Modern.az

Ölkədə aparılan islahatlar yüksək qiymətləndirilir

Ölkədə aparılan islahatlar yüksək qiymətləndirilir

4 İyun 2020, 22:08

“İyunun 3-də cənab prezident İlham Əliyevin Tərtər, Ağdam, Ağcabədi rayonlarına etdiyi səfərlər mühüm addım kimi dəyərləndirilir. Həmçinin, cənab prezident Ağcabədiyə 7-ci səfəri zamanı çox vacib məqamlara toxunub. ”Asan xidmət” mərkəzinin, dənli bitki toxumları zavodunun, yarımstansiyanın, içməli su təchizatı müəssisəsinin açılışlarında iştirak edən dövlətimizin başçısı regionların inkişafı ilə bağlı həyata keçirilən tədbirlərdən və qarşıda duran vəzifələrdən danışıb. Düşünürəm ki, bu səfərlərin hər biri rayon camaatı üçün əlamətdar hadisədir. Çünki ölkə başçısı tərəfindən insanların qayğısına qalmaq, diqqət və hörmətin ifadəsidir”.

Modern.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Məşhur Məmmədov Prezident İlham Əliyevin iyunun 3-də Tərtər, Ağdam və Ağcabədi rayonlarına səfərləri barədə danışarkən deyib.

 

“Hər bir vətəndaş prezidentini, onun siyasətini dəstəkləyir, ona görə də dövlət başçısının ətrafındadır. İnsanlar ölkədə aparılan islahatları yüksək qiymətləndirir”,- deyə deputat əlavə edib.

 

Məşhur Məmmədovun sözlərinə görə, cənab prezidentin “Azərbaycan tarixdə heç vaxt indiki qədər güclü olmayıb” deməsi təqdirəlayiq haldır:
“Cənab prezidentin də dediyi kimi, bu gün bəzi qüvvələr ölkəmizin inkişafını görür və bunu həzm edə bilmirlər. Cənab prezidentin də dediyi kimi bəzi dairələr Azərbaycan haqqında uydurmalar, həqiqət olmayan informasiyalar yayırlar. Halbuki ölkəmizdə mövcud olan sabitlik göz önündədir. Ölkəmizə gələn xarici qonaqlar da bu sabitliyi görür və etiraf edirlər. Sadəcə olaraq inkişafı gözü götürməyən qüvvələr təxribata əl atırlar. İlham Əliyevin də dediyi kimi, bu gün müasir və müstəqil Azərbaycan dövləti ən yüksək zirvədədir”.

Deputat iyunun 3-də Tərtər Olimpiya İdman Kompleksinin açılışında çıxış edən dövlət başçısının xunta rejimi tərəfindən keçirilmiş seçkilərə də  münasibət bildirib:
“Bu saxta seçkilər şoudan başqa bir şey deyil. Bütün aparıcı ölkələr bu “seçkiləri” qınayıb və tanımayıb. Ermənistanın işğalçı siyasəti bütün dünyaya bəllidir”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır