Arxiv
29 May 2020, 12:45 | AKTUAL
Azərbaycan özünün daxili imkanları ilə koronovirusla mübarizədə böyük nailiyyətlər əldə edib - Şeyx

Birləşmiş Millətlər Təşkilatı müstəvisində “Fəaliyyətə keçmək üçün qlobal çağırış” mövzusunda beynəlxalq video-konfrans-məsləhətləşmə keçirilib.

 

Konfrans BMT Baş katibinin COVİD - 19 problemi ilə əlaqədar din xadimlərinin səfərbər olmaları haqqında 11 aprel tarixli çağırışı əsasında təşkil olunub. Beynəlxalq tədbirin təşəbbüs qrupu - BMT-nin İnsan hüquqları üzrə Baş komissarı Mişel Baçelet, BMT Sivilizasiyalar alyansının Yüksək Nümayəndəsi  Angel Moratinos və BMT Soyqırımın qarşısının alınması üzrə xüsusi məsləhətçisi Adama Diengin birgə dəvət məktubuna əsasən, Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə konfrans-məsləhətləşmədə iştirak edib. 

 

QMİ-nin Mətbuat Xidmətindən Modern.az-a verilən məlumata görə, Şeyxülislam Allahşükür Paşazadə öz çıxışında BMT Baş Katibinin 11 aprel çağırışının və müxtəlif din mənsublarının COVİD-19 təhlükəsinə qarşı səfərbər olmalarının əhəmiyyətini vurğulayaraq, Azərbaycanda fəaliyyət göstərən müxtəlif dini konfessiyaların rəhbərlərinin pandemiya elan olunan kimi bir araya gələrək kütləvi dini ibadətlərin müvəqqəti olaraq dayandırılması haqqında müştərək qərar verdikləri və Ramazanın müqəddəs İftar süfrəsi ətrafında qardaşlıq mərasimində  dini konfessiyaların rəhbərləri ilə birgə dualar etdikləri barədə məlumat verib.

 

 

QMİ sədri Azərbaycan dövlətinin özünün daxili imkanları ilə koronovirusla mübarizədə böyük nailiyyətlər əldə etdiyini, dövlət başçısı İlham Əliyevin fədakarlığını xüsusi qeyd edərək, onun siyasi iradəsi və fövqəladə səyləri ilə ölkəmizdə insan tələfatı və yoluxma hallarının ən minimal səviyyədə olduğunu bildirib, dövlət tərəfindən başqa ölkələrə humanitar yardımların göstərildiyini, bu dönəmdə BMT, ÜST ilə səmərəli əməkdaşlıq edildiyini vurğulayıb.

 

Şeyxülislam erməni təcavüzü nəticəsində Azərbaycanın 20 faiz ərazisinin işğal olunduğunu, ölkəmizin bir milyondan artıq qaçqın və məcburi köçkün problemi ilə üzləşdiyini, BMT-nin 4 məlum qətnaməsinə baxmayaraq, işğalın davam etdiyini və bu səbəbdən həmin ərazilərdə pandemiya dövründə nəzarətin imkanlarımız xaricində olduğunu qeyd edib.

 

QMİ sədri BMT səviyyəsində Moratinosun və Diyengin cəmiyyətləri qarşıdurmaya və dağıdıcı aqressiv hərəkətlərə yönləndirən nifrət çağırışları əleyhinə birgə bəyanatlarını dəstəklədiyini və buna dair mövqenin Dünya Dini liderlərinin II Bakı Sammitində irəli sürüldüyünü və KAİCİİD Beynəlxalq Mərkəzinin bu yaxınlardakı  videokonfrans formatlı  sessiyasında müzakirə olunduğunu diqqətə çatdırıb. Şeyxülislam bildirib ki,  pandemiya, epidemiyalar aradan qalxacaq, lakin nifrətə çağırışın fəsadları, mənəviyyata vurduğu zəhərli yaralar yeni  münaqişə və müharibələrə səbəb olmaqdadır.

 

QMİ sədri problemin qlobal xarakterini nəzərə alaraq, Bakı Beynəlxalq Dinlər və Sivilizasiyalar arası Əməkdaşlıq Mərkəzinin bu mövzuda din xadimləri, elm, ictimaiyyət nümayəndələri ilə birlikdə beynəlxalq səviyyəli tədbir keçirmə niyyətinin olduğunu diqqətə çatdırıb. O bildirib ki, bu niyyət pandemiya səbəbindən təxirə salınıb, lakin gündəmdədir və BMT tərəfindən irəli sürülən təşəbbüslə uzlaşır.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
DİN vətəndaşları toplaşmalardan çəkinməyə çağırdı 14 İyul 2020, 23:39 Orduya dəstək üçün gənclər Şəhidlər xiyabanına toplaşır - CANLI YAYIM 14 İyul 2020, 23:20 Düşmənin daha bir hərbi obyekti məhv edildi - VİDEO 14 İyul 2020, 23:06 Türkiyədə COVİD-19 qurbanlarının sayı 5 402-yə çatdı 14 İyul 2020, 22:52 Alman mediası cəbhədəki vəziyyətdən yazdı 14 İyul 2020, 22:36 İtaliya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir 14 İyul 2020, 22:23 Əsgərin könlündə taxt quran GENERAL - Polad Həşimovla bağlı XATİRƏLƏR 14 İyul 2020, 22:20 Azərbaycanlı hakerlər daha 30-ya yaxın erməni saytını dağıdıblar 14 İyul 2020, 22:11 “Mən atəşkəs yox, qisas istəyirəm...” - Şəhid polkovnikin xanımı şəhid generaldan yazdı 14 İyul 2020, 21:59 Şəhid mayor Namiq Əhmədov dəfn olunub 14 İyul 2020, 21:46 Türk Şurası Ermənistanın təxribatını sərt şəkildə pislədi - BƏYANAT 14 İyul 2020, 21:38 Ermənilərin Tovuzu atəşə tutduğu uzunmüddətli atəş nöqtəsi məhv edildi - VİDEO 14 İyul 2020, 21:22 Ərdoğandan Azərbaycana DƏSTƏK 14 İyul 2020, 21:14 Bakıda şəhid polkovnikin cənazəsinin qarşılayan yürüş... 14 İyul 2020, 20:58 NATO cəbhədəki durumla bağlı Minsk qrupuna çağırış etdi 14 İyul 2020, 20:47 Heç nəyə və heç kimə baxmadan Qarabağı azad etməliyik! 14 İyul 2020, 20:40 Azərbaycanda daha 543 yoluxma, 6 ölüm 14 İyul 2020, 20:31 Karantin qaydasını pozan müğənni Nura Suri cərimələndi 14 İyul 2020, 20:22 Cəbhədə vəziyyət yenidən gərginləşdi – Düşmən Tovuzu atəşə tutdu 14 İyul 2020, 20:13 Ermənistan FHN əhalinin təxliyəsinə hazırlaşır 14 İyul 2020, 20:04 Azərbaycan diasporu  Ermənistanın məkrli niyyətini pisləyir   14 İyul 2020, 19:54 “Azəriqaz”dan borclu olmadığını iddia edən abonentə CAVAB 14 İyul 2020, 19:45 Ermənistan artilleriyasının idarəetmə məntəqəsi məhv edildi - VİDEO 14 İyul 2020, 19:36 Şəhid generalımızın nəşi doğulduğu rayona gətirildi 14 İyul 2020, 19:27 Azərbaycandan Avropa Parlamentinə MÜRACİƏT 14 İyul 2020, 19:18 DTX-dan ordu ilə bağlı yalan məlumat yayanlara XƏBƏRDARLIQ 14 İyul 2020, 19:09 Məmmədyarovun iranlı həmkarı ilə telefonla DANIŞDI  14 İyul 2020, 19:00 Ünvanlı sosial yardıma edilən dəyişiklilər qüvvəyə mindi  14 İyul 2020, 18:51 Yeni dərs ili üçün 339 adda dərslik çap olunacaq 14 İyul 2020, 18:42 Ermənilərin atəşə tutduğu kəndin elektrik xətləri bərpa edildi - Fotolar+Video 14 İyul 2020, 18:33 Pandemiya dövründə İƏT-in fəaliyyət istiqamətlərinə həsr olunmuş virtual mediaforum keçirilDi- FOTO 14 İyul 2020, 18:25 Ermənistan ordusunun daha 2 hərbçisi məhv edildi - ADLAR 14 İyul 2020, 18:18 Dolların məzənnəsi sabit qaldı 14 İyul 2020, 18:12 "Azərbaycanın yanında durmağa davam edəcəyik” - Türkiyənin Müdafiə naziri 14 İyul 2020, 18:06 Xınalığa leysan yağdı - Faktiki  hava 14 İyul 2020, 18:00