Modern.az

Daha 2 min Taliban üzvü azadlığa buraxıldı

Daha 2 min Taliban üzvü azadlığa buraxıldı

Aktual

24 May 2020, 23:30

Əfqanıstanda Ramazan bayramı ilə əlaqədar atəşkəs elan edilməsindən sonra 2 min Taliban üzvü azadlığa buraxılıb.

Modern.az xəbər verir ki, bu barədə Əfqanıstan Prezidenti Əşrəf Qəni danışıb.

O, Talibanın atəşkəslə bağlı müsbət qərarına cavab olaraq bu addımı atdıqlarını bildirib.

Qeyd edək ki, ötən gün Taliban Ramazan bayramı ilə əlaqədar Əfqanıstanda 3 günlük atəşkəs elan edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır