Modern.az

“Piyada gələ bilən işçilərə üstünlük verilməlidir” - Ramin Bayramlı  

“Piyada gələ bilən işçilərə üstünlük verilməlidir” - Ramin Bayramlı  

4 İyun 2020, 17:52

Daxili resursları imkan verməyən müəssisələr işçilərinin işə daşınması üçün Bakı Nəqliyyat Agentliynə müraciət edə bilərlər.

 

Modern.az-ın məlumatına görə, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

 

Onun sözlərinə görə, qurumların daxili resurslarına üstünlük verilməlidir:

 

“Piyada gələ bilən işçilərə üstünlük verilməlidir. Çox zəruri olduqda iş yeri Bakı Nəqliyyat Agentıiyi ilə müzakirə apara bilər”.

 

R.Bayramlı qeyd edib ki, həftə sonlarında işə gələcək bütün qurumların işçilərinə icazə alınmalıdır.

Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu