Modern.az

Türkiyədə son sutkada 21 nəfər koronavirusdan öldü

Türkiyədə son sutkada 21 nəfər koronavirusdan öldü

4 İyun 2020, 22:22

Türkiyədə son sutka ərzində daha 21 nəfər koronavirusdan ölüb.

Modern.az xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fəxrəddin Qoca məlumat verib.

 

Nazir bildirib ki, bununla da ölkədə koronavirusdan ölənlərin ümumi sayı 4 630 nəfərə çatıb:

"Bu gün ölkədə koronavirus testindən keçənlərdən 988-nin cavabı pozitiv çıxıb. Bununla da yoluxanların ümumi sayı  167 410  nəfərə çatıb. Müalicə olunan 926  xəstə isə bu gün evə buraxılıb. İndiyədək  131 778 nəfər koronavirusdan müalicə olunub".

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi