Arxiv
1 İyun 2020, 17:47 | AKTUAL
Pandemiya ilə mübarizədə nümunəvi model: Azərbaycanlı jurnalist İspaniya mediasında yazdı

“Xalq cəbhəsi” qəzetinin əməkdaşı Əli Zülfüqaroğlu İspaniyanın “Tu Voz en Pinares” qəzetində və qəzetin eyniadlı  Tuvozenpinares.com  saytında “Pandemiyaya qarşı qlobal mübarizə: nümunəvi Azərbaycan modeli” sərlövhəli məqalə ilə çıxış edib. Məqalədə Azərbaycanın dünyaya nümunə ola biləcək  COVİD-19 pandemiyasına qarşı mübarizəsindən söhbət açılır.

 

Modern.az məqaləni olduğu kimi təqdim edir:

 

Dünya gözlənilmədən peyda olmuş təhlükə – COVID-19 pandemiyası ilə mübarizə aparır. Bu xəstəlik inkişaf etmiş ölkələrə belə, ciddi itkilər bahasına başa gəlir. Bununla yanaşı, koronavirusla effektiv mübarizə aparan ölkələr də var. Onların ön sıralarında yer alan dövlətlərdən biri də Azərbaycandır.

 

Aparılan mübarizəyə baxmayaraq, bir çox ölkədə yoluxma və ölüm halları həddindən artıq çoxdur. Azərbaycanda isə cəmi 3274 yoluxma halı var. Onlardan da 2015 nəfəri sağalıb. Son məlumata görə, ölkədə 1220 aktiv xəstə var və cəmi 39 nəfər bu xəstəlikdən dünyasını dəyişib (statistika hər gün dəyişir). Səbəb əlbəttə ki, Azərbaycanın pandemiya təhlükəsinə verdiyi çevik reaksiyadır. Xəstəliyin yayılmağa başladığı ilk günlərdə qonşu ölkələrlə sərhədlərini bağlayan Azərbaycan bütün dövlət və özəl xəstəxanaları hazır vəziyyətə gətirib, dövlət sturkturları gücləndirilmiş iş rejiminə keçib.

 

Bundan dərhal sonra prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyeva əhaliyə çağırışlar ediblər. Bundan başqa, pandemiya nəticəsində zərər görmüş sahibkarlara, həmçinin sıravi vətəndaşlara dövlət yardımı ayrılıb. ÜST-ün tövsiyələrinə ciddi əməl edən Azərbaycan ən müasir standartlara cavab verən tibbi laboratoriyalar alıb, digər təxirəsalınmaz tədbirlər görüb.

 

Bundan başqa, prezident İlham Əliyev qlobal həmrəyliyə hesablanmış və həqiqətən də müsbət nəticələr verən addımlar da atıb. Bununla, Azərbaycan qlobal pandemiya şəraitində dövlətlər və xalqlar arasında kommunikasiya qurub, körpü yaradıb. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına sədrlik edən Azərbaycan prezidentinin təşəbbüsü ilə aprelin 10-da qurumun videokonfrans rejimində Zirvə görüşü təşkil olunub. Yeri gəlmişkən, Türk Şurası dövlət başçıları səviyyəsində koronavirus pandemiyasına həsr olunmuş Zirvə görüşü keçirmiş ilk beynəlxalq qurumdur.

 

Zirvə görüşü

 

Qoşulmama Hərəkatına da sədrlik edən prezident İlham Əliyevin təşəbbüsü ilə mayın 4-də bu qurumun da Zirvə görüşü olub. Hərəkatın Təmas Qrupu formatında təşkil edilmiş toplantı “COVID-19-a qarşı birlikdəyik” adı altında baş tutub. Azərbaycan prezidentinin Zirvə görüşünün keçirilməsilə bağlı təşəbbüsü üzv dövlətlər tərəfindən yekdilliklə dəstəklənib. Qeyd edək ki, Təmas Qrupunda coğrafi təmsilçilik və könüllü iştirak əsasında bütün regional qruplardan olan ölkələr yer alır. Topantıya Avropa İttifaqının rəsmisi də qatılıb.

 

Bir sözlə, əks qütblərdə olan Qoşulmama Hərəkatı ilə Avropa İttifaqını koronavirus təhlükəsi fonunda məhz Azərbaycan bir araya gətirə bilib.

 

Bu bir reallıqdır ki, qlobal əməkdaşlığa güclü ehtiyacın duyulduğu şəraitdə dövlətlər, eləcə də bir sıra beynəlxalq və regional təşkilatlar vəziyyətə adekvat reaksiya verə, beynəlxalq həmrəylik istiqamətində zəruri addımlar ata bilməyib. Qlobal liderliyə ehtiyacın yarandığı bu vəziyyətdə belə təşəbbüslərlə çıxış edən prezident İlham Əliyev “özünəqapanma sindromu”nun heç kəsə xeyir gətirməyəcəyini nümayiş etdirərək, ayrı-ayrı qitələrdən müxtəlif siyasi və ideoloji quruluşlara malik ölkələri bir araya gətirməyə nail olub. O, pandemiyaya yalnız qlobal əməkdaşlıq və həmrəylik sayəsində qalib gəlməyin mümkünlüyünü dünyaya göstərib.

 

Əməkdaşlıq

 

Beləliklə, Azərbaycan öz təşəbbüsləri və praktiki addımları ilə dünyada həmrəyliyin möhkəmlənməsinə, indiki mürəkkəb şəraitdə dövlətlər və xalqlar arasında təmasların artmasına, qlobal pandemiya ilə mübarizədə səfərbərliyə ciddi töhfələr verib.

 

Bundan başqa, Azərbaycan koronavirusla qlobal mübarizəyə dəstək olaraq, ÜST-ə 5 milyon dollar könüllü maliyyə yardımı da ayırıb. O, bunu pandemiya ilə mübarizədə yardıma ən çox ehtiyacı olan Qoşulmama Hərəkatı üzvlərinin dəstəklənməsi məqsədilə edib.

 

ÜST-ün baş direktoru Tedros Adhanom Qebreyesus prezident İlham Əliyevə martın 23-də ünvanladığı məktubda Azərbaycanın pandemiya ilə mübarizədə gördüyü işləri yüksək qiymətləndirib, bu mənada Azərbaycanı nümunəvi ölkə adlandırıb.

 

Həqiqətən də, prezident İlham Əliyevin rəhbərliyilə görülmüş qabaqlayıcı tədbirlər nəticəsində bu gün koronavirusla ən effektiv mübarizə aparan ölkələrin sırasında Azərbaycanın adı birincilər cərgəsində çəkilir, onun bu fəaliyyəti beynəlxalq səviyyədə təqdir olunur. Konkret olaraq, sosial-iqtisadi sahədə atılmış addımlar dünyanın aparıcı maliyyə qurumları, o cümlədən Avropa Yenidənqurma və İnkişaf Bankı tərəfindən yüksək qiymətləndirilir.

 

Koronavirus pandemiyasının yaratdığı vəziyyət göstərir ki, dövlətlərarası münasibətlər sistemi daha ədalətli olmalı, münasibətlər qarşılıqlı hörmət əsasında qurulmalı, burada təcavüzkarlığa yer olmamalı, qarşılıqlı yardım, bəşəri dəyərlər prioritet təşkil etməlidir. Dünyanı yalnız ədalət xilas edə bilər!

 

Məqaləyə bu linkdən daxil olmaq mümkündür.

 

https://www.tuvozenpinares.com/articulo/economia/lucha-mundial-pandemia-azerbayano/20200526201912025390.html

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Böyük Britaniyada koronavirus qurbanlarının sayı artıb 3 İyul 2020, 00:57 Leyla Əliyeva üçün özəl gün  3 İyul 2020, 00:44 Lerikdə məktəb direktorunun müavini qəzada öldü 3 İyul 2020, 00:27 İtaliyada koronavirusdan ölənlərin sutkalıq sayı 30 nəfərədək azaldı 3 İyul 2020, 00:13 Aeroport şossesində piyada vuruldu 2 İyul 2020, 23:54 Reanimasiyadakı COVİD-19 xəstələrinin sayı artdı - FOTO 2 İyul 2020, 23:40 İstanbuldan daha 19 həkim Bakıya gətirildi - FOTO 2 İyul 2020, 23:23 Rusiya koronavirus dərmanının ixracına başladı 2 İyul 2020, 23:09 Neftin qiyməti 43 dolları ötdü 2 İyul 2020, 22:50 Amerikanı 5.5 bal gücündə zəlzələ silkələdi 2 İyul 2020, 22:39 Rusiyada azərbaycanlı iş adamı və anası koronavirusdan öldü 2 İyul 2020, 22:25 Türkiyədə koronavirusdan ölənlərin sayı 5 167 nəfərə çatıb 2 İyul 2020, 22:11 İsmayıllıda 3 uşaq atası özünü asdı 2 İyul 2020, 21:56 ABŞ-da yeni ANTİREKORD: Bir gündə 50 min insan virusa yoluxdu 2 İyul 2020, 21:39 Həftə sonu ictimai nəqliyyatın hərəkəti DAYANDIRILIR 2 İyul 2020, 21:35 Meksikada silahlı hücumda 24 nəfər öldü 2 İyul 2020, 21:16 ATU baş epidemioluqun açıqlamasına aydınlıq gətirib 2 İyul 2020, 21:06 “Məqsədimiz Azərbaycandan Əfqanıstana enerji dəhlizini yaratmaqdır” - Əfqanıstan Prezidenti 2 İyul 2020, 20:59 Bu hallarda evdən çıxmağa SMS icazə tələb olunmur 2 İyul 2020, 20:48 “Hava nəqliyyatının səmərəliliyinə görə Azərbaycan dünyada 12-cidir” - İlham Əliyev 2 İyul 2020, 20:44 Bərbərxana və gözəllik salonları işləməyəcək - RƏSMİ 2 İyul 2020, 20:33 Evdən çıxmağa üç halda icazə VERİLƏCƏK 2 İyul 2020, 20:26 Azərbaycanda 5 nəfərdən artıq qruplarda toplanmaq QADAĞAN EDİLİR 2 İyul 2020, 20:14 Bakı metrosu yenidən fəaliyyətini dayandırır - RƏSMİ 2 İyul 2020, 20:08 SMS-lə icazə tətbiq edilən rayonların SAYI ARTIRILDI 2 İyul 2020, 20:04 Sərt karantin rejimi UZADILDI 2 İyul 2020, 20:00 Bakıda əhaliyə göstərilən ödənişli xidmətlərin həcmi açıqlanıb 2 İyul 2020, 19:29 AFFA yeni hakimləri təsdiq edib 2 İyul 2020, 18:56 Balakəndə ayı balalarını satan şəxslər SAXLANILDI 2 İyul 2020, 18:50 Azərbaycanda aktiv koronaviruslu xəstələrin sayı 8 mini KEÇDİ 2 İyul 2020, 18:42 Azərbaycanda daha 572 nəfər koronavirusa yoluxdu, 8 nəfər öldü 2 İyul 2020, 18:31 Əfqanıstandakı sülhməramlılarımızın bir qrupu vətənə döndü -FOTO 2 İyul 2020, 18:22 İŞİD-in 1 milyard dollarlıq narkotiki İtaliyada ələ keçdi 2 İyul 2020, 18:13 Naftalanda növbəti monitorinq keçirilib - FOTO 2 İyul 2020, 18:05 Əhəd Abıyev operativ qərargahın növbəti iclasını keçirib - FOTO 2 İyul 2020, 18:00