Modern.az

Ermənistanda koronavirusa yoluxanların sayı 9 minə çatır

Ermənistanda koronavirusa yoluxanların sayı 9 minə çatır

30 May 2020, 11:23

Ermənistanda koronavirusa yoluxanların sayı 8 927 nəfərə çatıb.

 

Modern.az erməni KİV-lərinə istinadən məlumat verir ki, son sutka ərzində 251 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb. Bundan başqa, ötən gün 7 nəfərin ölümü qeydə alınıb.

 

Bu günədək Ermənistanda 127 nəfər koronavirusdan ölüb, 5 483 nəfərin müalicəsi isə davam edir.

 

Qeyd edək ki, ölkədə martın 16-dan elan edilən fövqəladə vəziyyət iyunun 13-dək uzadılıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi