Arxiv
21 May 2020, 08:18 | MƏDƏNİYYƏT
Mövludun mübarək, Aslan İlyasov!

Deyirdi ki,- “Bir gün toydan çıxıb Salyana- evə qayıdırdım. Yolda bir “Zaporojes”in sürücüsü mənə əl edib, dayanmağıma işarə etdi. Əyləcə basıb avtomobili saxladım. Yaxınlaşıb xahiş etdi ki, avtomobilini trosla arxamca dartım. Razılaşdıq. Necə yorğun idimsə yolun yarısında onu unutdum. Bir də gördüm ki, arxamda bir “Zapı” ele hey siqnal verir. Fikirləşdim ki, məni ötüb keçmək istəyir. Dedim, hay-hay, harada görünüb ki, “Zapı” “Mersedes”i ötsün. Sürəti artırdıqca onu yenə də arxamda gördüm. Nə isə, Salyana çathaçatda avtomobilimi saxlayıb, həmin sürücüyə yaxınlaşdım. Niyə arxamca düşdüyünü soruşmaq istəyirdim ki, dedi: “Qardaş, yadından çıxıb deyəsən, yolda səndən xahiş etdim, məni də Ələtə qədər “buksir”lə apar…”

Baməzə insan idi. Hər söhbətində məxsusi bir yumor vardı. Şirin Salyan ləhcəsi ilə danışar, ətrafına xoş ruhiyyə bəxş edərdi. Çox adama əl tutmuşdu. Yol qırağında ibadət evi, bir neçə evsizə ev tikdirmişdi. Ömrünün son vaxtlarında ağır xəstəliyə düçar olsa da ruhdan düşmür, yaşamağa can atırdı…

Haqqında söhbət açdığım mahir qarmon ifaçısı Aslan İlyasov 1948-ci ildə Salyan şəhərində dünyaya gəlmişdi. 15 yaşından Salyan rayon Mədəniyyət Evində musiqiçi kimi əmək fəaliyyətinə başlamışdı. 1980-ci ildə Bakı şəhərinə dəvət almış, Azərbaycan Konsert Birliyində solist kimi fəaliyyətini davam etdirmişdi. Bu təşkilatın xətti ilə bir çox rayonlarda qastrol səfərlərində olmuş, öz ifası ilə xalqın qəlbinə yol tapmışdı. Sonra bir müddət Azərbaycan Mədəniyyət Evində solist kimi çalışmışdı. 2005-ci ildən M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında fəaliyyət göstərirdi…

...1994-cü ildə kompakt kaseti Tehran şəhərində satışa buraxılıb. Bu gün onun 30-a yaxın ifasının videolenti Azərbaycan Dövlət Televeziya və Radio Şirkətinin arxivində saxlanılır...

Deyirdi ki,- “Bugünkü xalq artistləri var ha, Aslan meydanda olanda onların çoxu dünyaya gəlməmişdi. Amma efirə çıxmaqları ilə fəxri ad almaları bir olur. Görəsən, bu necə olur? Amma mən traktorla bölgələrə gedib konsertlər vermişəm. Müharibə dövründə bölgələrdə olmuşam, hamısının video görüntüsü var. Konsert verib, ondan əldə etdiyim pulu imkansızların hesabına köçürmüşəm. Ancaq gedib kiminsə qapısını döyüb, kiməsə yalvarmamışam ki, mənə fəxri ad verin. Mənə adı xalqım verib. O adla da qəbirə gedəcəm…”

Elə də oldu, 20 dekabr 2013-cü ildə uzun sürən xəstəlikdən sonra, heç bir fəxri ad almadan vəfat etdi. Əslində Aslan İlyasov kimi sənətkarlar heç zaman ölmürlər. Onlar bizi tərk edərkən öz ruhlarını ifalarında saxlayıb, gedirlər...

Aslan İlyasov mayın 22-də dünyaya gəlmişdi. Yaşadı, yaratdı və bir gün də musiqiyə çevrilib, ifalarında əbədiləşdi...

...Haradansa “Aslani” rəqsinin sədası gəlir...

Mövludun mübarək, SƏNƏTKAR!

Elman Eldaroğlu

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Dünyada koronavirusa yoluxanların sayı 6 milyonu ötdü 30 May 2020, 02:46 Daha bir ölkə koronavirusa qalib gəldi 30 May 2020, 01:34 ABŞ-dan Çinə qarşı yeni sanksiya 30 May 2020, 00:56 Koronavirus bu ölkədə işsizlərin sayın ikiqat artırdı 30 May 2020, 00:49 Piyadanı vuran sürücü hadisə yerindən qaçdı 30 May 2020, 00:39 36 ölkə müraciət etdi: Borclar ertələnsin 30 May 2020, 00:24 Bakıda kişini dostu kürəyindən bıçaqladı 30 May 2020, 00:12 Türkiyədən Liviyaya xəbərdarlıq 29 May 2020, 23:59 Bakının mərkəzində KORONAVİRUS təhlükəsi - VİDEO 29 May 2020, 23:46 Fransada koronavirusdan sutkalıq ölü sayı 52 nəfərədək azaldı 29 May 2020, 23:33 ABŞ Ümumdünya Səhiyyə Təşkilatı ilə əlaqələri dayandırdı 29 May 2020, 23:20 Kommersiya elektrik təyyarəsi uğurla sınaqdan keçirilib 29 May 2020, 23:09 Neft 38 dollaradək bahalaşdı 29 May 2020, 22:54 UEFA Çempionlar Liqası ilə bağlı qərar bu tarixdə veriləcək 29 May 2020, 22:38 Bakıda qonşu qonşunu bıçaqladı 29 May 2020, 22:29 Bu ərazilərdə tibbi maskadan istifadə məcburi olacaq - RƏSMİ 29 May 2020, 22:16 Deputatdan politoloqa ETİRAZ 29 May 2020, 22:07 14 yaşlı yeniyetmə bədbəxt hadisə nəticəsində öldü 29 May 2020, 21:58 Silahlı insidentdə iki nəfər yaralandı 29 May 2020, 21:47 Azərbaycanda koronavirus şübhəsi olan  289 603 nəfər olub - FOTO 29 May 2020, 21:33 Naxçıvanda komanda-qərargah məşqi keçirilib 29 May 2020, 21:22 Virus 27 121 nəfərin həyatına son qoydu 29 May 2020, 21:08 Qara dərili jurnalist belə saxlanıldı - VİDEO 29 May 2020, 20:55 Son sutkada daha 28 nəfər koronavirusdan ölüb 29 May 2020, 20:42 Makqreqor yenidən Həbiblə qarşılaşa bilər 29 May 2020, 20:31 Türkiyədə bağlanan məscidlər 74 gün sonra açılıb 29 May 2020, 20:15 ATƏT Parlament Assambleyasından Azərbaycana təbrik 29 May 2020, 20:01 Hərbi müəssisələrdə və təcridxanalarda epidemioloji vəziyyət stabildir 29 May 2020, 20:00 Nazirlikdən hava xəbərdarlığı - temperatur 4 dərəcə aşağı enəcək 29 May 2020, 19:56 Uşaq bağçaları nə vaxt açılacaq? - TƏBİB-dən AÇIQLAMA   29 May 2020, 19:52 Koronavirus xəstələri üçün 7 min çarpayı ayrılıb 29 May 2020, 19:44 Qışda koronavirusun ikinci dalğası ola bilər - RƏSMİ 29 May 2020, 19:36 Tural Gəncəliyev Qarabağ separatçılarının rəhbərinə CAVAB VERDİ 29 May 2020, 19:30 Rayonlara gediş-gəliş nə vaxt bərpa olunacaq? - RƏSMİ AÇIQLAMA 29 May 2020, 19:25 Şənbə və bazar günləri məhdudiyyətlər tətbiq olunacaq - Operativ Qərargah 29 May 2020, 19:18