Arxiv
6 İyun 2020, 16:00 | AKTUAL
Dalana dirənən Ermənistan rəhbərliyi vəziyyətdən çıxış yolu axtarır - Fərid Şəfiyev

Dünyanın koronavirus pandemiyası ilə mübarizə apardığı dönəmdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı gündəm dəyişməz olaraq qaldı. Yenə də Ermənistan tərəfinin təxribat xarakterli bəyanatlarını, həqiqəti əks etdirməyən informasiyalar yaymasını müşahidə etdik. Lakin son zamanlar Paşinyan hökumətinin siyasətində qeyri-müəyyənlik nəzərə çarpır. Dalana dirəndiyini hiss edən Ermənistan rəhbərliyi sanki vəziyyətdən çıxış yolu axtarır.

 

Bu barədə Modern.az-a danışan Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev də bu fikirlərin həqiqətə uyğun olduğunu itisna etməyib.

 

Onun fikrincə, Nikol Paşinyanın komandası ilk gündən özlərini liberal, demokratiya yönümlü qələmə verməyə çalışıb:

 

“Lakin onların addımlarından populizm açıq-aydın hiss edilir. N. Paşinyan çıxışlarının birində deyirdi ki, Ermənistanın ümumdaxili məhsulunu 50 milyarda çatdırmalıyıq, ölkəni İT sahəsində regional liderə çevirməliyik və s. Bu rəqəmlərin real olmayacağı aydın görünürdü. İnqilabdan sonra Qərb ölkələrində yaşayan bir sıra erməni alimləri Paşinyana kömək etmək məqsədilə Ermənistana gəlmişdilər. Onlar plan qurdular, gələcək üçün müəyyən məqsədləri yazdılar, pozdular...

 

 

Amma erməni alimləri də gördülər ki, baş nazirin heç bir əsaslı məqsədi yoxdur. Ermənistaın bu haqda düşünə bilməyi, addım ata bilməyi üçün Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi həll olunmalıdır. Hər kəs bilir ki, münaqişənin həlli də Azərbaycan torpaqlarının geri qaytarılmasından keçir. Lakin Ermənistan cəmiyyəti buna hazır deyil. Mən düşünürəm ki, bəlkə də Nikol Paşinyanın daxilində münaqişənin həlli üçün istək var. Amma baş nazir yaxşı anlayır ki, torpaqları güzəştə getsə, onu Levon ter-Petrosyanın aqibəti gözləyir. Ona görə, bu yoldan çəkinib, daha populist, radikal çıxışlara yer verməyə başladı”.

 

Fərid Şəfiyevin sözlərinə görə, münaqişə ilə bağlı Ermənistan hakimiyyətinin istəyi bu idi ki, Dağlıq Qarabağ Ermənistana birləşsin, ətraf ərazilər müəyyən şərtlərlə Azərbaycan tərəfinə qaytarılsın:

 

“Lakin bu da indi gündəmdən çıxıb. Paşinyan hakimiyyətinin qərbə yönəlik siyasəti uğursuzdur. Ermənistanın Rusiyadan asılılığı aradan qalxmadan qərblə əlaqələri köklü inkişaf edə bilməz”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
BDU-nun professorunu iş yerinə buraxmadılar - SƏBƏB 19 Sentyabr 2020, 19:11 Tofiq Yaqublu ilə bağlı qərar müxalifət üçün testdir - Azay Quliyev 19 Sentyabr 2020, 19:03 Prezident Qarabağ BARƏDƏ: “Ermənistan rəhbəri danışıqlar prosesini pozub” 19 Sentyabr 2020, 18:28 Azərbaycanda reanimasiyada olan COVİD-19 xəstələrinin sayı açıqlandı 19 Sentyabr 2020, 18:20 Naqif Həmzəyev: “Əsrin müqaviləsi”nin uğurlu icrası Azərbaycanın gücünə güc qatır" 19 Sentyabr 2020, 18:12 Konstitusiya referendumuna ehtiyac varmı… – Partiya liderlərindən MÜNASİBƏT 19 Sentyabr 2020, 18:03 Sumqayıtın yanından keçəndə hər kəs pəncərəni bağlayırdı ki….” – Ölkə başçısı 19 Sentyabr 2020, 17:52 1 həftəyə 13 milyard dollar QAZANDI 19 Sentyabr 2020, 17:40 İlham Əliyev: Bu gün Azərbaycan bütün reytinqlərdə ən qabaqcıl yerlərdədir 19 Sentyabr 2020, 17:31 Prezident təməlqoyma mərasimində... - YENİLƏNİB 19 Sentyabr 2020, 17:24 Komitə sədri seçicilərlə onlayn görüş keçirdi - FOTO 19 Sentyabr 2020, 17:22 Gəncədə 22 yaşlı oğlan naməlum şəraitdə bıçaqlanıb 19 Sentyabr 2020, 17:13 Azərbaycanda koronavirus: 148 yoluxma, 177 sağalma, 2 ölüm 19 Sentyabr 2020, 16:54 “İrsimiz məsuliyyətimizdir” adlı layihənin ilk tədbiri keçirilib 19 Sentyabr 2020, 16:23 Prezidentdən xatırlatma: “O vaxtlar rayonlarda ümumiyyətlə, qaz deyilən şey yox idi” 19 Sentyabr 2020, 16:10 Putin “Avanqard” raket kompleksinin müəllifinin adını açıqlayıb 19 Sentyabr 2020, 15:55 Hərbi Dəniz Qüvvələrindən TƏKZİB: “Bədniyyətli şəxslərdir” 19 Sentyabr 2020, 15:22 Dünyanın ən yaşlı sakini yeni REKORD VURDU 19 Sentyabr 2020, 15:11 İranda virusdan ölənlərin sayı 24 mini keçdi 19 Sentyabr 2020, 14:56 Türkiyə televiziyasında “Üç cizgi” adlı Azərbaycan proqramı yayımlanacaq  19 Sentyabr 2020, 14:48 1,8 milyon manatı mənimsəyən şirkət rəhbəri ilə bağlı istintaq aparılıb 19 Sentyabr 2020, 14:40 Erməni hakerlər Tarix İnstitutunun araşdırmalarını dərc edən KİV-ə hücum ediblər 19 Sentyabr 2020, 14:30 “Ölkəmizin həm siyasi, həm iqtisadi nailiyyətləri böyük dərəcədə neft-qaz amilinə söykənir” 19 Sentyabr 2020, 14:16 Azərbaycan neftinin qiyməti ucuzlaşdı 19 Sentyabr 2020, 14:14 Oğuzda heyvanların kütləvi zəhərlənməsinin qarşısı alınıb 19 Sentyabr 2020, 14:05 Deputat Tofiq Yaqublu ilə bağlı qərarı “cəza siyasətinin humanistləşdirilməsi” sayır 19 Sentyabr 2020, 14:01 Müxalifət niyə birləşə bilmir? – Sabir Rüstəmxanlı səbəbləri AÇIQLADI 19 Sentyabr 2020, 13:50 SOCAR 2035-ci ilə qədər planlarını ELAN ETDİ 19 Sentyabr 2020, 13:41 Paşinyanin arvadı erməni qadınlarını yenidən hərbi təlimə TOPLAYIR 19 Sentyabr 2020, 13:32 Çay haqqında bilmədiklərimiz 19 Sentyabr 2020, 13:25 Bağlanmış bankların əmanətçilərinə qaytarılan MƏBLƏĞ 19 Sentyabr 2020, 13:12 Prokurorluq fəhlənin ölümü ilə bağlı məlumat yaydı 19 Sentyabr 2020, 12:55 Əmək pensiyaları ilə bağlı hansı dəyişikliklər olacaq?  19 Sentyabr 2020, 12:33 FHN Bakıdakı yanğınla bağlı MƏLUMAT YAYDI 19 Sentyabr 2020, 12:29 Ermənilər “parlamenti” Şuşaya köçürür – YENİ TƏXRİBAT 19 Sentyabr 2020, 12:18