Arxiv
28 May 2020, 12:20 | MÜSAHİBƏ
“Ramili qınamaq yox, onunla fəxr etmək lazımdır” – Millət vəkili Cavanşir Feyziyevlə MÜSAHİBƏ

Millət vəkili Cavanşir Feyziyev Avropa İnsan Hüquqları Məhkəməsində Makuçyan və Minasyanın Azərbaycana və Macarısatana qarşı qaldırdığı iddia əsasında məhkəmənin çıxardığı qərar, habelə zabitimiz Ramil Səfərovun adı ətrafında sosial şəbəkələrdə gedən müzakirələrə münasibətini açıqlayıb. Modern.az həmin müsahibəni təqdim edir.

 

– Cavanşir müəllim, Avropa İnsan Hüquqları Məhkəməsində Makuçyan və Minasyanın Azərbaycana və Macarısatana qarşı qaldırdığı iddiaya baxılıb. Məhkəmənin qərarını necə qiymətləndirirsiz ?

-Əslində bu iddiaları Makuçyan və Minasyanın timsalında Ermənistan hakimiyyətinin iddiaları kimi başa düşməliyik. Ermənistan hakimiyyəti üzləşdiyi saysız-hesabsız problemlərlə məşğul olmaq əvəzinə Azərbaycana qarşı qarayaxma kampaniyası aparmaqla məşğuldur. Beynəlxalq aləmdə onların riyakarlığı ifşa olunduqca özlərini yeni bir ampluada, bu dəfə “insan haqlarının müdafiəçisi” kimi qələmə vermək istəyiblər. Avropa İnsan Hüquqları Məhkəməsi isə Makuçyan və Minasyanın müraciətinə baxaraq onların iddialarını rədd edib. Belə də gözləmək olardı.

 

– Sizcə, ermənilər belə bir iddia qaldırmaqla nəyə nail oldular və ya nəyə nail olmaq istəyirdilər ?

-Çox güman ki, məqsəd Avropa Məhkəməsi kimi beynəlxalq bir qurumda ölkəmizin adını mənfi kontekstdə hallandırmaqla Azərbaycanın imicinə xələl gətirmək olub. Bütün beynəlxalq platformalarda öz çıxışları və hətta görüntüləri ilə gülüş doğuran erməni siyasətçiləri bu dəfə özlərini “insan haqlarının müdafiəçisi” və “etnik zəmində nifrətə qarşı mübarizə aparan bir dövlət” kimi göstərmək istəyirdilər. Amma belə bir iddianın məhz ermənilər tərəfindən qaldırılması özü absurddur. Öz ərazisindən bütün milli azlıqları sıxışdırıb qovmuş, qonşu dövlətin ərazisini işğal edib etnik təmizləməyə məruz qoymuş bir dövlətin vətəndaşları və ya təmsilçiləri fərdi zəmində baş vermiş mübahisə əsasında öldürülmüş bir erməniyə görə 2 dövlətə qarşı iddia qaldırıb. Bu iddia nə qədər absurd olsa da, ermənilərin belə davranışına təəccüb etmirəm, çünki tarix boyu hər addımda erməni hiyləgərliyinin, erməni həyasızlığının şahidi olmuşuq. Bu da həmin sıradan olan növbəti erməni riyakarlığıdır.

 

– Erməni mətbuatında Avropa Məhkəməsinin qərarını çox ehtiyatla şərh edirlər. Belə çıxır ki, gözlədikləri qərara nail ola bilməyiblər?

- Ermənistan hakimiyyəti bütün fürsətlərdən istifadə edərək, həm öz xalqlarını, həm də beynəlxalq ictimaiyyəti aldatmaqla məşğuldurlar. Lakin bu dəfə özlərini qalib kimi göstərmək üçün əllərində bir şey yoxdur. Ona görə də bu iddiadan bir şey əldə etmədikləri üçün indi yeni bir təxribat düşünəcəklər.

 

– Bizim sosial şəbəkələrdə bu mövzu ilə bağlı böyük fəallıq var. Vətəndaşların çoxu Ramil Səfərova haqq qazandırsa da, bəzi vətəndaşlar Ramil Səfərovun hərəkətini qınayır, bunu etməməli olduğunu bildirirlər…

- Qurgen Markaryanın ölümü fərdi səviyyədə baş vermiş bir cinayət hadisəsidir. Ona görə də belə bir fakta görə iki dövlətə qarşı iddia qaldırmaq, hər hansı bir təzminat tələb etmək məntiqsizdir. Lakin hər bir cinayətin motivləri olur. Ramil Səfərovun da öz motivləri vardı və konkret vəziyyətdə bu motivlər başa düşüləndir. Erməni təcavüzünə məruz qalan yaxınlarını itirmiş, öz vətəninin torpaqlarını itirmiş bir zabitin – Ramil Səfərovun on minlərlə soydaşını qətlə yetirmiş bir ordunun, yəni erməni ordusunun zabiti tərəfindən aşağılanması  onda affekt halı yarada bilərdi və bu vəziyyətdə artıq  o öz hərəkətlərini idarə etmək qabiliyyətindən məhrum ola bilərdi. Hadisə elə belə də baş verib və buna görə də Ramil Səfərovu qınayanlar haqsızdırlar. Ən azı, onlar insan iztirablarını, bir milyona yaxın qaşqın və köçkünümüzün yaşadığı acıları göz önünə gətirərək, zabitimizin davranışına düzgün qiymət verməlidirlər. Ramil Səfərovun törətdiyi əməlin səbəbində dayanan motivlər  erməni qəddarlığına məruz qalmış xalqı üçün təəssübkeşlik  və onun vətənsevərliyi olub. O bu ədalətsizliyi qəbul edə bilməyib. Buna görə onu qınamaq yox, onunla fəxr etmək lazımdır.

 

– Bəs onu qınayanlara nə demək istərdiniz?

– Onu qınayanlara nə isə deməyin mənasını görmürəm. Çünki düşünürəm ki, əslində onlar Ramil Səfərovun davranışını anlayırlar. Amma onların məqsədi başqadır. Onlar ölkə üçün, xalq üçün hətta özləri üçün də heç bir faydalı iş görə bilməyən, amma bütün günü sosial şəbəkələrdə oturub yüksək materiyalardan danışmaqla özlərinin  yarımçıqlıq kompleksinə qarşı vuruşanlardır. Bir milyon insanın hüquqları, onların yaşadıqları faciələr, ermənilərin son qoyduğu on minlərlə soydaşımızın həyatı  bu adamlar üçün sadəcə siyasi alver predmetidir. Amma nə etmək olar. Tarix boyu Ramil Səfərov kimi qəhrəmanlarımız çox olub. Eyni zamanda şəxsi mənafeyi naminə öz xalqının, millətinin maraqlarına xəyanət edən “keçəl həmzələr” də olub. Bunlar da bizim müasir “keçəl həmzə”lərimizdir. Mən onlara heç nə demək istəmirəm, sadəcə öz vicdanları qarşısında cavab versinlər.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Paytaxtın 544 küçəsi dezinfeksiya olundu 4 İyul 2020, 18:16 Türk əsgərinin qatilləri 30 il sonra YAXALANDILAR 4 İyul 2020, 18:10 Zelenskidən Putinə MESAJ: “Bizdən heç nə tələb edə bilməzsiniz” 4 İyul 2020, 18:02 Azərbaycanın 4 rayonunda yaranmış su qıtlığı ilə bağlı RƏSMİ AÇIQLAMA 4 İyul 2020, 17:48 Dünyanın ən yaşlı pişiyi öldü 4 İyul 2020, 17:24 Hövsanda dəfn mərasimində iştirak edənlər SAXLANILDI 4 İyul 2020, 17:13 Şəmkirçay su anbarında batan şəxs axtarılır 4 İyul 2020, 16:50 Gəncədə deputat və bələdiyyə sədrinin iştirakı ilə reyd keçirib 4 İyul 2020, 16:36 İcazəsiz istirahətə gəldilər, cərimə olundular - FOTO 4 İyul 2020, 16:24 İranda virusa yoluxanların sayı 250 minə yaxınlaşır 4 İyul 2020, 16:16 İsmayıllıda yığıncaq təşkil edən ata və 10 qonağı cərimələndi 4 İyul 2020, 15:59 Paytaxtda yük maşını piyadanı vurub öldürdü 4 İyul 2020, 15:49 AQTA maarifləndirir: Qablaşdırılma materialları qidaya necə təsir göstərir? 4 İyul 2020, 15:38 Taksidə sürücü və sərnişini maskasızdırsa, cərimələnəcək - XƏBƏRDARLIQ 4 İyul 2020, 15:15 Ermənilər Azərbaycanın daha min kvadrat kilometr ərazisinə iddia İRƏLİ SÜRÜB 4 İyul 2020, 15:02 AMEA-nın şöbə müdiri dünyasını dəyişdi 4 İyul 2020, 14:55 Rəsmi Bakı ABŞ-ı Müstəqillik günü münasibətilə təbrik edib 4 İyul 2020, 14:40 Karantin vaxtı işləyən sexin 56 işçisi cəzalandırıldı 4 İyul 2020, 14:23 Samuxda yas mərasimi keçirmək istəyən şəxslər cərimələnib 4 İyul 2020, 14:16 Almaniyada koronavirusdan ölüm faizi niyə aşağıdır? – Ekspertdən İZAH 4 İyul 2020, 14:00 Polis supermarketlərdə reydlər keçirir 4 İyul 2020, 13:42 Peşə təhsili üzrə teledərslərin 6 iyul cədvəli 4 İyul 2020, 13:25 Gizli işləyən kafe aşkarlandı: sahibi 1500, müştərilər 100 manat CƏRİMƏLƏNDİ 4 İyul 2020, 13:17 Paytaxtda qanunsuz  fəaliyyət göstərən obyekt bağlandı 4 İyul 2020, 13:03 Bakıda sabah hava necə olacaq? 4 İyul 2020, 12:54 Beynəlxalq ekspert: “Dünya bol su dövründən su azlığı dövrünə keçir” 4 İyul 2020, 12:45 Gəncədə “COVİD-19”la mübarizə çərçivəsində dezinfeksiya işləri aparılıb 4 İyul 2020, 12:33 Rusiyada koronavirusdan ölənlərin sayı 10 mini keçdi 4 İyul 2020, 12:24 Karantin günlərində Bakıdan Qəbələyə istirahətə gedənlər CƏZALANDIRILDI 4 İyul 2020, 12:13 Azərbaycan diasporu: Haradan haraya... 4 İyul 2020, 12:04 Daşkəsəndə 2 tondan çox narkotik məhv edilib  4 İyul 2020, 12:00 Fövqəladə vəziyyət Ermənistan iqtisadiyyatını  ciddi təhlükə altında qoyur 4 İyul 2020, 11:57 Dollar yağışı 4 İyul 2020, 11:55 Bakı meriyasından koronavirus AÇIQLAMASI: “Əməkdaşlar arasında…” 4 İyul 2020, 11:47 UNEC brendi Estoniyada da tanındı 4 İyul 2020, 11:43