Modern.az

Rusiya-Azərbaycan sərhədini keçənlərə yardım edilir

Rusiya-Azərbaycan sərhədini keçənlərə yardım edilir

Diaspor

14 May 2020, 15:54

“Koronavirus pandemiyasına görə iki ölkə arasında quru və hava əlaqəsi kəsildikdən sonra azərbaycanlılar Rusiya-Azərbaycan sərhədinə axışmağa başladılar. Aprelin 4-də iki ölkə arasında sərhədlər müvəqqəti açıldı və 1500 nəfər Azərbaycana qayıtdı”.

 

Modern.az-ın məlumatına görə, bunu Rusiyanın Dağıstan Respublikasının Dərbənd şəhər dairəsi rəhbərinin azərbaycanlılarla iş üzrə səlahiyyətli nümayəndəsi "Report"a müsahibəsində deyib.

 

Səlahiyyətli nümayəndə bildirib ki, daha sonra Rusiya-Azərbaycan sərhədi yenidən bağlanıb:


“Növbəti keçid aprelin 19-da baş tutdu, 548 nəfər Azərbaycana döndü. Mən gecə saatlarınadək onların hər birini Rusiyadan yola salmışam. Azərbaycan tərəfdə isə onları Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov qarşılayıb. Sonuncu adam keçənədək mən sərhəddə gözlədim. Onlardan yalnız bir nəfəri keçə bilmədi, çünki sənədlərində problem vardı. Hazırda sənədləri qaydaya salınıb və sərhədlərin açılmasını gözləyir”.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir