Modern.az

Dolu Qazaxın kəndlərinə ziyan vurdu

Dolu Qazaxın kəndlərinə ziyan vurdu

Aktual

22 May 2020, 22:36

Bu axşam saatlarında Qazaxa dolu düşüb.

 

Modern.az  xəbər verir ki, bu gün saat 20:20-də Qazax rayonunun Birinci Şıxlı, İkinci Şıxlı və Yuxarı Salahlı kəndlərinə dolu düşüb, təxminən 10 dəqiqə davam edib.



Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, hadisə stansiyadan və məntəqələrdən kənarda olduğundan dolunun diametrini ölçmək mümkün olmayıb.



Proses güclü şimal-qərb küləyi və leysan xarakterli yağışla müşayiət edilib. Güclü külək və dolu bəzi təsərrüfata ziyan vurub.

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır