Arxiv
13 İyun 2020, 10:32 | ƏDƏBİYYAT
Umberto Eko – Den Brauna inanmaq  

Hər gün əlimə Den Braunun  “Da Vinçi şifrəsi” kitabıyla bağlı yeni bir şərh keçir. Təkcə italyanca yazılanları deyirəm, çünki bütün dünyada çapdan çıxan kitablarla bağlı biblioqrafiya əldə etmək bacarığım yoxdur.

 

İtaliyada çıxan kitabları saya bilərəm: Bart Ehrmanın “Da Vinçi Şifrəsi reallığı”, Darrel L.Bokun “Da Vinçi şifrəsi. Həqiqətlər və yalanlar”, Den Burşteynin “Şifrənin sirləri.” Mütləq diqqətimdən qaçan başqa kitablar da olub. Bu mövzuda çıxan məqalələrlə bağlı informasiya əldə etmək üçün Opus Dei internet saytını ziyarət edə bilərsiniz. Ateist olsanız da, bu sayta etibar edə bilərsiniz. Əsas problem katolik dünyasının Den Braunun kitabını niyə yerlə-bir etməyə çalışmasıdır. Əgər katolik müəlliflər kitabdakı bütün bilgilər əsassız olduğunu yazırlarsa, onlara da inana bilərsiniz.

 

“Da Vinçi şifrəsi” bir romandır, onun üçün yazıçının istədiyini uydurmaq haqqı var. Üstəlik, böyük ustalıqla yazılıb və birnəfəsə oxunur. Yazıçının kitabın əvvəlində nəql etdiklərinin tarixi həqiqətlər olduğunu deməsi də vacib deyil. Təcrübəli oxucu “həqiqətləri yazıram” deyilməsinə vərdiş edib, bu, roman dünyasının bir oyunudur. Problem bir neçə təcrübəsiz oxucunun bu açıqlamaya inanmasındadır, eynilə tamaşaçıların ənənəvi Sisiliya kukla oyununda Gano di Maqanzanı təhqir etməkləri kimi.

 

“Da Vinçi şifrəsi”nın tarixi reallıqları əks etdirməyini isbat etmək üçün xırda bir yazı yazmaq kifayətdir (bu haqda gözəl yazılar yazılıb). Birincisi, İsanın Məcdəlli Məryəm ilə evlənməsi, Məryəmin Fransaya səyahəti, Merovenj xanədanlığının qurulması və Siyon monastrı hekayəsi neçə illərdir metafizik elmlərə maraq göstərən şəxslər üçün yazılmış kitab və kitabçalarda geninə-boluna istifadə edilib. (Gilbert de Sidin Rennes-le-Chateasundan Baigent, Leigh və Linkolnun “Müqəddəs qan, müqəddəs qədəh” kitablarına qədər).

 

Bütün bu əsərlərin şişirdilmiş hekəyələr olması uzun müddət əvvəl deyilib və isbat olunub. Üstəlik, Baigent, Leigh və Linkolnun əsərlərini oğurladıqları ittihamıyla Den Brauna qarşı qanuni prosedur başladacaqları deyilir.Necə olur? Əgər Napaleonun bioqrafiyasını yazası olsam (real hadisələri nəql edərək), Napaleonun başqa bioqrafiyasını eyni hadisələri uydurma detallarla ifadə edən müəllifi əsərimi oğurlamaqla ittiham edə bilmərəm. İttiham etməyim üçün çox original kəşfimi (düşüncəmi, ya da yalanımı, necə istəsəniz elə deyin) oğurlamış olmalıdır.

 

İkinci məsələyə keçək, Braun kitabını çoxsaylı tarixi səhvlərlə doldurub. Əvvəla, İsa haqqında Ölü Dəniz əlyazmalarında informasiya axtarılıb (Kilsənin senzuraya məruz qoyduğu bilgiləri) Bu əlyazmalar İsadan yox, musəvilərdən, essenilərdən bəhs edir. Braun Ölü Dəniz əlyazmalarını Nah Hammadi əlyazmalarıyla qarışdırır.

 

 

“Da Vinçi şifrəsi” hadisəsini işləyən kitabların əksəriyyəti, xüsusilə də yaxşı yazılanlar və kitab sayılacaq qalınlıqda olanlar Braunun yağmaladığı hər şeyi ən xırda detalına qədər təhlil edirlər. Bu kitablar yalanı vurğulamaq üçün yazılmış olsalar da, metafizik materialın yayılmasına rəvac verirlər. Son vaxtlar irəli sürülən qəribə düşüncəni qəbul edəsi olsaq (guya bu kitab satanik bir konspirasiyadır), əsər haqqındakı hər təkzib içindəki üstüörtülü sözlərin daha çox yayılmasına imkan yaradır.

 

Məzmunun falş olması sübut olunsa da, bu kitab niyə özü özünü istehsal etməyə davam edir? Çünki insanlar mistikaya (və konspirasiyalara) acdır, onlara düşünəcəkləri bir sirr daha təqdim olunanda (bunun hiyləgərlərin uydurması olduğunu desən belə) tezcə inanırlar.

 

Kilsəni qayğılandıran hadisənin bu olduğunu düşünürəm. “Şifrə”yə (və başqa bir İsaya) inanc xristianlıqdan çıxmaqdır. İnsanlar artıq tanrıya inanmırlarsa, deyirdi Çesterton, bu o demək deyil ki, heç bir şeyə inanmırlar, əksinə hər şeyə inanırlar. Kütləvi İnformasiya Vasitələrinə belə inanırlar.

 

Çox böyük bir izdiham San Pyetro Meydanında Papa II İohan Pavelin ölümü xəbərini gözləyərkən, axmaq bir cavanın qulağında cib telefonu, gülümsəyərək kameralara əl sallaması mənə çox təsir etdi. Milyonlarca dindan evlərində dua edərkən, o və onun kimi başqaları niyə ordaydı? Metafizik və mediatik bir hadisəni gözləyərkən, İsanın Məcdəlli Məryəm ilə evləndiyinə, Siyon Təriqətinin mistik bağıyla Jan Koktuya bağlı olduğuna inanmağa hazır deyildimi görən?

Tərcümə: Qismət   

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Qırğızıstan Azərbaycana yeni səfir təyin etdi 24 İyun 2021, 15:12 Yas mərasimlərinin təşkilinə də icazə verilsin - TƏKLİF 24 İyun 2021, 15:06 Suqovuşanı azad edən 10 min 647 hərbçiyə medal verildi - SƏRƏNCAM 24 İyun 2021, 15:00 Deputat 3 kənddə seçicilərini qəbul edib - FOTOLAR 24 İyun 2021, 14:54 Çalışdığı şirkətin 15 mindən çox pulunu mənimsədi 24 İyun 2021, 14:48 Serbiya NATO-ya üzv olmayacaq 24 İyun 2021, 14:42 “Daşkəsən Dəmir Filiz” MMC bu universitetlə əməkdaşlıq edəcək 24 İyun 2021, 14:36 Bir qrup hərbçi “Laçının azad olunmasına görə” medalı ilə təltif edildi 24 İyun 2021, 14:30 Bugünədək 578250 hektar sahədə biçin aparılıb - FOTOLAR 24 İyun 2021, 14:25 Kəlbəcərin azadlığına görə təltif edilənlər - SİYAHI 24 İyun 2021, 14:20 Bakıda daha bir marşrut xətti karta keçdi 24 İyun 2021, 14:14 Prezident və xanımı “Gülüstan” SARAYINDA 24 İyun 2021, 14:08 Bir qrup hərbçi “Ağdamın azad olunmasına görə” medalı ilə təltif edildi - SİYAHI 24 İyun 2021, 14:02 “BakuBus”un avtobusu qəzaya düşdü - FOTOYENİLƏNİR 24 İyun 2021, 13:56 Lavrov Azərbaycanla Ermənistan arasında etimaddan DANIŞDI 24 İyun 2021, 13:50 Ermənistanda seçkilər, Bakı ilə Moskvanın məsləhətləşmələri - ŞƏRH                     24 İyun 2021, 13:45 Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi Qrupun iclası keçirilib 24 İyun 2021, 13:40 Azad olunan yerlərə ilk növbədə bu məcburi köçkünlər QAYTARILACAQ 24 İyun 2021, 13:34 Təhsil Nazirliyindən məzun günü ilə bağlı QƏRAR 24 İyun 2021, 13:28 Maliyyə Nazirliyində yeni təyinatlar 24 İyun 2021, 13:22 Şuşa fatehləri TƏLTİF OLUNDU 24 İyun 2021, 13:16 SOCAR 25 milyon dollarlıq müqavilə imzaladı 24 İyun 2021, 13:10 Ukraynada yaşayan azərbaycanlı gənclərlə görüş keçirilib 24 İyun 2021, 13:04 “Bu qərarlarla istənilən toy sahibini cərimələmək mümkündür” - Deputatdan ETİRAZ               24 İyun 2021, 12:58 Sabahkı hava əksər insanlar üçün əlverişsiz olacaq - 43 dərəcə isti 24 İyun 2021, 12:52 Koronavirusa yoluxanlara da vaksin vurula bilər 24 İyun 2021, 12:46 COVİD-19 vaksini sonsuzluğa səbəb olur? - Rəsmi cavab 24 İyun 2021, 12:40 “Vaksin olunmuş insanlarda ağrı bütün peyvəndlər üçün keçərlidir” - Ekspert 24 İyun 2021, 12:34 Ermənilər nəyə əsasən “Virk-Vrastan” anlayışının mənasını Gürcüstan kimi qələmə verir?  24 İyun 2021, 12:28 Ölümündən sönra təltif olunan Şəhid polkovnik-leytenantlar - SİYAHI 24 İyun 2021, 12:22 Sabiq prezident vəfat etdi 24 İyun 2021, 12:16 Qubadlını azad edən hərbçilərə medal verildi - SƏRƏNCAM 24 İyun 2021, 12:10 Cəbrayılın azadlığı uğrunda vuruşanlar TƏLTİF OLUNDU 24 İyun 2021, 12:04 Ermənistanla sərhəddə daha bir hərbi hissə fəaliyyətə başladı 24 İyun 2021, 12:00 Azərbaycan dünyanın 30-dan artıq ölkəsinə yardım edib 24 İyun 2021, 11:57
SORĞU AVRO-2020-nin qalibi hansı komanda olacaq?