Modern.az

“Azyaşlı uşağa baxan ana işləyirsə, ona müavinət verilsin!” - Komitə sədri

“Azyaşlı uşağa baxan ana işləyirsə, ona müavinət verilsin!” - Komitə sədri

Aktual

5 İyun 2020, 15:34

“Koronavirus pandemiyası səbəbindən postkarantin müddətində uşaq bağçaları açılmadı. Bununla bağlı hər iki valideyni işləyən, yaxud tək uşaq böyüdən ana çalışırsa, uşağını qoymağa yer yoxdur. Bu da çox ciddi problem yaratdı. Məhz bu məsələ ilə bağlı bizə müraciətlər daxil olmaqdadır".

Bu fikirləri Modern.az-a açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.

Komitə sədri məsələ ilə bağlı təklif də səsləndirib:

"Təklif edirəm ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı əsasında Baş Nazir sərəncam  versin ki, koronavirus dövründə nə qədər ki uşaq bağçaları açılmayıb, uşaqları olan valideynlərdən birinə haqqı qismən ödənilən sosial müavinət verilsin. Bu da həmin dövrdə uşaqlarına baxmaqdan ötrüdür. Məktəb yaşlı uşaqlar valideynləri evdə olmayanda özlərini qismən də olsa idarə edə bilirlər. Bağça yaşlı uşaqlara həm baxmaq, həm qidalanmasina nəzarət etmək lazımdır. Ona görə də yaxşı olardı ki, hökumət qərar versin. Nə qədər ki uşaq bağçaları açılmayıb, həmin müddət ərzində belə uşaqların valideynlərindən birinə haqqı qismən ödənilən sosial müavinət verilsin. Bu da həmin ailələrin problemlərinə böyük dəstək olar".

Whatsapp
Bizə yazın!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar