Arxiv
22 May 2020, 11:09 | MƏDƏNİYYƏT
Ana dilində danışa bilməyən məmurlar…

Yunan filosofu Sokrat deyib: “Danış ki, səni görüm”. Dahi mütəfəkkir bu ifadənin arxasında heç şübhəsiz ki, insanın zahiri yox, daxili görüntüsünün ortaya çıxması anlayışını nəzərdə tutur. Yəni məhz dil vasitəsi ilə sən özünü, ailəni eləcə də bütün ölkəni dünyaya yaxşı və pis mənada təqdim edib, tanıda bilərsən.

Eyni zamanda, danışıq üslubun milliyətin, mənsub olduğun ölkə haqqında ilkin məlumatdır.

Çox təəssüf ki, Azərbaycanda bəzi vəzifəli şəxslər hələ də ana dili mahiyyətini tam dərk etmək gücündə deyil. Ya da nə bilək, bəlkə də öz “ənənəvi” danışıq üslublarından imtina etmək istəmirlər.

Bu məsələnin fonunda son zamanlar xüsusilə mediada danışıq üslubu ilə “qıcıq” yaradan bəzi məmurların danışıq dilinə toxunmaq istərdik. Belə ki, yüksək postları tutan bu şəxslər ana dili qaydalarını elə kobud şəkildə pozur ki, hətta mətbuat nümayəndələri belə onları anlamaqda çətinlik çəkir.

Nazirlər Kabineti yanında Operativ Qərargahın bu günlərdə təşkil etdiyi iki mətbuat konfransında “Bakı Metropoliteni” QSC-nin sədri Zaur Hüseynov və Bakı Şəhəri İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun danışıq tərzi günlərdir sosial şəbəkələrdə lağlağı mövzudur. Axı uzun illərdir yüksək vəzifələrdə çalışan bu kimi məmurlar ana dilində niyə pis danışsınlar?..

Bəzi ölkələrdə vəzifəyə təyin olunmazdan qabaq şəxsin danışıq dilinin səviyyəsinin öyrənilməsi üçün müəyyən imtahan nəzərdə tutulur və bu imtahana əsasən təyinat qərarı verilir.

Maraqlıdır, bizdə də bu təcrübəni tətbiq etmək olarmı?

Ümumiyyətlə, bəzi məmurların danışıq dili normalarını pozmasına səbəb nədir? 


Mövzu ətrafında Modern.az-a danışan telejurnalist, filologiya elmləri doktoru, BDU-nun professoru Qulu Məhərrəmli mövcud problemi əksər şəxslərin aldığı təhsillə əlaqədar olduğunu deyib:

“Hər hansı məmurun doğma ana dilini pis bilməsi, yaxud da bu dildə pis danışması ürəkağrıdan hadisədir.  Həmin məmurların əksəriyyəti Sovet dövründə başqa dildə təhsil alıblar. Yəni mühit başqa olub deyə, müəyyən qədər dil problemlərinin olmasını anlamaq olar. Amma ümumilikdə özünə, ana dilinə hörmət edən dövlətlərdə məmurların işə düzəlməsi, xüsusilə mühüm vəzifələri tutması üçün önəmli şərtlərdən biri onun peşə bacarıqları ilə bərabər, ana dilini də mükəmməl bilməsidir. Hesab edirəm ki, Azərbaycanda da bunu tətbiq etmək çox uyğun olardı. Məsələn, mən bir çox ölkələrin təcrübəsini bilirəm ki, Ukraynada, Gürcüstanda, həmçinin Avropanın bir çox ölkələrində ana dilini bilmək mühüm şərtlərdən sayılır və işə qəbul olunanda dil biliyi nəzərə alınır. Nümunə üçün qeyd edim ki, Ukraynada Təhsil Nazirliyində xüsusi dil komissiyası var. Bu komissiya orta və ali məktəb müəllimlərinin ana dilində nə dərəcədə yaxşı danışa bildiyini yoxlayır. Həmin nazirlikdə bu quruma rəhbərlik edən şəxs azərbaycanlıdır. Bu bizim üçün bir nümunədir”.

 

Professor təklif edir ki, məmurlar işə qəbul edilməzdən əvvəl dil komissiyasında yoxlanışdan keçsinlər:

 

“Azərbaycanda da ana dilinin düzgün işlənməsi ilə bağlı 20-ə yaxın qanun, sərəncam və fərman var. Amma baxaq görək bütün bunlar nə dərəcədə effektlidir? Məmurlar nə dərəcədə ana dilini bilməyi və bu dildə gözəl danışmağı mühüm hesab edir? İstənilən mütəxəssis fransız, ingilis dilini bilir, çox gözəl. Amma həmin məmurun işlədiyi əsas subyekt azərbaycanlılardır. O məmur Azərbaycanda çalışır  və ölkənin əhalisi ilə işləyir. Ona görə də ölkənin ana dilini bilmək, “Dövlət dili haqqında” qanunun tələblərinə əməl etmək lazımdır. Hesab edirəm ki, bu baxımdan onların işə qəbul olunarkən müvafiq komissiyadan keçməsi daha doğru olar. Amma təəssüf ki, bizdə çox şey kompaniya xarakteri daşıyır. Mətbuat bu gün məsələyə diqqət yetirir, lakin səhəri gün mövzu unudulur. Bu baxımdan dil məsələləri ilə bağlı məşğul olan bir sistem olmalıdır. İnsanların ana dilini bilmək həyati ehtiyacı olmalı və bu dili özlərinin dəyəri hesab etməlidirlər”.

VIDEO
BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
İranda təyyarə qəzası 25 Sentyabr 2020, 20:32 Baş Prokurorluqdan İnstaqradakı sual-cavabla bağlı açıqlama 25 Sentyabr 2020, 20:19 Məşhur aviaşirkət mindən çox pilotu ixtisar edəcək 25 Sentyabr 2020, 20:03 Koronavirusla bağlı sürətli test yaradıldı 25 Sentyabr 2020, 19:57 Ədliyyə işçiləri və məhkumlar arasında 13 nəfərdə koronavirus aşkarlandı 25 Sentyabr 2020, 19:48 2 min nəfər vaxtından əvvəl cəzadan azad olunub 25 Sentyabr 2020, 19:39 Elektron qolbaq daşıyan məhkumların sayı açıqlandı 25 Sentyabr 2020, 19:30 Naqif Həmzəyev növbəti dəfə seçiciləri ilə görüşdü - VİDEO FOTO 25 Sentyabr 2020, 19:28 Nazirlik “Araz market” və “Al market”i CƏRİMƏLƏDİ 25 Sentyabr 2020, 19:19 Deputat Məzahir Əfəndiyev Bosniya Parlamentinə məktub göndərdi 25 Sentyabr 2020, 19:10 Əmlak Məsələləri Dövlət Xidmətinin səlahiyyətləri artırıldı 25 Sentyabr 2020, 19:01 Gömrüklə bağlı ən çox verilən suallar cavablandırıldı 25 Sentyabr 2020, 18:55 Tələbə köçürülməsi qaydaları dəyişdi - Baş nazirdən qərar 25 Sentyabr 2020, 18:49 Tibb Universitetinə yeni prorektor təyin olundu 25 Sentyabr 2020, 18:43 Dollar yeni həftəyə belə başlayacaq 25 Sentyabr 2020, 18:35 Deputat: “Beynəlxalq təşkilatlar Ermənistanın təxribatlarına adekvat cavab verməlidirlər” 25 Sentyabr 2020, 18:27 İlin sonunadək daha 5 yeni qəsəbə istifadəyə veriləcək - Dövlət Komitəsi 25 Sentyabr 2020, 18:20 Mikayıl Cabbarov Gəncədə sənaye müəssisələrinin fəaliyyəti ilə tanış oldu - FOTO 25 Sentyabr 2020, 18:14 Direktor olmaq istəyənlərin NƏZƏRİNƏ 25 Sentyabr 2020, 18:06 Mehmanxanalarda reydlər APARILIR 25 Sentyabr 2020, 18:00 TƏBİB-də daha bir KADR TƏYİNATI 25 Sentyabr 2020, 17:54 İki icra hakimiyyəti ləğv olunsun - MM-in Komitə sədrindən ilginc təklif 25 Sentyabr 2020, 17:48 Bu şəxslərə hərbi xidmətlə bağlı SMS göndərildi 25 Sentyabr 2020, 17:42 Almaniya azərbaycanlıları ilə videogörüş keçirilib 25 Sentyabr 2020, 17:36 Ordumuzun döyüş hazırlığı prosesi davam edir - VİDEO 25 Sentyabr 2020, 17:30 Azay Quliyev seçicilərlə videogörüş keçirib     25 Sentyabr 2020, 17:25 “Jurnalist olmaq istəyirdim, amma gələcək nəslə sağlam həyat vermək daha maraqlıdı...” - Jurnalist övladı 25 Sentyabr 2020, 17:20 Bu ayın təqaüd və müavinətləri ödənilib 25 Sentyabr 2020, 17:15 Məcburi köçkünlər üçün keçirilən ilk yardım təlimləri başa çatıb 25 Sentyabr 2020, 17:12 Bakı Ali Neft Məktəbi ən yüksək keçid balı ilə yenə birinci oldu 25 Sentyabr 2020, 17:06 Bakı və Sumqayıtda KOB inkişaf mərkəzləri fəaliyyətə başladı 25 Sentyabr 2020, 17:00 Ermənistan cəbhədə vəziyyəti gərginləşdirməyə HAZIRLAŞIR 25 Sentyabr 2020, 16:55 UNEC-in 90 illik yubileyinə töhfə: nəfis tərtibatda kitablar   25 Sentyabr 2020, 16:50 Neftçalada su probleminin həlli ilə bağlı hazırlıqlar görülür - FOTO 25 Sentyabr 2020, 16:44 Dövlət Agentliyi toylara icazədən sonra şadlıq saraylarına nəzarəti AÇIQLADI 25 Sentyabr 2020, 16:38