Modern.az

Rəşad Məcid koronavirusu şikarını güdən ovçuya bənzətdi

Rəşad Məcid koronavirusu şikarını güdən ovçuya bənzətdi

4 İyun 2020, 10:59

“Nə qədər ki, tanıdığımız adamlara toxunmamışdı, çoxumuz koronovirus adlı bu bəlaya mücərrəd, uzaq bir təhlükə kimi baxırdıq. Amma yoluxanların sayı artdıqca, xəstəlik, ölüm halları çoxaldıqca bu faciəni hər kəs öz yanında, canında hiss etməyə başlayır”.

Modern.az-ın məlumatına görə, bunu Azərbaycan Yazıçılar Birliyinin katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid koronavirus bəlasından danışarkən deyib.

R.Məcid bildirib ki, son günlər pandemiyadan həyatını itirənlərin içərisində tanıdığı insanların da olmasını gördükcə, bu qorxunc təhlükənin hamımız üçün nə qədər yaxın olduğunu, sanki şikarını güdən ovçu kimi marıqda, pusquda durduğunu bir daha dərk eləyib:

“Bu ağır xəstəlikdən həyatını itirənlərin hər birinə Allahdan rəhmət diləyir, yaxınlarına səbir arzulayıram.
Nə qədər çətin olsa da, özümüzü, yaxınlarımızı, insanlarımızı qorumaq istəyiriksə, karantin rejiminin sərtləşdirilməsi ilə bağlı Operativ Qərargahın qərarlarını anlayışla qarşılamalı, məsələnin ciddiliyini dərk etməliyik. Məhdudiyyətlərə əməl etməyin hər birimiz üçün həyati vacibliyini başa düşməli, özümüzü, ailəmizi, hamımızı qorumaq, bu bəladan qurtulmaq naminə qoyulan qadağaların zəruriliyini anlamalıyıq”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir