Arxiv
3 İyun 2020, 10:33 | AKTUAL
DİM-dən buraxılış imtahanı verəcək məzunlarla bağlı AÇIQLAMA

3 iyun saat 09:30-a olan məlumata əsasən 9 və 11-ci siniflər üzrə buraxılış imtahanı verəcək məzunların 89%-i, Azərbaycan dili imtahanı verənlərin 34%-i, 9‑cu sinif təhsil bazasından kolleclərə qəbul olunmaq istəyənlərin isə 69%-i Dövlət İmtahan Mərkəzinin (DİM) saytında yerləşdirilən “İmtahana buraxılış vərəqəsi” və “İmtahan iştirakçısının sağlamlığı” haqqında bəyannaməni çap edib.

Bu barədə Modern.az-a DİM-dən məlumat verilib.

Xatırladaq ki, abituriyentlər imtahan günü buraxılış vərəqəsində göstərilən vaxtda imtahan verəcəyi binanın qarşısına gəlməli (bina haqqında məlumat buraxılış vərəqəsində göstərilib), özü ilə şəxsiyyəti təsdiq edən sənədlə yanaşı, “İmtahana buraxılış vərəqəsi” və “İmtahan iştirakçısının sağlamlığı” haqqında bəyannaməni gətirməlidirlər. Sağlamlıq haqqında bəyannamə buraxılış vərəqəsi ilə bir yerdə çap edilir və imzalanır.

Aşağıda 6 və 7 iyun tarixlərində imtahan keçiriləcək rayon və şəhərlərin, həmçinin imtahanda iştirak etməli olan kontingentin siyahısı ilə bir daha tanış ola bilərsiniz.

Digər şəhər və rayonlar üzrə imtahanlar (o cümlədən əvvəlki illərin məzunları üçün qəbul imtahanları) ictimaiyyətə əvvəlcədən məlumat verilməklə növbəti həftəsonu günlərində keçiriləcək.

Qeyd edək ki, həmişə olduğu kimi cari ilin (bu ilin) məzunları bitirdikləri məktəbin yerləşdiyi yerə uyğun rayonda (şəhərdə) imtahan verirlər (yəni oxuduqları məktəbin yerləşdiyi rayonun imtahan günündə). Əvvəlki illərin məzunları isə “Şəxsi kabinet”lərində faktiki yaşadıqları ünvanı qeyd etdikləri halda, həmin yerə uyğun, əks halda, şəxsiyyət vəsiqəsində qeyd olunmuş ünvanın aid olduğu yerə uyğun rayonda (şəhərdə) imtahan verirlər. 


6 iyun 2020-ci il tarixində
 

9-cu sinif üzrə: 

  • Goranboy, Göygöl, Daşkəsən, Salyan, Saatlı, Ağcabədi, Beyləqan, Bərdə*(I hissə, siyahı) Siyəzən, Xızıda yerləşən məktəblərin şagirdlərinin buraxılış imtahanı;
  • Xətai (Bakı), Sumqayıt, Qazax, Şəki, Göyçay, Ağdaş, Qusarda yerləşən məktəblərin Azərbaycan dilindən fərqli dildə təhsil alan şagirdlərinin Azərbaycan dili (dövlət dili) imtahanı;
  • Qaradağ (Bakı), Şirvanda 9-cu sinif təhsil bazasından kolleclərə sənəd vermiş cari və əvvəlki illərin, Goranboy, Göygöl, Daşkəsən, Salyan, Saatlı, Ağcabədi, Beyləqan, Siyəzən və Xızıda isə əvvəlki illərin məzunlarının qəbul imtahanı; 


11-ci sinif üzrə:
 

  • Xətai (Bakı), Sumqayıt*(I hissə, siyahı), Qazax, Şəki, Göyçay, Ağdaş, Qusar, Cəlilabad, Qobustanda yerləşən məktəblərin, həmçinin H.Əliyev adına hərbi lisey və C.Naxçıvanski adına hərbi liseyin şagirdlərinin buraxılış imtahanı;
  • Qaradağ (Bakı), Şirvan, Goranboy, Göygöl, Daşkəsən, Salyan, Saatlı, Ağcabədi, Beyləqan, Bərdədə yerləşən məktəblərin Azərbaycan dilindən fərqli dildə təhsil alan şagirdlərinin Azərbaycan dili (dövlət dili) imtahanı; 


7 iyun 2020-ci il tarixində
 

9-cu sinif üzrə:

  •  Mingəçevir, Samux, Naftalan, Neftçala, Hacıqabul, Tərtər, Ağdam, Füzulidə yerləşən məktəblərin şagirdlərinin buraxılış imtahanı;
  • Nərimanov (Bakı), Abşeron, Ağstafa, Qəbələ, Masallı, Kürdəmir, Şabranda yerləşən məktəblərin Azərbaycan dilindən fərqli dildə təhsil alan şagirdlərinin Azərbaycan dili (dövlət dili) imtahanı;
  • Pirallahıda (Bakı) 9-cu sinif təhsil bazasından kolleclərə sənəd vermiş cari və əvvəlki illərin, Mingəçevir, Samux, Naftalan, Neftçala, Hacıqabul, Tərtər, Ağdam, Füzulidə isə əvvəlki illərin məzunlarının qəbul imtahanı; 


11-ci sinif üzrə:
 

  • Nərimanov (Bakı), Abşeron*(I hissə, siyahı), Ağstafa, Qəbələ, Masallı, Kürdəmir, Şabran, Ağsuda yerləşən məktəblərin şagirdlərinin buraxılış imtahanı;
  • Pirallahı (Bakı), Mingəçevir, Samux, Naftalan, Neftçala, Hacıqabul, Tərtərdə yerləşən məktəblərin Azərbaycan dilindən fərqli dildə təhsil alan şagirdlərinin Azərbaycan dili (dövlət dili) imtahanı keçiriləcək.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bu ölkə Tovuz istiqamətindəki döyüşlərə görə Ermənistanı DƏSTƏKLƏDİ 15 İyul 2020, 01:03 ATƏT sədri cəbhədə artan gərginliklə bağlı bəyanat verdi 15 İyul 2020, 00:56 Ermənistan Azərbaycan Ordusunun dinc sakinləri hədəfə almadığını ETİRAF ETDİ 15 İyul 2020, 00:45 "WhatsApp"da problem yarandı 15 İyul 2020, 00:43 Azərbaycan ordusunun məhv etdiyi erməni hərbçilər - FOTO 15 İyul 2020, 00:33 Şəhid General-mayorumuzla vida mərasimi keçirildi 15 İyul 2020, 00:30 Paşinyan ordu rəhbərliyini topladı 15 İyul 2020, 00:22 Düşmənin döyüş texnikası belə məhv edildi – VİDEO 15 İyul 2020, 00:06 Bakıda jurnalistin evindən oğurluq 14 İyul 2020, 23:51 DİN vətəndaşları toplaşmalardan çəkinməyə çağırdı 14 İyul 2020, 23:39 Orduya dəstək üçün gənclər Şəhidlər xiyabanına toplaşır - CANLI YAYIM 14 İyul 2020, 23:20 Düşmənin daha bir hərbi obyekti məhv edildi - VİDEO 14 İyul 2020, 23:06 Türkiyədə COVİD-19 qurbanlarının sayı 5 402-yə çatdı 14 İyul 2020, 22:52 Alman mediası cəbhədəki vəziyyətdən yazdı 14 İyul 2020, 22:36 İtaliya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir 14 İyul 2020, 22:23 Əsgərin könlündə taxt quran GENERAL - Polad Həşimovla bağlı XATİRƏLƏR 14 İyul 2020, 22:20 Azərbaycanlı hakerlər daha 30-ya yaxın erməni saytını dağıdıblar 14 İyul 2020, 22:11 “Mən atəşkəs yox, qisas istəyirəm...” - Şəhid polkovnikin xanımı şəhid generaldan yazdı 14 İyul 2020, 21:59 Şəhid mayor Namiq Əhmədov dəfn olunub 14 İyul 2020, 21:46 Türk Şurası Ermənistanın təxribatını sərt şəkildə pislədi - BƏYANAT 14 İyul 2020, 21:38 Ermənilərin Tovuzu atəşə tutduğu uzunmüddətli atəş nöqtəsi məhv edildi - VİDEO 14 İyul 2020, 21:22 Ərdoğandan Azərbaycana DƏSTƏK 14 İyul 2020, 21:14 Bakıda şəhid polkovnikin cənazəsinin qarşılayan yürüş... 14 İyul 2020, 20:58 NATO cəbhədəki durumla bağlı Minsk qrupuna çağırış etdi 14 İyul 2020, 20:47 Heç nəyə və heç kimə baxmadan Qarabağı azad etməliyik! 14 İyul 2020, 20:40 Azərbaycanda daha 543 yoluxma, 6 ölüm 14 İyul 2020, 20:31 Karantin qaydasını pozan müğənni Nura Suri cərimələndi 14 İyul 2020, 20:22 Cəbhədə vəziyyət yenidən gərginləşdi – Düşmən Tovuzu atəşə tutdu 14 İyul 2020, 20:13 Ermənistan FHN əhalinin təxliyəsinə hazırlaşır 14 İyul 2020, 20:04 Azərbaycan diasporu  Ermənistanın məkrli niyyətini pisləyir   14 İyul 2020, 19:54 “Azəriqaz”dan borclu olmadığını iddia edən abonentə CAVAB 14 İyul 2020, 19:45 Ermənistan artilleriyasının idarəetmə məntəqəsi məhv edildi - VİDEO 14 İyul 2020, 19:36 Şəhid generalımızın nəşi doğulduğu rayona gətirildi 14 İyul 2020, 19:27 Azərbaycandan Avropa Parlamentinə MÜRACİƏT 14 İyul 2020, 19:18 DTX-dan ordu ilə bağlı yalan məlumat yayanlara XƏBƏRDARLIQ 14 İyul 2020, 19:09