Modern.az

Azərbaycan nefti 47 faiz bahalaşdı

Azərbaycan nefti 47 faiz bahalaşdı

İqtisadiyyat

12 May 2020, 09:30

Ötən həftə ərzində (4-8 may) dünya bazarında "Azeri Light" (CIF) markalı neft 47,3%-a yaxın bahalaşıb.

 

Modern.az-ın məlumatına görə, Azərbaycan neftinin 1 barelə olan qiyməti həftə ərzində 9,36 ABŞ dolları və ya 47,27% artaraq orta hesabla 29,16 dollara bərabər olub.

 

Həftə ərzində ən yüksək göstərici – 31,33 dollar təşkil edib, ən minimal göstərici isə 24,11 dollar səviyyəsində olub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar