Arxiv
9 İyun 2020, 14:58 | DİASPOR
Avropada yaşayan diaspor üzvləri Azərbaycan Evlərinə ÜZ TUTUR

Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətinin mühüm istiqamətlərindən biri dünyanın müxtəlif ölkələrində Azərbaycan Evlərinin açılmasıdır. Statistik göstəricilər bu işin uğurla həyata keçirildiyini göstərir.

Artıq 10 ölkədə - Almaniya (2), Macarıstan, Gürcüstan, İspaniya, Ukrayna, İtaliya, Türkiyə, Belçika və Polşada Azərbaycan Evləri yaradılıb.

 

Maraqlıdır, müxtəlif  ölkələrdə fəaliyyət göstərən Azərbaycan Evlərinin pandemiya dövründə iş prosesi necə oldu? Vətəndaşlarımız yardım üçün Azərbaycan Evlərinə müraciət etdimi?

Modern.az ilk olaraq Polşanın Varşava şəhərində fəaliyyət göstərən Azərbaycan Evinin rəhbəri Lalə Zeynalova əlaqə yaradıb. Lalə Zeynalova pandemiya dövründə görülən işlər və vətəndaşlarımız barədə məlumat verib:

“Polşaya azərbaycanlılar tərəfindən axın 3-4 il əvvəl başladığı üçün burda vətəndaşlarımızın çoxu müvəqqəti işlərdə çalışır. Vətəndaşlarımız iş yerlərinin bağlanmasına görə  müvəqqəti işlədikləri üçün müqavilələrinin sığortalanmadığını nəzərə alsaq, maddi sıxıntılar yaşamağa başladılar. Çünki Polşa dövləti onlara heç bir təzminat ödəmədi. Bu cür çətin dövrdə əminliklə deyə bilərəm ki, burda qalan azərbaycanlıların müvəqqəti sığınacaq üçün üz tutduyu yer məhz Azərbaycan Evi oldu. Hətta Avropada karantin elan edilən ölkələrdən  keçid üçün Polşaya gələn vətəndaşlarımız da bir müddət Azərbaycan Evində yerləşdirildi. Amma onu da qeyd edim ki, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə məşğul olan Azərbaycan Evləri sırf mədəniyyətimizin təbliği üçün nəzərdə tutulub, yəni, müvəqqəti sığınacaq kimi istifadə üçün şərait yox idi. Amma biz çətin dövrü nəzərə alaraq birlik göstərib, vətəndaşlarımızın burda yerləşdirilməsinə nail ola bildik. İki ay ərzində 150-ə yaxın müraciət aldıq . Elə müraciətlər oldu ki, onlara dərhal, anında yardım etdik. Amma bəzi müraciətləri də səfirliyə də Diaspor Komitəsinə yönləndirdik. Həmçinin Polşada sərhədlər bağlansa da, Belarusiyada sərhədlər açıq idi və 19 azərbaycanlıya Azərbaycana qayıtmaq üçün yardım göstərdik.

 

Diaspor nümayəndəsi vətəndaşlarımız tərəfindən Azərbaycan Evi-nə ən çox aprel ayında müraciət daxil olduğunu deyir:

“Təmsil etdiyim Azərbaycan Evi və Diaspor Komitəsi tərəfindən həmyerlilərimizə dəstək verilməsi üçün fəaliyyət planı həyata keçirildi. Azərbaycan Evində müvəqqəti qalmaq üçün ən çox müraciət aprel ayında olmuşdu və 19 vətəndaşımız burada yerləşdirilmişdi. Amma Belarusiya və Varşavadan təxliyyələr həyata keçiriləndə də Azərbaycan Evi soydaşlarımıza öz qapısını açdı. İndi Polşada vəziyyət yüngülləşdiyi üçün daha müvəqqəti sığınacaq üçün müraciətlər bizə daxil olmur. Polşadakı diaspor təşkilatının rəhbəri Fərid Cəfərlinin də təşəbbüsü ilə Azərbayacana qayıda bilməyən vətəndaşlarımıza maddi yardım, ərzaq yardımı göstərmişik və bu proses davam etdiriləcək”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Temperatur yenidən artdı - Sabahın havası 2 Avqust 2021, 12:57 Əsirlərimizə işgəncə verən erməni terrorçulara 20 il iş verildi 2 Avqust 2021, 12:55 Vaqif Axundovun bacısı oğlu ev dustaqlığına BURAXILDI 2 Avqust 2021, 12:52 Bu 3 nəfərdən biri spiker olacaq 2 Avqust 2021, 12:48 Tağı Əhmədovun səhhəti pisləşib? - Özü açıqlama verdi 2 Avqust 2021, 12:46 Yol polisi sürücülərə müraciət etdi 2 Avqust 2021, 12:44 "Milli Məclisin buraxılacağı barədə fikirlər təxribatdır" - Deputat 2 Avqust 2021, 12:38 Şuşada kulinariya festivalının keçirilməsi gələn ilə qaldı 2 Avqust 2021, 12:37 Paşinyan yenidən baş nazir SEÇİLDİ 2 Avqust 2021, 12:34 V qrant müsabiqəsinin nəticələri AÇIQLANDI 2 Avqust 2021, 12:28 Eldəniz Səlimov İntizam komissiyasının iclasında - YENİLƏNİB 2 Avqust 2021, 12:22 Ermənistan parlamentinin ilk iclasını Həsənov aparır 2 Avqust 2021, 12:21 Qubada ağır qəza - 2 ölü, 4 yaralı 2 Avqust 2021, 12:15 Sabiq bələdiyyə sədrinin cinayət işi məhkəməyə göndərildi 2 Avqust 2021, 12:09 Ermənistanda baş nazir postuna namizəd İRƏLİ SÜRÜLDÜ 2 Avqust 2021, 12:04 Əsirlərimizə işgəncə verən ermənilər üzr istədilər 2 Avqust 2021, 11:59 Erməni biznesmen satdığı vaksinin qiymətini QALDIRDI 2 Avqust 2021, 11:49 Əks göstəriş sertifikatı kimlərə və necə veriləcək? 2 Avqust 2021, 11:48 Rezidenturaya qəbul imtahanının 1-ci mərhələsi bu tarixdə keçiriləcək 2 Avqust 2021, 11:44 Zəngəzur üzərində hava dəhlizi hələlik mövcud deyil - AZAL 2 Avqust 2021, 11:40 Razi Nurullayev: “Məncə, referendum olmalıdır” 2 Avqust 2021, 11:34 Hərbi liseylərə qəbul imtahanının vaxtı açıqlandı 2 Avqust 2021, 11:28 “Təxribatların qarşısını dərhal alın” - Zakir Həsənovdan əmr 2 Avqust 2021, 11:24 Ermənistan müxalifəti parlamentin ilk iclasında şou yaratdı – FOTO 2 Avqust 2021, 11:23 Müdafiə naziri generalları topladı 2 Avqust 2021, 11:22 Rektor müşavirini və komendantı bıçaqlayan şəxs HƏBS EDİLDİ 2 Avqust 2021, 11:16 Əsirlərimizə işgəncə vermiş ermənilərin məhkəməsi başladı 2 Avqust 2021, 11:11 “Yaşma” Hadrutda düşmən bölüyünü necə məhv etdi? - DETALLAR 2 Avqust 2021, 11:06 Kamal Abdullanın yeni romanı çap olundu 2 Avqust 2021, 11:00 Bakıda narkotik alverçilərinə qarşı əməliyyat 2 Avqust 2021, 10:55 Mirvari Fətəliyeva: “İtirilmiş uşaqlığımı kimsə qaytara bilməz” - MÜSAHİBƏ 2 Avqust 2021, 10:51 General yanğına görə Türkiyəyə getdi 2 Avqust 2021, 10:50 İmişlidə narkotik əkən şəxs silahdan atəş açdı 2 Avqust 2021, 10:46 Prokurorluq uşaq və yeniyetmələrə müraciət etdi 2 Avqust 2021, 10:42 Tarix müəllimi olmaq istəyənlər üçün SON ŞANS 2 Avqust 2021, 10:36