Modern.az

“Hər bir vətəndaş həftə sonları üçün verilən qərara məsuliyyətlə yanaşmalıdır” - Deputat

“Hər bir vətəndaş həftə sonları üçün verilən qərara məsuliyyətlə yanaşmalıdır” - Deputat

4 İyun 2020, 20:27

“2020-ci ilin əvvəlindən başlayaraq dünyada cərəyan edən koronavirus xəstəliyi fevralda ölkəmizdə də yayıldı. Hələ o zamanlar bu virus pandemiya elan olunmamışdı. Buna baxmayaraq, cənab prezidentin Sərəncamı ilə Nazirlər Kabineti yanında Operativ Qərargah yaradılmışdı. Həmin ərəfədə virusun qarşısını almaq məqsədilə Azərbaycan dövləti təcili və təxirəsalınmaz tədbirlər həyata keçirtməyə başladı.
Ölkəmizdə COVİD-19 pandemiyasının yayılmağa başladığı ilk vaxtlarda hökumətin qəbul etdiyi qərarlar və karantin rejiminin tətbiqi nəticəsində vəziyyəti nəzarət altında saxlamaq mümkün oldu. Buna görə də virusa yoluxanların və dünyasını dəyişənlərin sayı kəskin az idi.
Təəssüf ki, son günlər virusla bağlı məsələ çox ciddi şəkil alıb. Hesab edirəm ki, bu gün Baş Nazirin karantin rejiminin sərtləşdirilməsi ilə bağlı verdiyi qərarlar yerində atılmış addımdır. Biz bu yolla vətəndaşlarımızı təhlükəli virusdan növbəti dəfə qoruya biləcəyik”.

Modern.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Sabir Hacıyev deyib.

 

“Eyni zamanda ölkənin Birinci vitse-prezidenti Mehriban Əliyevanın da xalqa müraciəti öz müsbət nəticəsini verdi. Hər kəs  Birinci vitse-prezidentin “evdə qal” haştağına qoşuldu. Hesab edirəm ki, biz bu məqamları birt daha xatırlayıb karantin rejiminə əməl etməliyik”,- deyə Sabir Hacıyev əlavə edib.

Deputat bildirib ki, karantin rejimindən mərhələli çıxmaq planı həyata keçirilməsinə artıq başlanılıb:
“Həftə sonları tam qapanma vətəndaşların sağlamlığını qorumaq məqsədi daşıyır. Hesab edirəm ki, hər birimiz bu qərarı anlayışla qarşılamalıyıq. Qapanmanın yalnız həftənin 2 gününü əhatə etməsi, ölkədə kifayət qədər ərzaq ehtiyatının olması, həmçinin, maskaların və tibbi spirtin Azərbaycan Respublikasında istehsalının təşkili vətəndaşlarımızın heç bir narahatçılığın olmamasına xidmət edir. Cənab Prezident İlham Əliyevin 03 iyun 2020-ci il tarixində Tərtərdə Dövlət Rəmzləri Muzeyinin açılışında iştirak edərkən maskadan istifadə etməsi hər bir Azərbaycan vətəndaşı üçün nümunə olmalıdır. Hər bir vətəndaş öz şəxsi məsuliyyətini hiss etməli, Operativ Qərargahın tələb və tövsiyələrinə riayət etməlidir”.



Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...