaq istəyirdim, amma gələcək nəslə sağlam həyat vermək daha maraqlıdı...” - Jurnalist övladı 25 Sentyabr 2020, 17:20 Bu ayın təqaüd və müavinətləri ödənilib 25 Sentyabr 2020, 17:15 Məcburi köçkünlər üçün keçirilən ilk yardım təlimləri başa çatıb 25 Sentyabr 2020, 17:12 Bakı Ali Neft Məktəbi ən yüksək keçid balı ilə yenə birinci oldu 25 Sentyabr 2020, 17:06 Bakı və Sumqayıtda KOB inkişaf mərkəzləri fəaliyyətə başladı 25 Sentyabr 2020, 17:00 Ermənistan cəbhədə vəziyyəti gərginləşdirməyə HAZIRLAŞIR 25 Sentyabr 2020, 16:55 UNEC-in 90 illik yubileyinə töhfə: nəfis tərtibatda kitablar   25 Sentyabr 2020, 16:50 Neftçalada su probleminin həlli ilə bağlı hazırlıqlar görülür - FOTO 25 Sentyabr 2020, 16:44 Dövlət Agentliyi toylara icazədən sonra şadlıq saraylarına nəzarəti AÇIQLADI 25 Sentyabr 2020, 16:38 Nazirliyin 25 əməkdaşı COVID-19-a yoluxdu - 1 nəfər öldü 25 Sentyabr 2020, 16:33 AFAQ layihəsinin ilkin mərhələsində 32 qadın fermerə dəstək göstərilib 25 Sentyabr 2020, 16:27