Modern.az

İsrail fələstinlilərə məxsus iş yerlərini bağlayır

İsrail fələstinlilərə məxsus iş yerlərini bağlayır

1 İyun 2020, 09:39

İsrail Qüdsdə fələstinlilərə aid iş yerlərini bağlamağı planlaşdırır.

Modern.az xəbər verir ki, İranın sənaye, ticarət və mədənlər naziri Kamal Ubeydat Fələstinin rəsmi xəbər agentliyi WAFA-ya verdiyi açıqlamada, Qüds şəhərinin İsrail hökumətindəki planlaşdırma komitəsinin razılığı ilə şəhərin Vadisi əl-Cevz bölgəsindəki sənaye bölgəsində ilin sonuna qədər 200-ə yaxın iş yerinin qapadılmasını barədə xəbərdarlıq etdiyini bildirib.

 

Sökülmək istəyən iş yerlərinin avtoyuma sexləri, müəssisələr və restoranların olduğunu bildirən Ubeydat, bölgənin Qüdsdəki fələstinlilərin işlədiyi ən sıx yer olduğuna diqqət çəkdib.

"Bu qərarın məqsədi şəhərdəki fələstinlilərə məxsus yeganə sənaye bölgəsini ələ keçirməkdir” - deyə nazir qeyd edib.

 

İsrailin insan haqları təşkilatları tərəfindən verilən məlumata görə, İsrail rəhbərliyi "İsrail dövlətinə lisenziyasız və ya sahib olmadığı" iddiaları ilə 2004-cü ildən bəri Qüdsdə fələstinlilərəm 1007 müəssisə söküb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub