Modern.az

Azərbaycanlı eks-deputatın şirkəti Moskvada 21 milyon dollara bina aldı

Azərbaycanlı eks-deputatın şirkəti Moskvada 21 milyon dollara bina aldı

Parlament

4 İyun 2020, 13:10

Azərbaycanın ən bötük arqoholdinqlərindən sayılan “Karat Holding” Moskvanın mərkəzində yerləşən “Bernikov” biznes mərkəzini satın alıb.

Modern.az saytı Rusiyanın “Vedomosti” qəzetinə istinadən xəbər verir ki, "Karat Holding" tikintisi yarımçıq qalan biznes-mərkəzə sahiblənmək üçün tenderdə qalib gəlib.
 

Adı çəkilən holdinq biznes-mərkəz üçün 1,47 milyard rubl (21,3 milyon dollar) pul ödəyib. Bina Mokvanın Nikoloyamskaya 11 küçəsində yerləşir. Rusiyanın maliyyə dairələri 17 min kvadrat metr sahədə yerləşən biznes-mərkəzin yeni sahibi tərəfindən 200-250 nömrəlik otelə çevriləcəyini açıqlayıb.

"Karat Holding"in Stavropol diyarının Yessentuki şəhərində “Voronej” və “İstoçnik” sanatoriyalarına da sahib olduğu xəbər verilir. Şirkət 2017-ci ildə Kislovodsk şəhərində yerləşən “Akademiçeskiy” sanatoriyasına 25 milyon dollar sərmayə yatırıb.

Qeyd edək ki, "Karat Holding" MMC 2006-cı ildə Əsabil Qasımov tərəfindən yaradılıb.

2010-cu ildə 79 saylı İmişli seçki dairəsindən Milli Məclisin deputatı seçildikdən sonra Əsabil Qasımov biznes imperiyasını öz yaxınlarına tapşırmışdı.

O deputat olduğu müddətdə də holdinqə daxil olan şirkətlərin əksəriyyətində pay sahibi kimi “Karat Holding”ə ümumi nəzarəti həyata keçirdiyi bildirilirdi.


"Karat Holding"ə tikinti, qida, sənaye, turizm və ticarət sahəsində ixtisaslaşmış - "Karat" MTK, "İdeal" MMC, "İzmir" MMC (tikinti şirkətləri); "Azinvest" Tikinti Şirkəti; "Everest-M", "Şin Servis" (armatur alğı-satqısı); "Karmen" MMC (dəyirman və un alğı-satqısı); Hökməlidə Makaron Fabriki, Hökməlidə Kisə Fabriki; ASTEL MMC (Məhəmmədi, Mehdiabad və Şamaxıda Quşçuluq Fabrikləri), Taxıl Anbarları və Dəyirman Kompleksləri (Şəkidə, Kürdəmirdə, Marneulidə və Gürcüstanın müxtəlif bölgələrində); Gəncə Fatoğlu (un dəyirmanı); Bakı şəhəri Zərifə Əliyeva küçəsində 18 mərtəbəli iki "Marina Plaza" oteli; Zərifə Əliyeva küçəsində ikimərtəbəli restoran; Bakı şəhəri Səməd Vurğun küçəsində "Ağ Saray" Binası; Bakı şəhəri Xan Şuşinski küçəsi 12, İmran Qasımov küçəsi 16, Qulu Quliyev küçəsi 21, Süleyman Rüstəm küçəsi 61-də yerləşən 18 mərtəbəli dörd bina; İzmir küçəsi 7A və 7B-də yerləşən 19 mərtəbəli iki bina; Zərifə Əliyeva küçəsi 53-də yerləşən 23 mərtəbəli bir bina, Süleyman Rüstəm küçəsi 61-də yerləşən "Premium Market" daxildir.

Əsabil Qasımovun oğlu Elçin Qasımov 2019-cu ilin yanvarında İsveçrədə xizək sürən zaman yıxılaraq həyatını itirmişdi.

Əsabil Qasımov 2020-ci ildə Milli Məclisə keçirilən növbədənkənar seçkilərə getmədi, əvəzində 79 saylı İmişli seçki dairəsindən qızının namizədliyini irəli sürdü... Amma bu dəfə nə özü, nə də qızı deputat ola bildi...

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi