Modern.az

“Eurovision-2021” bu şəhərdə keçiriləcək

“Eurovision-2021” bu şəhərdə keçiriləcək

Mədəni̇yyət

17 May 2020, 02:25

“Avroviziya-2021" beynəlxalq mahnı müsabiqəsi 2021-ci ildə Rotterdamda keçiriləcək.

 

Modern.az-ın məlumatına görə, bu barədə tədbirin təşkilatçıları məlumat veriblər. 

 

Şənbə günü təqdim olunan "Europe shine a light" adlı şou 46 ölkəyə translyasiya olunub. Bildirilib ki, növbəti il keçiriləcək müsabiqədə yeni mahnılar tələb ediləcək. 

 

Qeyd edək ki, 65-ci “Avroviziya-2020" beynəlxalq mahnı müsabiqəsinin mayın 16-da Niderlandın Rotterdam şəhərində keçirilməli olan final mərhələsi COVID-19 pandemiyası ilə əlaqədar təxirə salınıb.

 

Xatırladaq ki, Azərbaycanı bu müsabiqədə Samira Əfəndi “Kleopatra” mahnısı ilə təmsil edirdi. 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir