Modern.az

Parlamentin yeni şöbəsinin fəaliyyət istiqaməti müəyyənləşdi

Parlamentin yeni şöbəsinin fəaliyyət istiqaməti müəyyənləşdi

Parlament

1 İyun 2020, 16:58

Parlamentin yeni şöbəsinin fəaliyyət istiqaməti müəyyənləşib.

 

Modern.az xəbər verir ki, Milli Məclisin növbəti plenar iclasında spiker Sahibə Qafarova yaz sessiyasının yekunları barədə məlumat verərkən sessiyanın ilk günündən Milli Məclisin Aparatında və İşlər İdarəsində struktur və kadr islahatları, Aparatın və İşlər İdarəsinin yeni strukturu, ştat cədvəli müəyyən edilmiş, bir sıra dövlət qulluqçularının ixtisar edilməsi ilə bağlı məsələlərə diqqət çəkib.

 

S.Qafarova bildirib ki, Milli Məclis Aparatında 13 şöbə əvəzinə 9 şöbə, İşlər İdarəsində isə 9 şöbə əvəzinə 4 şöbə saxlanılıb. “Yeni bir şöbə - İcra hakimiyyəti orqanları ilə əlaqələr şöbəsi yaradılıb ki, bu şöbənin fəaliyyətinin əsas istiqaməti qanunvericilik hakimiyyəti ilə icra hakimiyyətləri arasında birgə fəaliyyəti və sıx əməkdaşlığı təşkil etməkdir”.

 

Sədr çıxışında belə bir inamı ifadə etdi ki, islahatlar parlamentin işinin daha səmərəli surətdə təşkil və təmin edilməsinə kömək göstərəcək.

 

“Mayın 15-də Milli Məclisin plenar iclas salonunda Milli Məclis Aparatının rəhbəri və digər məsul şəxsləri ilə birlikdə Bakı, Sumqayıt və Abşeronun seçki dairələrindən seçilmiş deputatların köməkçiləri ilə görüş keçirilib. Görüşdə yeni təyin edilmiş köməkçilərin fəaliyyət istiqamətləri və vəzifələri barəsində geniş fikir mübadiləsi aparılıb. Möhtərəm Prezidentimiz İlham Əliyevin Milli Məclisin birinci iclasında verdiyi tövsiyələrə uyğun olaraq, deputatların təmsilçilk funksiyasının həyata keçirilməsində deputat köməkçilərinin rolu və vəzifələri göstərilib. Onlara tapşırılıb ki, dairələrdə vətəndaşların deputatlara təqdim etdikləri ərizə, şikayət və müraciətlərin müvafiq icra orqanlarına çatdırılmasını təmin etsinlər, deputatların kütləvi informasiya vasitələrində, sosial şəbəkələrdə fəallığı barədə hesabatları hazırlayıb Milli Məclisin İcra hakimiyyəti orqanları ilə əlaqələr şöbəsinə təqdim etsinlər ki, ölkənin və Milli Məclisin rəhbərliyi bu barədə məlumatlı olsunlar”.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür