Modern.az

Bakı-Naxçıvan aviareysinin açılmasına ehtiyac var - İsa Həbibbəyli

Bakı-Naxçıvan aviareysinin açılmasına ehtiyac var - İsa Həbibbəyli

25 May 2020, 16:31

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın iyun ayı üçün yeni məlumatlarında beynəlxalq və yerli aviareyslərin açılacağı haqqındakı məlumatlar xalqımızda koronavirusla mübarizdən çıxmaqda olduğumuza dair böyük inam və ümid yaradır.

 

Bunu Modern.az-a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının Birinci vitse-prezidenti, Milli Məclisin deputatı, akademik İsa Həbibbəyli bildirib.

 

Deputatın sözlərinə görə, Naxçıvan Muxtar Respublikasının əhalisi Operativ Qərargahın Bakı-Naxçıvan aviareysinin açılacağı haqqındakı məlumatını böyük razılıq hissi ilə qarşılayırlar.

 

"Uzun illərdən bəri çətin blokada şəraitində yaşamağın məsuliyyətli imtahanlarını vermiş Naxçıvan Muxtar Respublikasında paytaxtla aviareysin bərpa olunması pandemiya dövrünün yaratdığı əlavə çətinliklərdən qurtarmaq baxımından əhəmiyyətli addım kimi qiymətləndirilir.

Muxtar respublikanın ölkəmizin paytaxtı ilə yeganə çıxış yolu olan hava nəqliyatından istifadəsinin bərpa olunması pandemiya dövrünün yaratdığı sosial-iqtisadi, mənəvi-psixoloji problemlərin aradan qaldırılmasına əməli dəstəyin ifadəsi olacaqdır.

Hesab edirik ki, Bakı-Naxçıvan aviareyslərinin həftədə iki-üç dəfə uçuşunu təmin etməklə muxtar respublika ilə əlaqə baxımından yaranmış çətinliklərin aradan qaldırılması mümkün ola bilər.

Ümid edirik ki, Bakı-Naxçıvan aviareysinin açılması koronavirusla mübarizənin yaxın zamanlarda başa çatmaqda olmasının müjdəsinə çevriləcəkdir.

Ümumiyyətlə, gündəlik həyatımızın bütün sahələrində, o cümlədən beynəlxalq və yerli aviareyslərin açılması şəraitində koronavirusla mübarizənin tələblərinə tam əməl edilməsi xalqımızın daim diqqət mərkəzində olmalıdır", - deyə İsa Həbibbəyli bildirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu