Arxiv
6 İyun 2020, 14:18 | AKTUAL
Avropa Şurası ermənipərəst qüvvələrin sifarişlərini yerinə yetirməklə məşğuldur

Bunu qurumun ölkəmizə qarşı qərəzli siyasəti də təsdiqləyir

 

Azərbaycan dövlət müstəqilliyini  bərpa etdikdən sonra dünya inteqrasiya proseslərinə qoşulmaq üçün olduqca əlverişli perspektivlər və real imkanlar qazandı.  Xüsusilə,  1993- cü ilin ikinci yarısından sonra bu istiqamətdə qətiyyətli addımlar atıldı. Həmin vaxtdan başlayaraq, ABŞ və Qərbi Avropa dövlətləri, onları təmsil edən demokratiya institutları, o cümlədən inkişaf etmiş digər dövlətlərlə, həmçinin qeyri-hökumət təşkilatları ilə intensiv əməkdaşlıq şəraitində Azərbaycanda hüquqi dövlət quruculuğu həyata keçirilir, totalitar rejimdən demokratik inkişafa transformasiya siyasəti aparılır.  Prezident İlham Əliyevin ölkəyə rəhbərliyindən sonra isə Azərbaycanın dünya birliyinə inteqrasiyası daha geniş vüsət alıb.

 

Son illər Azərbaycanın mötəbər qurumların tədbirlərinə ev sahibliyi etməsi, ABŞ, Rusiya və NATO generallarının mühüm məsələlərin müzakirəsi üçün Azərbaycanı məkan kimi seçmələri, mədəniyyətələr və sivilizasiyalararası dialoqların mütəmadi olaraq ölkəmizdə keçirilməsi  düşünülmüş uğurlu xarici siyasətin bariz nümunəsidir. Artıq Azərbaycan dünyada sabitlik məkanı kimi tanınır. Təbii ki, qısa müstəqillik tarixinə malik bir respublikanın dünya birliyində şan-şöhrət sahibi, inkişaf etmiş dövlətlərin diqqət mərkəzində olması, anti-Azərbaycan qüvvələri narahat etməyə bilməzdi.

 

Yaxın günlərdə ABŞ Prezidenti Donald Trampın ölkəmizin başçısı İlham Əlievə ünvanladığı məktubda da Azərbaycanı inkişaf etmiş dövlət kimi dəyərləndirməsi və ölkəmizlə hərtərəfli əməkdaşlığa , eləcə də gələcəkdə həyata heçiriləcək iri infrastruktur layihələrə dəstək verməyə hazır olduğunu bildirməsi  respublikamızın inkişafını gözü götürməyən qüvvələri ciddi təşvişə salıb. Odur ki, Azərbaycanın getdikcə  atran nüfuzuna xələl gətirmək üçün minbir oyundan çıxır, ikili standartlardan əl çəkmir və Ermənistanın  beynəlxalq hüquq normalarına zidd hərəkətlərinə, işğal siyasətini davm etdriməsinə, günahsız insanları qətlə yetirməsinə, işğal etdikləri Azərbaycan ərazilərində qeyri-qanuni seçkilər keçirməsinə göz yumur, bunula da beynəlxalq hüquq normalarına hörmətsizliyə şərait yaradırlar. Belə  təşkilatlardan biri də özünü insan hüquq və azadlıqlarının müdafiəçisi kmi təqdim edən Avropa Şurasıdır. Bu qurumun  açıq şəkildə ayrı-seçkiliyi, ikili standart mərəzindən əl çəkə bilməməsi, Ermənistanın işğalçı siyasətini görməzliyə vurması, insan hüquq və azadlıqlarının pozulmasına şərait yaratmasından xəbər verir.

 

30 ilə yaxındır ki, Ermənistan silahlı qüvvələri Azərbaycanın ərazisinin 20 faizini işğal altında saxlayıb. Ancaq bu müddət ərzində Avropa Şurası işğalçı Ermənistanı bir dəfə də olsun öz adı ilə çağırmayıb. Ermənistanın  hərbi təcavüzü nəticəsində bir milyondan artıq soydaşımız doğma  ata-baba ocaqlarından zorla didərgin salınıblar. Avropa Şurası soydaşlarımızın qaçqın və məcburi köçkün vəziyyətinə salınmasında indiyədək Ermənistanı günahlandıran  bir dənə də qətnamə qəbul etməyib və işğal etdikləri əraziləri qeyd-şərtsiz azad etmələri barədə tələb irəli sürməyib. Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri  çərçivəsində nizanmlanaması istiqamətində  ədalətli mövqe sərgiləməməsi də  ölkəmizin sürətli inkişafını həzm edə bilməməsindən irəli gəlir. Bütün bunlar bir yana, Ermənistanın açıq şəkildə beynəlxalq hüquq normalarını pozaraq, işğal etdikləri Azərbaycan ərazisində qeyri-qanuni seçkilər keçirməsinə də Avropa Şurası bu vaxtadək etirazını bildirməyib. Digər beynəlxalq qurumların, eləcə də inkişaf etmiş dövlətlərin bu ədalətsizliyə etirazlarını bildirdikləri və seçki şousunu tanmadıqları barədə bəyanat verdikləri halda, Avropa Şurasının hələ də susqunluq nümayiş etdirməsi bu quruma olan nifrəti daha da artırıb. Mən Milli Məclisin deputatı olarkən, Azərbaycan parlamentinin AŞPA- da nümayəndə heytətinin, eyni zamanda, Azərbaycan – Avropa Parlamenti Əməkdalıq Komitəsinin (PƏK) üzvü kimi, Avropa Şurasının tədbirlərində, elə cə də AŞPA-nın sessyalarında dəfələrlə iştirak etmişəm və həmişə də bu qurumların ölkəmizə qarşı qərəzinin, böhtan və iftirasının  şahidi olmuşam. Hər dəfə də müxtəlif kütləvi informasiya vasitələrində  bu qərəzlərə kəskin etirazımı bildirmişəm. Bu qurumların ermənipərəst qüvvələrin əlində alətə çevrildiyni də bəyan etmişəm. Bütün bunları  faktlarla əsaslandırmışam.

Avropa Şurasının ermənipərəst dairələrin sifarişlərini yerinə yetirməsi barədə  artıq heç bir şübhə yeri qalmayıb. Son vaxtlar Avropa Şurasının Parlament Assambleyasının ölkəmizə qarşı nifrət aşılayan, mahiyyət etibarilə azərbaycanafobiyanı özündə ehtiva edən mövqeyi Prezident İlham Əliyevin də diqqətindən yayınmayıb. Ölkəmizin başçısı bir neçə gün əvvəl Tərtər və Ağcabədi rayonlarına səfəri çərçivəsində  Tərtər Olimpiya İdman Kompleksinin açılışı zamanı rayonun bir qrup idmançısı qarşısında proqram xarakterli çıxışı zamanı da bu faktı diqqətə çatdırdı. Ölkə başçısı Ermənistanda olduğu kimi, hazırda Dağlıq Qarabağda da xunta rejiminin hökm sürdüyünü bildirdi. Dedi ki,  xunta rejimi tərəfindən keçirilmiş saxta seçkilər bir şoudur, bir təlxəklər tamaşasıdır:  “Bütün aparıcı ölkələr bu  “seçkiləri” qınayıb və tanımayıb. Baxın, özü də bəyanatlar qəbul ediblər. ATƏT-in Minsk qrupunun həmsədrləri – Amerika, Fransa, Rusiya bəyan ediblər ki, seçkiləri tanımırlar. Avropa İttifaqı bəyan edib ki, seçkiləri tanımır. Avropa Parlamenti, həmçinin İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, digər təşkilatlar - bütün aparıcı beynəlxalq təşkilatlar bu seçkiləri qınadı, təkcə Avropa Şurasından başqa. Avropa Şurası susdu. O da nəyə görə? Bəllidir. Çünki Avropa Şurası Parlament Assambleyasının əsas hədəflərindən biri Azərbaycanı ləkələmək, ölkəmizi gözdən salmaq, ölkəmiz haqqında uydurmalar yaymaq, saxta məruzələr qəbul etdirmək, Azərbaycanda “beşinci kolonu”, satqınları və münaqişə ilə bağlı Ermənistan tərəfini dəstəkləməkdir. Ona görə Avropa Şurası bu saxta seçkilərlə bağlı səsini belə çıxarmadı. Bu halda hansı obyektivlikdən, hansı ədalətdən söhbət gedə bilər?!”.

 

Beynəlxalq hüquq norma və prinsiplərinə hörmət etməyən işğalçı Ermənistanın qəddarlığına, bir milyondan artıq soydaşımızın hüquqlarını kobud şəkildə pozmasına laqeyd yanaşan bir qurumun insan hüquq və azadlıqlarının müdafiəsindən danışmağa haqqı çatırmı?  Məhz buna görə də dövlətimizin başçıs bu qurumun ölkəmizlə bağlı qəbul etdiyi sənədləri kağız parçası adlandırdı. Dedi ki, Avropa Şurası tərəfindən Azərbaycan ilə əlaqədar qəbul edilmiş sənədlər mənim üçün bir kağız parçasından artıq deyil. Ölkə Prezidentinin  çıxışındakı “Bütün Azərbaycan ictimaiyyəti görür ki, Avropa Şurası anti-Azərbaycan mövqedədir və bu təşkilatda anti-Azərbaycan meyilləri, azərbaycanafobiya hökm sürür və bizə ünvanlanmış bütün ittihamların təməlində məhz azərbaycanafobiyadır” – fikri bu təşkilatın iç üzünü bir daha ortaya qoydu. Dünyada baş verən ədalətsizliyə,  polis zorakılığına, nümayişçilərə qarşı tətbiq edilən zorakılığa,  dinc aksiya iştirakçılarının öldürülməsinə, onlara əzab-əziyyət verilməsinə, kütləvi surətdə həbs edilmələrinə, jurnalistlərin döyülməsinə, həbs edilməsinə heç bir münasibət bildirməyən Avropa Şurasının ölkəmizə “demokratiya  dərsi” keçmək cəhdi ikrah hissi yaradır.  Dövlət başçısının qeyd etdiyi kimi, belə qurumlar güclü dövlətlərdən qorxurlar. Hesab edirlər ki, guya, bu məsələnin insan haqlarının qorunmasına aidiyyəti yoxdur. Ona görə bu qurumun riyakar mahiyyəti heç kim üçün sirr deyil və onların Dağlıq Qarabağda keçirilən saxta seçkilərin nəticələrini  tanıyıb- tanımamaları bizim üçün maraqlı deyil. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, əsas odur ki, dünyanın sanballı və hörmətə layiq olan təşkilatları Dağlıq Qarabağda keçirilmiş saxta seçkiləri tanımayıb və qınayıblar.

 

Bu gün dünyanın demokratiyanın beşiyi sayılan ölkələrində Hollivud filmlərini xatırladan polis qəddarlığının, zorakılığının, insanların polis tərəfindən döyülməsinin, təhqir edilməsinin, dinc aksiyaları xüsusi öyrədilmiş  itlər və atlar vasitəsilə dağıdılmasını  “görməyən” Avropa Şurası kimi qərəzli bir qurumun nüfuzu, demək olar ki, heçə enib. Belə qurmların qərəz və böhtanları, yalan və iftiraları ölkəmizin inkişafına, insan hüquq və azadlıqlarının müdafiəsi istiqamətində həyata keçirdiyi tədbirlərə heç bir problem yarada bilməz. Çünki Azərbaycan  dövləti Prezident İlham Əliyevin rəhbərliyi  altında milli maraqlara söykənən müstəqli xairci siyasət yeridir. Bu siyasət ölkəmizin beynəlxalq aləmdəki nüfuzunu getdikcə artırır, mövqeyini möhkəmləndirir.

 

Çingiz QƏNİZADƏ,

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru, hüquq müdafiəçisi

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“AFB Bank” ”Fitch” ilə əməkdaşlığı niyə dayandırır...   9 İyul 2020, 09:48 “Cənnət bağı” karantin qaydalarını pozdu 9 İyul 2020, 09:37 Azərbaycanda neft hasilatı 1 milyon ton AZALIB 9 İyul 2020, 09:32 Balansını artır, Azercell-dən “Umico”ya ikiqat keşbək qazan! 9 İyul 2020, 09:27 Müdafiə Nazirliyi məlumat yaydı - Əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır 9 İyul 2020, 09:22 Bakıda yataqxana qarət olundu 9 İyul 2020, 09:17 Koroavirus xəstəliyindən sağalanlara arayiş verilir - RƏSMİ CAVAB 9 İyul 2020, 09:12 Xətaidə azyaşlı uşağı maşın vurdu - vəziyyəti ağırdır 9 İyul 2020, 09:06 Sovet kinosunun bakılı “Merilin Monro”su - İren Azərin enişli-yoxuşlu HƏYAT HEKAYƏSİ 9 İyul 2020, 09:00 Dünyada koronavirusa yoluxanların sayı 12 milyonu ÖTDÜ 9 İyul 2020, 08:51 Naqif Həmzəyev: Minsk qrupun həmsədrləri işğalçı Ermənistana təsir göstərməlidir   9 İyul 2020, 08:44 Gənclər və idman komitəsi üzvlərinin əsl ixtisası - Hüquqşünas, iqtisadçı, müəllim... 9 İyul 2020, 08:36 Müdafiə naziri koronavirus şübhəsi ilə özünü təcrid qərarına gəldi 9 İyul 2020, 08:21 Koronavirusdan ölüm faizini azaldan üsullar tapıldı 9 İyul 2020, 08:13 Gəncədə gənc oğlan özünü asdı 9 İyul 2020, 00:43 Baş Qərargah rəisləri arasında telefon müzakirəsi 9 İyul 2020, 00:28 Türkiyə millisi ilk dəfə Sivasda  oyun  keçirəcək 9 İyul 2020, 00:15 Neftin qiyməti 14 dollar olsa, nə olardı? - Millət vəkili yazır 8 İyul 2020, 23:56 Klinikanın şöbə müdiri koronavirusa yoluxdu 8 İyul 2020, 23:43 Daha 186 azərbaycanlı  Vətənə gətirildi - FOTO 8 İyul 2020, 23:26 Xaçmazda qadın özünü yandırıb 8 İyul 2020, 23:14 ABŞ-a məxsus təyyarə vuruldu 8 İyul 2020, 23:01 59 nəfər COVİD-19 xəstəsi süni tənəffüs cihazına qoşulub - FOTO 8 İyul 2020, 22:44 ASAN xidmət-də yeni təyinat olub 8 İyul 2020, 22:27 “Şahdağ” Milli Parkındakı yanğın söndürüldü - YENİLƏNİB 8 İyul 2020, 22:12 Türkiyədə koronavirusdan ölənlərin sayı 5 300-ü ötdü 8 İyul 2020, 22:00 Əhaliyə pulsuz hüquqi yardım göstəriləcək 8 İyul 2020, 21:46 COVID-19 sahəsində çalışan bir qrup xarici mütəxəssis Azərbaycana gəldi - FOTO 8 İyul 2020, 21:13 Ekspres xətlər üzrə avtobusların iş qrafiki DƏYİŞDİRİLDİ 8 İyul 2020, 21:02 Avstriyada uçqun oldu: ölənlər var 8 İyul 2020, 20:51 Dünyada koronavirusa yoluxanların sayı 12 milyonu ötdü 8 İyul 2020, 20:39 Daha 534 obyektdə monitorinq aparıldı 8 İyul 2020, 20:22 Prezident koronavirusla bağlı vəziyyətin bir aya yaxşılaşacağını açıqladı 8 İyul 2020, 20:06 Deputat İqbal Məmmədovdan Nazirliyin layihəsinə dəstək - FOTO 8 İyul 2020, 19:58 Məktəbliləri daşıyan avtobus gölə düşdü - 21 nəfər öldü 8 İyul 2020, 19:50