Arxiv
6 İyun 2020, 15:45 | AKTUAL
Amerikada yaşamaq şansı verən “Green Card”a kimlər müraciət edə bilər? - VİDEO

ABŞ-da yaşamaq, işləmək, təhsil almaq və digər bir çox fürsətləri həyata keçirtmək imkanı verən “Green Card” ( yaşıl kart).

Bu kart bir çox üsullarla – iş vizası əldə etməklə, qaçqın statusu ilə və ya ən sadə şəkildə lotereya proqramında iştirak etməklə əldə oluna bilər. Araşdırmalara görə "Green Card" əldə etmiş 1.2 milyon mühacirin yalnız 3.5 faizi vizanı lotereyadan əldə edib. Hər il 110 min nəfər xarici vətəndaşa isə iş vizası açmaq məqsədilə "Green Card" verilir.

1990-cı ildən bəri tətbiq olunan “Green Card” proqramı qalib gəlmiş şəxslərə seçmək və seçilmək hüququndan başqa digər bütün məsələlərdə Amerika vətəndaşı ilə eyni hüquqları verir.

Amerikada qanuni şəkildə yaşamağın və ya işləməyin ən asan yolu “Green Card” lotereya proqramına qoşulmaqdır.

Lotereya qalibləri Azərbaycan vətəndaşlığını itirmədən Amerikada daimi yaşamaq hüququna sahib olur.

Proqrama qoşulmaq üçün heç bir ödəniş tələb olunmur və seçim adi lotereya kimi təsadüfi qaydada aparılır.

 Lakin bəzi insanlar müəyyən ödəniş əsasında şirkətlər vasitəsilə qeydiyyatdan keçir.

ABŞ-ın Azərbaycandakı səfirliyi şirkətlər vasitəsilə müraciət edənlərin seçilmə şansının artmadığını qeyd edir. Əksinə bu müraciət şəxsin Amerikaya köçmək və hətta səfər etmək imkanlarına ciddi xələl də gətirə bilər.

 “Greencard” viza lotereya proqramının məqsədi  Amerika əhalisi arasında mədəniyyət müxtəlifliyini artırmaqdır. Elə proqramın rəsmi adı da ABŞ Müxtəliflik vizasıdır.

Amerikaya az sayda miqrasiya etmiş ölkələr müəyyən kvota əsasında lotereya proqramında qalib gələ bilər. Ümumilikdə ildə təxminən 50 min nəfərə viza verilir.

Lotereya proqramında iştirak üçün minimum tələblər olduqca sadədir. 17 yaşdan yuxarı orta məktəb təhsili, yəni attestatı olanlar müraciət edə bilərlər. Əgər orta təhsil yoxdursa, son 5 ildə 2 illik iş təcrübəsi də proqramda iştirak etməyə əsas verir. Ən önəmlisi isə İngilis dili bilikləri tələb olunmur.

Bu kimi sadə şərtlər Amerikada başda prezident Donald Tramp olmaqla, bir çox şəxsləri narahat edir. Trampın fikrincə Amerikaya layiqli insanlar miqrasiya etməlidir, orta təhsil isə bunun üçün kifayət deyil.

2017-ci ildə ABŞ-da baş verən terror hadisəsindən sonra Donald Tramp “Green Card”ın ləğvi məsələsini yenidən gündəmə gətirdi. Prezident çıxışında insanların təsadüfi formada seçildiyi “Green Card” lotereyasının artıq qüvvədə olmayacağını qeyd etmişdi. Bu çıxışdan sonrakı illərdə isə “Green card” üçün müraciətlərin sayı kəskin artdı.

Hər il lotereya nəticələri 15 maydan gec olmamaq şərtilə açıqlanırdı. Bu il isə koronavirus pandemiyası səbəbilə nəticələr 6 iyunadək ertələnib. Bakı vaxtı ilə 20:00-dan etibarən nəticələrinizi öyrənə bilərsiniz.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Gənclər və idman komitəsi üzvlərinin əsl ixtisası - Hüquqşünas, iqtisadçı, müəllim... 9 İyul 2020, 08:36 Müdafiə naziri koronavirus şübhəsi ilə özünü təcrid qərarına gəldi 9 İyul 2020, 08:21 Koronavirusdan ölüm faizini azaldan üsullar tapıldı 9 İyul 2020, 08:13 Gəncədə gənc oğlan özünü asdı 9 İyul 2020, 00:43 Baş Qərargah rəisləri arasında telefon müzakirəsi 9 İyul 2020, 00:28 Türkiyə millisi ilk dəfə Sivasda  oyun  keçirəcək 9 İyul 2020, 00:15 Neftin qiyməti 14 dollar olsa, nə olardı? - Millət vəkili yazır 8 İyul 2020, 23:56 Klinikanın şöbə müdiri koronavirusa yoluxdu 8 İyul 2020, 23:43 Daha 186 azərbaycanlı  Vətənə gətirildi - FOTO 8 İyul 2020, 23:26 Xaçmazda qadın özünü yandırıb 8 İyul 2020, 23:14 ABŞ-a məxsus təyyarə vuruldu 8 İyul 2020, 23:01 59 nəfər COVİD-19 xəstəsi süni tənəffüs cihazına qoşulub - FOTO 8 İyul 2020, 22:44 ASAN xidmət-də yeni təyinat olub 8 İyul 2020, 22:27 “Şahdağ” Milli Parkındakı yanğın söndürüldü - YENİLƏNİB 8 İyul 2020, 22:12 Türkiyədə koronavirusdan ölənlərin sayı 5 300-ü ötdü 8 İyul 2020, 22:00 Əhaliyə pulsuz hüquqi yardım göstəriləcək 8 İyul 2020, 21:46 COVID-19 sahəsində çalışan bir qrup xarici mütəxəssis Azərbaycana gəldi - FOTO 8 İyul 2020, 21:13 Ekspres xətlər üzrə avtobusların iş qrafiki DƏYİŞDİRİLDİ 8 İyul 2020, 21:02 Avstriyada uçqun oldu: ölənlər var 8 İyul 2020, 20:51 Dünyada koronavirusa yoluxanların sayı 12 milyonu ötdü 8 İyul 2020, 20:39 Daha 534 obyektdə monitorinq aparıldı 8 İyul 2020, 20:22 Prezident koronavirusla bağlı vəziyyətin bir aya yaxşılaşacağını açıqladı 8 İyul 2020, 20:06 Deputat İqbal Məmmədovdan Nazirliyin layihəsinə dəstək - FOTO 8 İyul 2020, 19:58 Məktəbliləri daşıyan avtobus gölə düşdü - 21 nəfər öldü 8 İyul 2020, 19:50 Prezidentinin Administrasiyasında rəhbər vəzifələrdə işləmiş şəxslər pensiyaya bu qaydada çıxacaqlar 8 İyul 2020, 19:42 Sahibə Qafarova ilə Türkiyə BMM-nin sədri arasında telefon danışığı olub 8 İyul 2020, 19:33 Sumqayıtda koronavirus xəstəsi küçəyə çıxıb gəzdi - VİDEO 8 İyul 2020, 19:24 Toy məclislərinin keçirilməsinə icazə verdi - Dağıstanda 8 İyul 2020, 19:15 Sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq olunan rayonların sayı ARTIRILDI 8 İyul 2020, 19:08 Təhsil Naziri müəllimlərin suallarını cavablandırdı - FOTO 8 İyul 2020, 19:00 Baş Prokurorluq Nərminin işi ilə bağlı yeni MƏLUMAT YAYDI 8 İyul 2020, 18:52 İki qadının ölümünə səbəb olan baş həkimin oğlu həbs olundu 8 İyul 2020, 18:45 Təlimlərə cəlb olunan qoşunlar geri qaytarılır - FOTO 8 İyul 2020, 18:37 Azərbaycanda daha 542 nəfər koronavirusa yoluxdu - 9 nəfər öldü 8 İyul 2020, 18:29 190 manat veriləcək şəhər və rayonların sayı artırıldı - SİYAHI 8 İyul 2020, 18:23