Modern.az

İranda daha 50 nәfәr koronavirusdan öldü

İranda daha 50 nәfәr koronavirusdan öldü

29 May 2020, 14:12

İranda ötәn sutka әrzindә daha 50 nәfәr koronavirusdan (COVID19) ölüb.

 

Modern.az-ın məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin mәtbuat xidmәtinin rәhbәri Kiyanuş Cahanpur deyib. Onun sözlərinə görə, belәliklә İranda bu virusdan ölәnlәrin sayı 7 677 nәfәrә yüksәlib.

 

Cahanpur әlavә edib ki, ötәn 24 saat әrzindә daha 2 819 nәfәr koronavirusa yoluxub. Bununla da İranda bu virusa yoluxanların sayı 146 668 nәfәrә çatıb. Virus daşıyıcılarından 2 547 nәfәrin vәziyyәti ağırdır.

 

Nazirlik rәsmisi indiyәdәk 114 931 nәfәrin koronavirusdan sağaldığını deyib.

 

İranda indiyәdәk 896 mindәn çox diaqnoz testi hәyata keçirilib.

Sizə yeni x var
Keçid et
İranda ŞOK SƏFƏRBƏRLİK - Uşaqlar döyüşə çağırıldı