Arxiv
28 May 2020, 14:33 | ƏDƏBİYYAT
Əmanət amanatı

Vahid Qazi

Azadlığın, köləliyin şəkli necədi sizin təsəvvürünüzdə, bilmirəm!

Mənim xəyalımdakı azadlıq ucsuz-bucaqsız çiçəkli çəmənliyinin günəşlə açılan səhərinə bənzəyir.

Köləlik deyəndə isə gözümün qabağına bataqlıq meşəsinin şərqarışan ala-qaranlığı gəlir.

Eskizini qaralamağa cəhd elədiyim bu iki fərqli mənzərəni siz də fikrinizdə canlandırmağa çalışın! Özünüzü əvvəl günəşli çəmənlikdə, sonra bataqlıq alatoranlığında duyun!

Alınırmı?

Çiçəklərinə şeh düşən çəmənliyin üfüqədək uzanan genişliyinə baxın! Havasını ciyərlərinizə çəkin! Sabah günəşinin ilığını dərinizdə hiss eləyin!

Şeh üstündə bərq vuran şəfəqlər günəşdən soraq gətirib sizə. Nur selindən gözünüz qamaşır, qıyılır, amma beyninizdə aydın düşüncələrə yol açılır.

Bax, mənim ”Azadlıq” tablom belədi!

…İndisə bataqlıq meşəsinə çökməkdə olan qaranlığın vahiməsini yaşamağa çalışın! Bataqlıq sükunətini dinlədinizmi heç? Mən qulaq asmışam ona, illər öncəsi, Belarus meşəsində.

Qorxuncdu!

Batmamaq çabası yaşam davalarının ən dəhşətlisidi. Yer bağrına çəkir səni, nəfəsin kəsilir, boğurulsan…

Batmaq deyil faciənin yekəsi, bata-bata yaşamaqdı.

Azadlığın olmadığı yerin mənzərəsi, kölə ömrün halı-haləti də belədi.

Burda günəş yoxdu, günəşə ümid də yoxdu heç!

***

28 may 1918-ci il İstiqlal Bəyannaməsi XIX əsrin 70-ci illərindən üzü bəri Azərbaycanda formalaşan milli məfkurənin qələbə aktıdı.

Cümhuriyyət Ataları zülmət bataqlığını çəmənzarlığın günəşli sabahına çevirməyi bacarmış adamlardı.

Onlar bu gücü Axundov-Hacıbəyov-Rəsulzadə milli şüur arealında yaşamış neçə-neçə milli məfkurə daşıyıcısından almışdılar.

Cümhuriyyətçilik ruhumuzu kommunizm epidemiyası da məhv edə bilmədi. İndiki neobolşevik zaman da keçəcək.

Azadlıq fədaisi sonuncu azərbaycanlı duranacan İstiqlal günəşimiz sönməyəcək!

Onu sönməyə sən qoymayacaqsan, Cümhuriyyətinin 102 yaşını təbrikə tələsdiyim dost!

İstiqlalımız Qurucu Ataların əmanətidi.

Əmanət amanatı!

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Paytaxtda daha iki gün ictimai nəqliyyat işləməyəcək 26 Sentyabr 2020, 00:04 Soyğunçuluq edən şəxsin əlavə cinayəti üzə çıxdı 25 Sentyabr 2020, 23:55 Təyyarə qəzasında ölü sayı artdı - VİDEO, YENİLƏNİB 25 Sentyabr 2020, 23:36 Ermənilər bu yola da əl atdı 25 Sentyabr 2020, 23:18 ÜST-dən XƏBƏRDARLIQ: koronavirusdan 2 milyon insan ölə bilər 25 Sentyabr 2020, 23:01 Ucarda yük avtomobili yandı 25 Sentyabr 2020, 22:33 “Çempionat yeni başlayıb, heç də asan olmayacaq” - Qurban Qurbanov 25 Sentyabr 2020, 22:21 İsrail xaricə uçuşları dayandırdı 25 Sentyabr 2020, 22:04 Türkiyədə koronavirusdan daha 73 insan öldü 25 Sentyabr 2020, 21:52 Qadın keçmiş əri tərəfindən bıçaqlandı 25 Sentyabr 2020, 21:35 Nüfuzlu televiziyada Qarabağ münaqişəsi ilə bağlı sənədli film yayımlandı - VİDEO 25 Sentyabr 2020, 21:22 ABŞ səfirliyi amerikalıları Abşerondan kənara çıxmamağa çağırıb 25 Sentyabr 2020, 21:09 Deputat kafedə müştərini döydü – VİDEO 25 Sentyabr 2020, 20:49 İranda təyyarə qəzası 25 Sentyabr 2020, 20:32 Baş Prokurorluqdan İnstaqradakı sual-cavabla bağlı açıqlama 25 Sentyabr 2020, 20:19 Məşhur aviaşirkət mindən çox pilotu ixtisar edəcək 25 Sentyabr 2020, 20:03 Koronavirusla bağlı sürətli test yaradıldı 25 Sentyabr 2020, 19:57 Ədliyyə işçiləri və məhkumlar arasında 13 nəfərdə koronavirus aşkarlandı 25 Sentyabr 2020, 19:48 2 min nəfər vaxtından əvvəl cəzadan azad olunub 25 Sentyabr 2020, 19:39 Elektron qolbaq daşıyan məhkumların sayı açıqlandı 25 Sentyabr 2020, 19:30 Naqif Həmzəyev növbəti dəfə seçiciləri ilə görüşdü - VİDEO FOTO 25 Sentyabr 2020, 19:28 Nazirlik “Araz market” və “Al market”i CƏRİMƏLƏDİ 25 Sentyabr 2020, 19:19 Deputat Məzahir Əfəndiyev Bosniya Parlamentinə məktub göndərdi 25 Sentyabr 2020, 19:10 Əmlak Məsələləri Dövlət Xidmətinin səlahiyyətləri artırıldı 25 Sentyabr 2020, 19:01 Gömrüklə bağlı ən çox verilən suallar cavablandırıldı 25 Sentyabr 2020, 18:55 Tələbə köçürülməsi qaydaları dəyişdi - Baş nazirdən qərar 25 Sentyabr 2020, 18:49 Tibb Universitetinə yeni prorektor təyin olundu 25 Sentyabr 2020, 18:43 Dollar yeni həftəyə belə başlayacaq 25 Sentyabr 2020, 18:35 Deputat: “Beynəlxalq təşkilatlar Ermənistanın təxribatlarına adekvat cavab verməlidirlər” 25 Sentyabr 2020, 18:27 İlin sonunadək daha 5 yeni qəsəbə istifadəyə veriləcək - Dövlət Komitəsi 25 Sentyabr 2020, 18:20 Mikayıl Cabbarov Gəncədə sənaye müəssisələrinin fəaliyyəti ilə tanış oldu - FOTO 25 Sentyabr 2020, 18:14 Direktor olmaq istəyənlərin NƏZƏRİNƏ 25 Sentyabr 2020, 18:06 Mehmanxanalarda reydlər APARILIR 25 Sentyabr 2020, 18:00 TƏBİB-də daha bir KADR TƏYİNATI 25 Sentyabr 2020, 17:54 İki icra hakimiyyəti ləğv olunsun - MM-in Komitə sədrindən ilginc təklif 25 Sentyabr 2020, 17:48