Modern.az

Ramazan ayının sonuncu günün duası - imsak və iftar vaxtı

Ramazan ayının sonuncu günün duası - imsak və iftar vaxtı

Aktual

23 May 2020, 00:05

Bu gün Ramazan ayının 29-cu, həm də sonuncu günüdür.

 

Modern.az-ın məlumatına görə, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, Bakıda mayın 23-də imsak saat 03:28-də, iftar isə saat 20:13-dədir.

 

Ramazan ayının 29-cu gününün duası:

 

"Allahummə ğəşşini fihi bir-rəhməh. Vərzuqni fihit-tovfiqə vəl-isməh. Və təhhir qəlbi min ğəyabihit-tuhməh. Ya rəhimən bi-ibadihil-mu-minin".

 

Tərcüməsi:

 

"İlahi, bu gün məni öz sonsuz rəhmətinlə əhatə et! Bu gün mənə qüvvət və ismət nəsib et! Ürəyimi töhmətçilik qaranlığından təmizlə! Ey mömin bəndələrinə rəhmli olan Allah!"

 

İftar duası:

 

"Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti iğfirli".

 

Tərcüməsi:

 

"İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla!".

 

Allah orucunuzu qəbul etsin!

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır