Arxiv
31 May 2020, 10:35 | DİASPOR
Jurnalistlər Diaspor Komitəsinin pandemiya dövründəki işini belə QİYMƏTLƏNDİRDİLƏR

Pandemiya dönəmində ən aktiv işləyən qurumlardan biri də Diasporla İş üzrə Dövlət Komitəsi oldu. Xaricdə yaşayan soydaşlarımızın birliyində, onlara mənəvi, maddi yardımların göstərilməsində və qurumun xidmətləri ölçüyəgəlməzdir.

Bəs maraqlıdır, diaspor işindən yazan media nümayndələri Diasporla İş üzrə Dövlət Komitəsinin son dönəmlər fəaliyyətindən razı qaldımı? Dünyada yaşayan azərbaycanlıların birlik məsələsini jurnalistlər necə qiymətləndirir?


Modern.az
 bu suallara mətbuat nümayəndələri cavab almağa çalışıb. 

 

“Diasporla İş üzrə Dövlət Komitəsi bütün suallara cavab verdi” 

 

“Real TV”nin əməkdaşı Səbinə Ağayeva pandemiya dövründə Diaspor Komitəsinin media ilə sıx çalışdığını deyir:


“Diasporla İş üzrə Dövlət Komitəsi pandemiya dövründə media ilə sıx çalışdı. “Real TV”nin əməldaşları komitəyə müraciət etdiyi bütün suallarına cavab ala bildilər. Bu sarıdan heç bir çətinlik olmadı. Komitə bizə xaricdə yaşayan azərbaycanlıları tapmaqda da yardımçı oldu. Qurumun rəsmi şəxsləri ilə mütəmadi müsahibələr etdik. Dövlət  Komitəsinin sədri Fuad Muradov “Real TV”yə bir neçə dəfə müsahibə verdi.

Bir sözlə, Diasporla İş üzrə Dövlət Komitəsi ilə bu dövlərdə hər hansı çətinlik olmadı. Elə komitə ilə karantin dövründən əvvəldə qarşılıqlı fəaliyyətimiz normal idi. Heç bir problem, çətinlik yox idi. Bundan sonra da inanıram yaxşı olacaq”. 

 

“Dövlət Komitəsi bütün mümkün olan imkanları ilə soydaşlarımızın yanında oldu”

 

Diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk milli birlik məsələsinin son dönəmlərdə alqışa layiq olduğunu bildirib:

 

“Pandemiya dövründə Diasporla İş üzrə Dövlət Komitəsinin aktiv fəaliyyətini müşahidəni etdik. Xaricdə yaşayan və çətinliyə düşən soydaşlarımızla əlaqələrin qurulması, onlara maddi-mənəvi dəstəyin göstərilməsi haqqında məlumatları sosial şəbəkələrdə oxuyurduq. Deyərdim ki, Diasporla İş üzrə Dövlət Komitəsi bütün mümkün olan imkanları ilə soydaşlarımızın yanında oldu.  Həmçinin, Dövlət Komitəsi yüzlərlə soydaşımızın vətənə gətirilməsində aktivlik göstərirdi.  Bu barədə komitə mətbuatı və ictimaiyyəti müntəzəm məlumatlandırırdı. Dünyanın müxtəlif yerlərində yaşayan imkansız ailələrə maddi dəstəyin çatdırılması haqqında məlumatlar alırdıq.

Vətəndaşlarımız arasında birlik isə hər sahədə hiss olunurdu. İstər daxildə, istərsə xaricdə soydaşlarımız arasında milli biliyi görməmək mümkün deyildi. Hər kəs əlindən gəldiyi qədər biri-birinə dəstək olmağa çalışırdı. Üstəlik, imkanlı soydaşlarımız yaşadıqları ölkələrdə aztəminatlı ailələrə ərzaq köməkliyi edirdi. Rusiya, Türkiyədə xeyirxah addımlar atılırdı. Pandemiya dövrü xalqımızın milli birliyini, həmrəyliyini daha da gücləndirdi. Ən çətin vaxtlarda hər kəs yardım tədbirlərində öz xeyirxah töhfəsini verməyə çalışırdı. Bunu yalnız alqışlamaq lazımdır”. 

 

“Soydaşlarımız kifayət qədər birlik və həmrəylik nümayiş etdirdilər”

 

“Olaylar” qəzetinin əməkdaşı Süleyman İsmayılbəyli diaspor təşkilatlarının vətəndaşlarımıza ciddi dəstək olduğunu deyir:

 

“Pandemiya dövründə Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyəti kifayət qədər qənaətbəxş oldu. Dövlət Komitəsinin tərkibində 24 saat fəaliyyət göstərən "qaynar xətt"in mövcudluğu, komitə əməkdaşlarının müxtəlif ölkələrə ezam olunaraq həmin ölkələrdə yaşayan azərbaycanlılarla maraqlanması, onların təxliyə prosesində komitə rəsmilərinin yaxından iştirak etməsi, eləcə də soydaşlarımıza komitə səviyyəsində də yardımların edilməsi sözügedən dövlət qurumunun pandemiya dövründə qaneedici səviyyədə fəaliyyət göstərdiyini deməyə imkan verir.

Hesab edirəm ki, pandemiya dövründə dünyada yaşayan azərbaycanlılar kifayət qədər birlik, həmrəylik nümayiş etdirdilər. Dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən diaspor təşkilatları həmin ölkələrdə yaşayan soydaşlarımıza imkanları qədər dəstək oldu, təhsil alan gənclərimizə, tələbələrimizə öz yardım əllərini uzatdılar. Düzdür, bunun üçün Azərbaycan dövləti və Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən müəyyən miqdarda yardımlar ayrıldı. Ancaq öz maddi imkanları hesabına bu yardım kampaniyasında iştirak edən diaspor təşkilatlarımız da oldu. Hətta bir sıra diaspor təşkilatlarımızın Azərbaycana belə yardım göndərdikləri, imkansız ailələrə dəstək məqsədilə addımlar atdıqları, müəyyən miqdarda vəsait göndərdikləri barədə də məlumatlarımız var. Bütün bunları nəzərə alaraq deyə bilərəm ki, pandemiya dövründə soydaşlarımız kifayət qədər birlik və həmrəylik nümayiş etdirdilər. Bu həm də Azərbaycançılıq ideologiyasına sadiqlik, bu ideologiyanın soydaşlarımızın birlik və həmrəyliyində mühüm rol oynadığını təsdiq etmiş olurdu”. 

 

“Çoxşaxəli fəaliyyət, sağlam beynəlxalq əlaqələr alqışlanılmalıdır”

 
“Publika.az” saytının əməkdaşı Leyla Sarabi pandemiya dövründə soydaşlarımız arasında xüsusi birliyin olmasını diqqətə çatdırıb:


“Müsahibələrimin çoxu xaricdə yaşayıb fəaliyyət göstərən azərbaycanlılar olduğu üçün komitə əməkdaşları ilə ən sıx ünsiyyətdə olan jurnalistlərdənəm. Daim iş başındadırlar. Şübhəsiz, pandemiya hətta inkişaf etmiş ölkələri belə hazırlıqsız yaxaladı. Belə çətin dövrdə Azərbaycan rəhbərliyinin uzaqgörən siyasəti dünya mediasının da diqqət mərkəzində idi. Müxtəlif ölkələrdə yaşayan diaspor fəalları, həkimlərimizlə bu səpkidə müsahibələr etdim. Demək olar ki, hamısı Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyindən, xaricdə təhsil alan tələbələrimizə, çarəsiz durumda qalan soydaşlarımıza himayəsindən razı olduqlarını vurğuladılar. Sosial şəbəkələrdə yayılan xəbərlərdən də gördük ki, Komitə əməkdaşları karantin dövründə ikiqat fəal çalışdılar. Avropada, Amerikada, Afrikada yaşayıb, karantin müddətində bircə-bircə imkansız soydaşlarımıza, tələbələrimizə zəng edən, şəraitləri ilə maraqlanan, maddi və mənəvi dəstək göstərən onlarla  azərbaycanlı tanıyıram. Hətta bu günlərdə çox təsirli video yayıldı. Moskvada yaşayıb, çətin durumda olan rus qadın Azərbaycan icmasının üzvlərinə sovqat üçün minnətdarlıq edir, xalqımızın tolerantlığını öyür. Bütün Avropa azərbaycanlıları İsveçdə koronavirusdan dünyasını dəyişən 22 yaşlı gəncimizin ailəsinin yanında oldular, acılarını paylaşdılar. Ümumiyyətlə, mərhəmətli xalqıq. Süfrəmiz hər zaman açıqdır. Məncə, bizim əsas simvolumuz qonaqpərvərliyimizdir. Ümid edirəm, bir daha belə ağır dövrlə sınağa çəkilmərik. Xalqımıza firavanlıq, bərəkət arzulayıram”. 

 

“Diaspor Komitəsinin fəaliyyətini son illərdə çox bəyənirəm”

 

Araşdırmaçı jurnalist Dilqəm Əhməd komitənin bir sıra dövlət qurumları ilə əməkdaşlığını yüksək qiymətləndirdiyini deyib:

 

“Diaspor Komitəsinin fəaliyyətini mən son illərdə çox bəyənirəm. Pandemiya dövründə izlədiyim qədər xaricdəki təşkilat üzvləri ilə canlı bağlantılar edildi, məlumat toplandı, insanların vətənə qayıtması ilə bağlı səfirlik və konsulluqlarla əməkdaşlıq edildi. Həmrəylik məsələsinə gəldikdə isə karanatin dönəmində İstanbuldakı dərnəklər ehtiyacı olan vətəndaşlarımıza ərzaq yardımı etdi, imkanı olan bəzi vətəndaşlarımız öz evlərinin qapısını soydaşlarımızın üzünə açdı”. 

 

“Diaspor Komitəsi hansısa müraciəti cavabsız qoymadı”

 

Türkiyədə yaşayan azərbaycanlı jurnalist Məhsəti Şərif deyir ki, bütün dünyada yaşayan soydaşlarımız arasında birlik güclüdür:


“Mən şəxsən jurnalist olaraq Diaspor Komitəsinin fəaliyyətindən razıyam. Jurnalist kimi bütün suallarıma komitədən cavab almışam. Eyni zamanda, burda yaşayan hansı azərbaycanlıya dəstək istəmişəmsə, komitə sorğu-sualsız yardım edib. Məncə, pandemiya dövründə ən məhsuldar çalışan rəsmi qurumlardan biri də Diaspor Komitəsi oldu. Ayrı-ayrı  fəaliyyət göstərən dərnəklər də balansı qoruyaraq çalışdı. Yardım üçün müraciət edən məktəblərə də yardım verildi. Ötən həftə Ramazan bayramında 1000-dən çox ailəyə bayram alış-verişi edilməsi üçün kartlar təqdim olundu. Diaspor pandemiyadan öncə də balansı qoruyaraq aktiv fəaliyyət göstərirdi. Bütün dünya üzrə yaşayan azərbaycanlılar arasında birlik də var, dirilik də. Amma təəssüf ki, əksər dərnəklər bir-birləri ilə əməkdaşlıq etmirlər. Onların birgə fəaliyyəti daha yaxşı olardı”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“Twitter”dəki yenilik ləğv edildi 3 Avqust 2021, 16:52 Türkiyədə olan qüvvələrimizin fəaliyyəti yüksək qiymətləndirilir - FOTO 3 Avqust 2021, 16:46 Almeyda "Qarabağ"a qayıtdı 3 Avqust 2021, 16:40 Azərbaycanın diaspor təşkilatlarından Türkiyəyə DƏSTƏK 3 Avqust 2021, 16:34 Təhsil nazirindən yeni TƏYİNAT 3 Avqust 2021, 16:28 Bakıda tiryəkxana aşkar edildi - 5 nəfər saxlanıldı 3 Avqust 2021, 16:22 Komitə sədri səfirlə görüşdü - FOTO 3 Avqust 2021, 16:16 Traktordan yanacaq oğurlayan şəxslər tutuldu 3 Avqust 2021, 16:10 ABŞ son 40 ilin ən böyük hərbi təliminə başladı 3 Avqust 2021, 16:04 Vilayət Eyvazov sıra baxışı keçirdi 3 Avqust 2021, 15:58 Külə dönən meşələr: Dünyanın ən dəhşətli yanğınları - FOTOLAR 3 Avqust 2021, 15:52 DOST Mərkəzlərinin rayonlarda filalları yaradılacaq 3 Avqust 2021, 15:46 Orta məktəbdən oğurluq edildi 3 Avqust 2021, 15:40 Erməniyə qalib gələn güləşçimizin FOTOLARI 3 Avqust 2021, 15:34 “ASAN xidmət” mərkəzlərinin sayı 21-ə çatdı 3 Avqust 2021, 15:28 Meşədə narkotik becərənlər “iş başında” yaxalandı - FOTO 3 Avqust 2021, 15:22 Müsavatçının oğlu sərbəst buraxıldı 3 Avqust 2021, 15:16 Dövlət Komitəsində britaniyalı siyasətçi ilə görüş keçirilib 3 Avqust 2021, 15:10 Agentlikdən xəbərdarlıq - Tərəvəz məhsulları arasında təhlükəli virus yayılır 3 Avqust 2021, 15:04 Tokio-2020:  Güləşçimiz erməniyə qalib gələrək medal qazandı - VİDEO 3 Avqust 2021, 14:58 Narkotik satışı ilə məşğul olan ana-bala saxlanıldı - VİDEO 3 Avqust 2021, 14:52 Sumqayıta yayılan pis qoxunun səbəbi nədir? - AÇIQLAMA   3 Avqust 2021, 14:47 Komitə büdcə öhdəliyinə 113% əməl edib 3 Avqust 2021, 14:45 İbtidai sinif müəllimi olmaq istəyənlərin nəzərinə 3 Avqust 2021, 14:40 Payızda referendum olmayacaq - RƏSMİ 3 Avqust 2021, 14:34 İranda daha 378 nəfər COVID-19-dan öldü 3 Avqust 2021, 14:28 Gürcüstanda yoluxma kəskin artır: Yeni antirekord   3 Avqust 2021, 14:23 Nazirlikdən xəbərdarlıq- 43 dərəcə isti olacaq 3 Avqust 2021, 14:17 Eldəniz Səlimov məhkəməyə gətirilir 3 Avqust 2021, 14:11 Hindistanda hərbi helikopter qəzaya uğradı 3 Avqust 2021, 14:05 Qusar və Xaçmazda yanğın oldu   3 Avqust 2021, 14:00 Prezident 6 saylı “ASAN xidmət” mərkəzinin açılışında - FOTOLAR 3 Avqust 2021, 14:00 ““Pat”ını tanışımdan 20 manata almışam” 3 Avqust 2021, 13:55 Əhməd İsmayılov Sami Əl - Hacc ilə görüşüb 3 Avqust 2021, 13:50 Eldəniz Səlimov saxlanıldı 3 Avqust 2021, 13:44